08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

El-1 döyüş növü üzrə yarışlara yekun vurulub

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Şağan Olimpiya İdman Kompleksində El-1 döyüş növü üzrə paytaxt kuboku yarışlarına yekun vurulub.Azərtac xəbər verir ki, yarış 6 yaş kateqoriyası üzrə keçirilib.Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Səbuhi Əliyev, Emil Əsədov, Rəvan Qarayev, Təbriz Bəylərov, Çərkəz Sadıqov, Elsevər İbrahimov, Xəqani Həşimli, Vüqar Paşazadə, Tural Əsgərov, Rahid Məmmədov, Ümid Məhərrəmli, Nurlan Həsənli, Turan Əliyev, Nail Cəfərli, Yaşar Əsgərov və Kənan Qənbərli qızıl medal qazanıblar.xeber100.com

Fevral 10, 2017 11:57

“Qarabağ” futbol klubu yeni rekordunu müəyyənləşdirib

Ağdamın “Qarabağ” futbol klubu tarixinin yeni rekordunu müəyyənləşdirib.Azərtac Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, komanda evdəki məğlubiyyətsizlik seriyasında Premyer Liqadakı ən yaxşı nailiyyətinə imza atıb. Qurban Qurbanovun yetirmələri buna Topaz Premyer Liqasının XVII turunun “Zirə” ilə matçında nail olublar. Matçda 2:0 hesabı ilə qalib gələn “Qarabağ” öz meydanındakı yenilməzliyini 32 oyuna çatdırıb. Ağdamlılar sonuncu dəfə 2015-ci il fevralın 28-də doğma meydanda uduzub. Həmin vaxt “Qəbələ”yə 0:1 hesabı ilə məğlub olan Q.Qurbanovun yetirmələri arxada qalan 2 il ərzində evdə 26 qələbə qazanıb və 6 heç-heçə ediblər.Bununla da “Qarabağ” klubu tarixinin rekordunu arxada qoyub. Ağdamlılar 1992-1993-cü illərdə ardıcıl 31 ev oyununda uduzmamışdı. Bu, ümumilikdə Azərbaycan futbolu tarixində 7-ci nəticənin təkrarıdır.xeber100.com

Fevral 10, 2017 11:49

“Çexiya Open” turnirində şəxsi oyunlar başa çatıb

Çexiyanın Xodonin şəhərində Beynəlxalq Stolüstü Tennis Federasiyasının reytinq yarışlarına daxil olan “Çexiya Open” turnirində şəxsi oyunlar başa çatıb.Azərbaycan Stolüstü Tennis Federasiyasından Azərtac-a bildirilib ki, 36 ölkədən 301 idmançının qatıldığı çempionatda oğlan tennisçilərimiz qızıl və gümüş medal qazanıblar.Tennisçilərimiz Yang Xinyu və Vanq Çenxi dörddəbir finalda Danimarka və Çexiya, yarımfinalda isə Almaniya və Moldova idmançılarına qalib gələrək finala çıxıblar. Final oyunu iki Azərbaycan tennisçisi arasında keçirilib.Qeyd edək ki, çempionat komanda yarışları ilə davam edir.xeber100.com

Fevral 10, 2017 11:46

Qətər dünya çempionatının hazırlığına 200 milyard xərcləyəcək

2022-ci il dünya çempionatına ev sahibliyi edəcək Qətər mundialın hazırlığına ümumilikdə 200 milyard ABŞ dolları xərcləyəcək.“The Guardian” xəbər verir ki, bu vəsait nəhəng futbol turniri üçün nəzərdə tutulmuş obyektlərin tikintisinə, infrastrukturun və xəstəxanaların modernləşdirilməsinə, eləcə də nəqliyyat şəbəkəsinin inkişafına sərf ediləcək.Qətər rəsmiləri dünya çempionatının hazırlıq prosesinə həftədə 500 milyon dollar xərcləyəcəklər.xeber100.com

Fevral 9, 2017 11:38

“İnter” futbol klubu “Neftçi”ni qəbul edəcək

Fevralın 8-də futbol üzrə Topaz Premyer Liqasında XVII tur çərçivəsində lider “Qarabağ” paytaxt təmsilçisi “Zirə”ni qəbul edib.Azərtac xəbər verir ki, oyunda ağdamlılar 2:0 hesabı ilə qalib gəliblər.Qarşılaşmaya hücumlarla başlayan Ağdam klubu 13-cü dəqiqədə Əfran İsmayılovun dəqiq zərbəsi ilə hesabı açıb. İkinci hissənin əvvəlində - 47-ci dəqiqədə isə Dino Ndlovu adını tabloya yazdırıb – 2:0. Oyun bu hesabla da başa çatıb.Bu oyundan sonra “Qarabağ” komandası “Qəbələ”ni bir xal üstələyərək turnir cədvəlindəki liderliyini qoruyub. “Zirə” 21 xalla dördüncü, AZAL isə 8 xalla sonuncu - səkkizinci sıradadır.Turun digər görüşləri fevralın 9-da oynanılacaq. “Sumqayıt” komandası “Kəpəz”i, “İnter” isə “Neftçi”ni qəbul edəcək.xeber100.com

