05 Fevral 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Futbol üzrə XVI tura yekun vurulub

Fevralın 4-də futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.Azərtac xəbər verir ki, turun son qarşılaşması Sumqayıtda oynanılıb.Bakının “İnter” klubu “Sumqayıt”la üz-üzə gəlib. Paytaxt təmsilçisi zirvədə qərarlaşan “Qarabağ” və “Qəbələ”dən uzaq düşməməyə, “kimyaçılar” isə hazırda qərarlaşdıqları 4-cü pillədəki mövqelərini itirməməyə cəhd göstəriblər.Oyunda hesabı meydan sahibləri açsa da, Zaur Svanadzenin yetirmələri nəinki hesabı bərabərləşdirmək, həmçinin son dəqiqələrdə hesabda önə də keçiblər. Ancaq komanda oyunu 3 xalla başa vura bilməyib. “Sumqayıt” matça əlavə olunmuş birinci dəqiqədə oyunda status-kvonu bərpa edib - 2:2. Ev sahibi komandadan Mirabdulla Abbasov (18), Nicat Muxtarov (90) və qonaqların heyətində isə İlkin Qırtımov (47), Rauf Əliyev (88) fərqləniblər. Qarşılaşma elə bu hesabla da yekunlaşıb.Bu görüşdən sonra “İnter” 29 xalla 3-cü yerdəki mövqeyini qoruyub. “Sumqayıt” klubu isə 19 xalla turu 5-ci başa vurub.xeber100.com

Fevral 5, 2017 12:06

Beynəlxalq hakimlik kursları keçirilib

Litvanın paytaxtı Vilnüsdə aerobika gimnastikası üzrə beynəlxalq hakimlik kursları keçirilib.Az'rtac xəbər verir ki, seminarda iştirak edən Azərbaycan təmsilçiləri Nigar Abdusəlimova və Aleksandra Qorobçuk imtahanlardan uğurla keçərək dördüncü hakimlik kateqoriyasını əldə ediblər.Bu kateqoriya cari Olimpiya dövründə (2017-2020-ci illər) qüvvədə olacaq.xeber100.com

Fevral 5, 2017 11:53

Qraplinq və MMA idman növləri üzrə çempionat başa çatıb

Hövsan Olimpiya İdman Kompleksində pankration, qraplinq və MMA idman növləri üzrə açıq Bakı çempionatı və birinciliyi başa çatıb.Azərtac xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən yarışa 300-dən çox atlet qatılıb.“Neftçi İdman Klubu”nun təmsilçiləri çempionatda aşkar üstünlükləri ilə seçiliblər və ümumilikdə yarışın 29 medalına (8 qızıl, 6 gümüş, 15 bürünc) sahib olublar.Qraplinq yarışlarında İmran Abbasquliyev (16-17 yaş, 58 kq), Coşqun Dəlişov (20 yaşdan yuxarı, 62 kq), Teymurşah Cəmaləddinov (20 yaşdan yuxarı, 71 kq) və Həzi Həsənov (20 yaşdan yuxarı, 92 kq) əzmlə mübarizə apararaq qalib adını qazanıblar.MMA idman növündə iyirmi yaşdan yuxarı idmançılar arasında Coşqun Dərişov (71 kq), Nemət Məmmədov (77 kq) və Əli Əlizadə (100 kq) rəqib tanımayaraq liderliyə yüksəliblər.Pankrationçuların mübarizəsində isə Rasim Abdulrəhmanov (14-15 yaş, 73 kq) bütün döyüşlərdən qalib ayrılıb və paytaxt birinciliyinin qızıl medalına yiyələnib.“Neftçi İdman Klubu” ümumi komanda hesabında birinci yeri tutub.xeber100.com

Fevral 4, 2017 1:13

Avropa Olimpiya Komitələrinin iclası çərçivəsində…

Avropa Olimpiya Komitələrinin (AOK) İcraiyyə Komitəsinin Lozannada keçirilən iclası çərçivəsində 2019-cu ildə ikinci Avropa Oyunlarının keçirilməsinə Minskin hazırlığı haqqında birinci hesabat nəzərdən keçirilib.Azərtac xəbər verir ki, İcraiyyə Komitəsinin üzvləri idman infrastrukturunun hazırlıq səviyyəsini və Avropa Oyunları proqramının variantlarını çox müsbət qiymətləndiriblər. xatırladq ki, oyunların yekun proqramı Minskdə AOK-un Avropa Oyunlarına hazırlıq üzrə iclası keçiriləndən sonra - 2017-ci ilin baharında təsdiq ediləcək.xeber100.com

