06 Dekabr 2025 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Futbol üzrə yoldaşlıq oyunu keçirilib

Tbilisidə təlim-məşq toplanışında olan futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.Azərtac AFFA-ya istinadla xəbər verir ki, Gürcüstanın U-17 komandası ilə keçirilmiş qarşılaşmada heç-heçə qeydə alınıb – 1:1.Yığmamızın qolunu Aytac Nemətova vurub.xeber100.com

Fevral 13, 2017 10:31

Milli Gimnastika Arenasında sınaq məşqi keçirilib

Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarının iştirakçılarının sınaq məşqi keçirilib.Azərtac xəbər verir ki, paytaxtımıza təşrif buyuracaq 85 batutçu və tamblinqçi fevralın 18-19-da 2017-ci ildə qüvvəyə minən yeni qaydalar əsasında gərgin mübarizə apararaq öz qüvvələrini sınayacaq. Yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.Azərbaycanı batut yarışlarında fərdi və sinxron proqramda İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov, Svetlana Makştarova, Veronika Zemlyanaya və tamblinq cığırında Mixail Malkin təmsil edəcəklər.xeber100.com

Fevral 12, 2017 11:33

Formula-1 Qran-prisinə bilet satışı davam edir

Formula-1 Azərbaycan Qran-prisi üçün müxtəlif bilet seçimləri “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) rəsmi internet səhifəsi ilə yanaşı, paytaxtın böyük alış-veriş mərkəzlərində, həmçinin digər ictimai əhəmiyyətli yerlərdəki bilet satışı məntəqələrində alıcılara təqdim olunur.BŞH-dən Azərtac-a bildiriblər ki, ötən həftədən etibarən təklif olunan birgünlük və ikigünlük biletləri əldə edən şəxslər tribunalarda əyləşərək trekin müxtəlif yerlərindən yarışı izləməklə yanaşı, Dənizkənarı Milli Parkdakı Formula-1 şəhərciyində keçiriləcək bir sıra əyləncə tədbirlərində, o cümlədən yarış həftəsonunun axşamlarında əsas səhnədə konsert proqramlarında iştirak edə biləcəklər.xatırladaq ki, Formula-1 Azərbaycan Qran-prisi iyunun 23-25-də Bakıda keçiriləcək.xeber100.com

Fevral 12, 2017 11:27

Həndbol Federasiyasının məlumatı

Qadın həndbolçular arasında “Çelenc Cup” turnirinin səkkizdəbir final mərhələsi çərçivəsində Azərbaycan təmsilçisi “ABU” ilk matçına çıxıb.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a verilən xəbərə görə, komandamız Polşanın “Kram Start Elblaq” klubu ilə qarşılaşıb. Polşada keçirilən matçda nominal ev sahibi kimi çıxış edən “ABU” klubu yerli komandaya 23:33 hesabı ilə məğlub olub.Xatırladaq ki, səkkizdəbir final mərhələsinin cavab qarşılaşması fevralın 11-də əvvəldən razılaşdırıldığı kimi Polşada baş tutacaq.xeber100.com

Fevral 12, 2017 11:13

“Böyük dəbilqə” beynəlxalq turniri başlayıb

Fevralın 11-də Parisdə Accorhotels Arenada cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri başlayıb.Azərtac xəbər verir ki, iki gün davam edəcək turnirdə 63 ölkədən 459 idmançı mübarizə aparır. Yarışın ilk günündə dörd cüdoçumuz mübarizəyə qoşulub və millimiz 3 medal qazanıb.Elxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Hidayət Heydərov (73 kq) beynəlxalq turnirin bürünc medalına sahib olublar.Turnirin ilk gününün nəticələrinə görə, Azərbaycan millisi səkkizinci pillədə qərarlaşıb. Hesabında 3 qızıl, 1 gümüş və 2 bürünc medal olan Yaponiya yığması ümumi komanda hesabında birincidir. Koreya Respublikası (2-1-0) ikinci, Kosovo millisi (1-0-1) isə üçüncü pillədə yer alır.xeber100.com

