08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Tərəfdaşlıq sazişi imzalanıb

Fevralın 6-da BP şirkəti ilə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi arasında tərəfdaşlıq sazişi imzalanıb.Azərtac xəbər verir ki, sazişi gənclər və idman naziri Azad Rəhimov və BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrell imzalayıblar.Bu tərəfdaşlıq BP-nin Azərbaycanda idmanın inkişafına dəstək verməklə bağlı öhdəliyinin bir hissəsidir. Sazişə əsasən, BP “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olmaqla yanaşı, oyunlara və sonrakı yarışlara hazırlıq keçən 7 milli idman elçisinə, eləcə də könüllülərə dəstəyini göstərəcək.xeber100.com

Fevral 6, 2017 11:04

Beynəlxalq hakimlik kursları başlayıb

Fevralın 6-da Bakıda kişi idman gimnastikası üzrə beynəlxalq hakimlik kursları başlayıb. Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təşkil olunan kurslar fevralın 9-dək davam edəcək.Azərtac xəbər verir ki, kurslarda 17 ölkədən 66 hakim iştirak edir. Azərbaycanı bu kurslarda 6 nəfər təmsil edir. Hakimlikdə ilk addımlarını atan mütəxəssislər bu kurslarda dərəcə qazanmaq imkanı əldə edirlər.Beynəlxalq idman gimnastikası üzrə texniki heyətin rəhbəri Stiv Butçer kursların açılışında təşkilat komitəsinin üzvlərini təqdim edib. Azərbaycan Gimnastika Federasiyasının baş katibi F.Qayıbov qeyd edib ki, idman gimnastikası üzrə beynəlxalq hakimlik kursları artıq ölkəmizdə ikinci dəfə təşkil olunur. İlk belə kurslar 2007-ci ildə keçirilib. Ötən ay isə paytaxtımızda FIG-in qitələrarası hakimlik və bədii gimnastika üzrə beynəlxalq kursları uğurla təşkil edilib. F.Qayıbov bu kursların keçirilməsini Azərbaycana həvalə etdiyi üçün FIG-in texniki komitəsinə minnətdarlığını bildirib.xeber100.com

Fevral 6, 2017 11:01

Afrika Millətlər Kubokunun qalibi müəyyənləşib

Futbol üzrə Afrika Millətlər Kubokunun qalibi müəyyənləşib.TASS xəbər verir ki, Kamerun yığması final oyununda Misir komandasını 2:1 hesabı ilə məğlub edərək Afrika Millətlər Kubokunun qalibi olub. Oyunun 89-cu dəqiqəsində Türkiyənin "Beşiktaş" klubunda çıxış edən Vensan Abubakar qələbə topuna imza atıb.Kamerun yığması tarixdə beşinci dəfə Afrika Kubokunu qazanıb. Komanda sonuncu dəfə 2002-ci ildə bu mükafatın sahibi olub. Komanda hesabında isə Misir yeddi dəfə bu kubokun qalibi olub ki, bu da rekord göstəricidir. Misirlilər sonuncu dəfə 2010-cu ildə Afrika Kuboku qazanıblar.xeber100.com

Fevral 6, 2017 10:13

Bədii gimnastika üzrə dünya çempionatı təşkil ediləcək

2020-ci ildə kişi idman gimnastikası üzrə Avropa çempionatı Bakıda təşkil olunacaq. Bu barədə qərar Avropa Gimnastika İttifaqının Lozannadakı baş qərargahında qurumun İcraiyyə Komitəsinin iclasında qəbul olunub.Azərtac xəbər verir ki, iclasda Azərbaycan Gimnastika Federasiyasının 2020-ci ildə idman gimnastikası üzrə Avropa çempionatının ölkəmizdə keçirilməsi ilə bağlı namizədliyi məsələsinə baxılıb. Müzakirələrdən sonra kişi idman gimnastikası üzrə 34-cü Avropa çempionatının 2020-ci il mayın 6-10-da Bakıda keçirilməsi qərara alınıb. Qadın idman gimnastikası üzrə 33-cü Avropa çempionatının təşkili isə Parisə həvalə olunub.Beynəlxalq Gimnastika Federasiyasının 2017-2020-ci illərdə Olimpiya dövrü üzrə yeni qaydalarına əsasən, Avropa çempionatlarında da “Tokio-2020”yə lisenziya qazanmaq imkanı olacaq.Bundan əlavə, Azərbaycan Gimnastika Federasiyası növbəti Olimpiadaya qədər gimnastikanın üç növü (idman gimnastikası, batut gimnastikası, bədii gimnastika) üzrə məhz lisenziya xarakteri daşıyan dünya kuboku mərhələlərini, həmçinin bədii gimnastika üzrə dünya çempionatını təşkil edəcək.xeber100.com