Fevral 4, 2017 12:19

Voleybol komandaları arasında daha bir oyun keçirilib

Fevralın 3-də qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası çərçivəsində daha bir oyun keçirilib.Azərtac xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində “Azərreyl” komandası “Telekom” ilə qarşılaşıb.Çempionlar Liqası yarışlarında ölkəmizi təmsil edən komandaların duelindən “Telekom” komandası 3:2 hesablı qələbə ilə ayrılıb.Hesabındakı xalların sayını 26-ya çatdıran “Telekom” komandası turnir cədvəlində liderliyini davam etdirir. “Azərreyl” 20 xalla ikinci, “Azəryol” isə 16 xalla üçüncü pillədə qərarlaşıb.xeber100.com

Fevral 4, 2017 12:15

Ağır atletika üzrə yarışlarının seçmə mərhələsinə yekun vurulub

omAzərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə respublika yarışlarının birinci seçmə mərhələsinə yekun vurulub.Azərtac xəbər verir ki, son olaraq fevralın 1-2-də Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Şəki və Qaxı təmsil edən 150-yə yaxın atlet körpücük üzərinə çıxıblar.Yarışların təşkilində məqsəd regionlarda atletlərin hazırlıq vəziyyətinin yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.xeber100.com

Fevral 4, 2017 12:11

“Legends of Azerbaijan” adlı turnir keçiriləcək

Martın sonu və aprelin əvvəlində Bakıda K-1 döyüş növü üzrə “Legends of Azerbaijan” adlı turnir keçiriləcək.Azərtac xəbər verir ki, bu sözləri fevralın 4-də Bakıda təşkil olunan mətbuat konfransında K-1 döyüş növünün Azərbaycan və Yaxın Şərq üzrə rəsmisi Elnur Məmmədov deyib.E.Məmmədov bildirib ki, turnirə ölkəmizin güclü idmançıları ilə yanaşı, dünyanın tanınmış döyüşçüləri qatılacaqlar.Döyüşçülərimizin beynəlxalq arenada çıxışını yüksək qiymətləndirən E.Məmmədov K-1 döyüş növünün ölkəmizdə inkişaf istiqamətləri barədə məlumat verib.Sonra E.Məmmədov jurnalistlərin suallarını cavablandırıb.xeber100.com

Fevral 4, 2017 11:50

“Barselona” futbol klubuna yeni səfir təyin olunub

Braziliya millisinin keçmiş yarımmüdafiəçisi Ronaldinyo “Barselona” futbol klubunun səfiri təyin olunub.Azərtac xəbər verir ki, bu barədə Kataloniya klubu məlumat yayıb. Bildirilir ki, məşhur futbolçu ilə razılığa gəlinib və Ronaldinyo qarşıdakı illərdə “Barselona”nı müxtəlif tədbir və mərasimlərdə səfir kimi təmsil edəcək. “Barselona”nın yeni reklam üzü olacaq Ronaldinyo klubun dünya üzrə təşkil etdiyi keçmiş futbolçularla oyunlarda da meydançaya çıxacaq.Dünyanın ən yaxşı yarımmüdafiəçiləri arasında göstərilən 36 yaşlı “sambaçı” 2003–2008-ci illərdə “Barselona”da forma geyinib.xeber100.com

Fevral 3, 2017 12:00

Beynəlxalq Triatlon İttifaqı reytinq cədvəlini açıqlayıb

Beynəlxalq Triatlon İttifaqı idmançıların növbəti reytinq cədvəlini açıqlayıb.Azərtac qurumun rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsovun reytinq cədvəlindəki mövqeyi dəyişməyib. Belə ki, R.Pevtsov 3209,77 xalla 17-ci pillədədir.Reytinq cədvəlinə ispaniyalı Mario Molaya liderik edir. Böyük Britaniya təmsilçisi Conatan Braunli ikinci, digər ispaniyalı triatlonçu Fernando Alarza isə üçüncüdür.xeber100.com

Fevral 3, 2017 11:56

Açıq ölkə çempionatı keçiriləcək

Fevralın 4-5-də Qusarda buzadırmanma üzrə açıq ölkə çempionatı keçiriləcək.Azərtac xəbər verir ki, yarışda 16 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər. Çempionat ölkəmizdə ekstremal idman növlərini inkişaf etdirmək, gəncləri bu idman növlərinə cəlb etmək, beynəlxalq yarışlarda iştirak edəcək yığma komandanın formalaşması məqsədi daşıyır.Yarış çətinlik və sürət növü üzrə Beynəlxalq Dırmanma və Dağçılıq Federasiyasının qaydalarına əsasən keçiriləcək.xeber100.com

Fevral 3, 2017 11:52
    Page 753 of 830« First«...102030...751752753754755...760770780...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az