Fevral 9, 2017 11:29

“Barselona” ilə “Alaves” üz-üzə gələcək

Fevralın 9-da futbol üzrə İspaniya Kral Kubokunun digər finalçısı müəyyənləşib.Azərtac xəbər verir ki, turnirin yarımfinalında “Selta Viqo”nu 1:0 (ilk oyun 0:0) hesabı ilə məğlub edən “Alaves” komandası finala vəsiqə qazanıb. “Alaves”in finala yüksəlməsini təmin edən yeganə qolu matçın 82-ci dəqiqəsində Edqar Antonio Mendez vurub.Turnirin digər finalçısı ötən gün “Atletiko Madrid”i mübarizədən kənarlaşdıran “Barselona”dır. Səfərdə - Madriddə 2:1 hesabı ilə qalib gələn kataloniyalılar “Nou Kamp”da 1:1 hesablı heç-heçə edərək finala yüksəliblər.İspaniya Kral Kubokunun final matçı mayın 27-də keçiriləcək.xeber100.com

Fevral 9, 2017 11:25

“Azərreyl” klubu növbəti oyununu keçirəcək

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan Bakının “Azərreyl” klubu bu gün növbəti oyununu keçirəcək.Azərtac xəbər verir ki, Bakı təmsilçisi Azərbaycan Voleybol Mərkəzində Fransanın “Sen-Rafael” komandasını qəbul edəcək. Görüşün baş hakimi isveçrəli Kristian Volf olacaq. Ona həmkarı İqor Porvaznik (Slovakiya) kömək edəcək.Qeyd edək ki, görüş saat 18:00-da başlayacaq.xeber100.com

Fevral 9, 2017 11:09

Premyer Liqanın XVII turunda…

Azərbaycan Premyer Liqasının cari mövsümünün yeni bombardiri müəyyənləşib.Azərtac xəbər verir ki, bu, “Qəbələ”nin futbolçusu Filip Ozobiçdir. Xorvatiya milli komandasının da üzvü olan təcrübəli yarımmüdafiəçi həm Premyer Liqanın XVII turunda AZAL ilə oyunda etdiyi dublla 2:0 hesablı qələbədə pay sahibi olub, həm də bombardirlər yarışında vahid liderliyə yüksəlib. Fransalı komanda yoldaşı Baqali Dabo (7 qol) ilə bunadək şərikli lider olan Ozobiç artıq 9 qolla onu qabaqlayaraq birinci pillədə qərarlaşıb. Bu, eyni zamanda 26 yaşlı yarımmüdafiəçinin Azərbaycandakı yarımillik karyerasında ilk dublu olub.Qeyd edək ki, 1992-ci ildən keçirilən Azərbaycan çempionatlarında indiyədək nə “Qəbələ”dən bombardir, nə də xorvatiyalı futbolçu ən sərrast oyunçu olub.xeber100.com

Fevral 9, 2017 11:05

TASS informasiya agentliyinin məlumatı

Sankt-Peterburq Olimpiya paytaxtı olmağa layıqdır və 2028-ci ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi edə bilər. Bu barədə TASS-a sözügedən şəhərin qubernatoru Qeorqiy Poltavçenko məlumat verib:“Mən 90-cı illərdə Sankt-Peterburqun 2004-cü il Olimpiya Oyunları üçün namizədliyini yaxşı xatırlayıram. Şübhə etmirəm ki, o vaxt kimi indi də bizim şəhər Olimpiya paytaxtı olmaq adına layiqdir. Əgər bütün ölkə və Rusiya Olimpiya Komitəsi Sankt-Peterburqun namizədliyini təsdiqləyərsə, biz öz tərəfimizdən nə lazımdısa edəcəyik”, - deyə qubernator əlavə edib.xeber100.com

Fevral 8, 2017 11:35

UEFA Çempionlar Liqasının final mərhələsi…

Avropanın ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin ilk görüşləri fevralın 14-15-də keçiriləcək. Bu mərhələdə cavab qarşılaşmaları isə bir həftə sonra – fevralın 21-də və 22-də oynanılacaq.Azərtac xəbər verir ki, UEFA qitənin ən nüfuzlu klub turnirinin səkkizdəbir final mərhələləri ilə bağlı maraqlı statistika açıqlayıb.UEFA Çempionlar Liqasının tarixində səkkizdəbir final mərhələlərində ən çox oyun keçirən futbolçu Kriştiano Ronaldodur. Portuqaliyalı futbolçu indiyədək 24 qarşılaşmada meydana çıxıb. Onu 23 oyunla Zlatan İbrahimoviç, hər birinin aktivində 22 matç olan İker Kasilyas və Lionel Messi izləyirlər.Dünyanın ən güclü iki futbolçusu hesab edilən Kriştiano Ronaldo ilə Lionel Messi arasındakı rəqabət bu statistikada da özünü göstərib. Belə ki, səkkizdəbir final mərhələlərində ən çox qol vuran futbolçu Lionel Messidir. Aktivində 20 qol olan argentinalı bu göstərici üzrə portuqaliyalı rəqibini üç top qabaqlayır.xeber100.com

Fevral 8, 2017 11:29
    Page 751 of 831« First«...102030...749750751752753...760770780...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az