Fevral 12, 2017 10:56

Sambo üzrə ölkə çempionatına yekun vurulub

Şağan Olimpiya İdman Kompleksində sambo üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub. Yeniyetmələr, gənclər və kişilər arasında təşkil olunan yarışda gərgin idman mübarizəsi müşahidə olunub.Azərtac xəbər verir ki, “Neftçi İdman Klubu”nun samboçuları çempionatda əzmlə mübarizə apararaq, ümumilikdə 41 medala (11 qızıl, 13 gümüş, 17 bürünc) sahib olublar.xeber100.com

Fevral 11, 2017 12:39

Dünya Güləş Birliyi yeni reytinq siyahısını açıqlayıb

Dünya Güləş Birliyi 2017-ci ilin yanvarında keçirilən yarışların nəticəsinə əsasən, güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.Azərtac xəbər verir ki, yanvarda komandalarımız heç bir rəsmi yarışda iştirak etmədiyindən reytinq sıralamasında elə də ciddi dəyişiklik müşahidə edilməyib. İlk onluqda, ümumilikdə 16 güləşçimizin adı var.xeber100.com

Fevral 11, 2017 12:19

Topaz Premyer Liqasının XVII turu çərçivəsində…

“Neftçi” komandasının Topaz Premyer Liqasının XVII turu çərçivəsində “İnter” üzərində səfər qələbəsi klub üçün əlamətdar olub.Azərtac xəbər verir ki, paytaxt təmsilçisinin heyətində çıxış edən çilili legioner İqnasio Herreranın matçın 58-ci dəqiqəsində vurduğu top “Neftçi”nin Azərbaycan çempionatları tarixində rəqib meydanlarında 500-cü qolu olub. 1992-ci ildən keçirilən ölkə çempionatlarında “Neftçi”nin vurduğu 500 səfər qolu 351 matçda qeydə alınıb. Flaqman səfərdə ən çox qol vuran komandadır.Xatırladaq ki, “İnter”-“Neftçi” görüşündə qonaqlar 3:1 hesabı ilə qalib gəliblər.xeber100.com

Fevral 11, 2017 12:07

2024-cü ildə təşkil olunacaq Avropa çempionatında…

Türkiyə 2024-cü ildə təşkil olunacaq futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.Azərtac xəbər verir ki, 2016-cı ilin qitə birinciliyinə də ev sahibliyi etmək üçün namizəd olmuş Türkiyə o zaman mübarizəni bir səslə uduzmuşdu. 2020-ci ildə qitə çempionatının bütün Avropaya yayılması səbəbindən imtina edilmişdi.“Avro-2024”ü təşkil etmək istəyən ölkələr rəsmən açıqlanmasa da, Almaniya və Hollandiyanın təklikdə, Rusiya və Estoniyanın isə birlikdə namizəd olacağı gözlənilir.xeber100.com

Fevral 11, 2017 12:00

Atçılıq Mərkəzinin yaradılmasının onuncu ildönümü qeyd edilib

Fevralın 11-də Dövlət Sərhəd Xidməti Atçılıq Mərkəzinin yaradılmasının onuncu ildönümü münasibətilə tədbir keçirilib.Azərtac xəbər verir ki, tədbirdə iştirak edən Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev, Gənclər və İdman Nazirliyinin nümayəndələri, idmançılar əvvəlcə hərbi hissənin ərazisinə baxış keçirib, yaradılan şəraitlə tanış olublar.Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin ifasında marşlar və həzin musiqilər səsləndirilib, Mərkəzin fəaliyyətini və qazandığı nailiyyətləri əks etdirən film nümayiş olunub. Yubiley mərasimində xüsusi xoreoqrafiya üzrə “Qarabağ” və “Diliboz” atlarının üzərində Azərbaycan Respublikasının dövlət bayrağı meydana gətirilib, “Süvarilər” qrupu, island poniləri, çövkən komandaları, konkurçular, poloçular atlarla parad qaydasında manejə daxil olublar. Sonra “Süvarilər” qrupunun nümunəvi çıxışları nümayiş etdirilib, konkur elementləri üzrə yarış keçirilib.xeber100.com

Fevral 11, 2017 11:54
    Page 749 of 830« First«...102030...747748749750751...760770780...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az