Fevral 5, 2017 5:34

Taekvando üzrə beynəlxalq turnir keçirilir

İranın Kərəc şəhərində yeniyetmə və uşaqlar arasında taekvando üzrə beynəlxalq turnir keçirilir. İran İslam İnqilabının 38-ci ildönümünə həsr olunan turnirdə Azərbaycanı təmsil edən 7 yeniyetmə idmançımız uğurla mübarizə aparıblar.Turnirin birinci günündə Ramal Əliyev (25 kq) və Ağa İsmayılzadə (27 kq) birinci yeri tutaraq qızıl medallara sahib olublar. Digər çəki dərəcələri üzrə yarışlarda isə Fuad Mirzəyev ikinci, Mirhüseyn Zəkiyev, Azər Eyvazlı, Tarix Əliyev və Poladxan İbrahimov üçüncü yerdə qərarlaşıblar.xeber100.com

Fevral 5, 2017 2:27

Futbol üzrə XVI tura yekun vurulub

Fevralın 4-də futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.Azərtac xəbər verir ki, turun son qarşılaşması Sumqayıtda oynanılıb.Bakının “İnter” klubu “Sumqayıt”la üz-üzə gəlib. Paytaxt təmsilçisi zirvədə qərarlaşan “Qarabağ” və “Qəbələ”dən uzaq düşməməyə, “kimyaçılar” isə hazırda qərarlaşdıqları 4-cü pillədəki mövqelərini itirməməyə cəhd göstəriblər.Oyunda hesabı meydan sahibləri açsa da, Zaur Svanadzenin yetirmələri nəinki hesabı bərabərləşdirmək, həmçinin son dəqiqələrdə hesabda önə də keçiblər. Ancaq komanda oyunu 3 xalla başa vura bilməyib. “Sumqayıt” matça əlavə olunmuş birinci dəqiqədə oyunda status-kvonu bərpa edib - 2:2. Ev sahibi komandadan Mirabdulla Abbasov (18), Nicat Muxtarov (90) və qonaqların heyətində isə İlkin Qırtımov (47), Rauf Əliyev (88) fərqləniblər. Qarşılaşma elə bu hesabla da yekunlaşıb.Bu görüşdən sonra “İnter” 29 xalla 3-cü yerdəki mövqeyini qoruyub. “Sumqayıt” klubu isə 19 xalla turu 5-ci başa vurub.xeber100.com

Fevral 5, 2017 12:06

Beynəlxalq hakimlik kursları keçirilib

Litvanın paytaxtı Vilnüsdə aerobika gimnastikası üzrə beynəlxalq hakimlik kursları keçirilib.Az'rtac xəbər verir ki, seminarda iştirak edən Azərbaycan təmsilçiləri Nigar Abdusəlimova və Aleksandra Qorobçuk imtahanlardan uğurla keçərək dördüncü hakimlik kateqoriyasını əldə ediblər.Bu kateqoriya cari Olimpiya dövründə (2017-2020-ci illər) qüvvədə olacaq.xeber100.com

Fevral 5, 2017 11:53

Qraplinq və MMA idman növləri üzrə çempionat başa çatıb

Hövsan Olimpiya İdman Kompleksində pankration, qraplinq və MMA idman növləri üzrə açıq Bakı çempionatı və birinciliyi başa çatıb.Azərtac xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən yarışa 300-dən çox atlet qatılıb.“Neftçi İdman Klubu”nun təmsilçiləri çempionatda aşkar üstünlükləri ilə seçiliblər və ümumilikdə yarışın 29 medalına (8 qızıl, 6 gümüş, 15 bürünc) sahib olublar.Qraplinq yarışlarında İmran Abbasquliyev (16-17 yaş, 58 kq), Coşqun Dəlişov (20 yaşdan yuxarı, 62 kq), Teymurşah Cəmaləddinov (20 yaşdan yuxarı, 71 kq) və Həzi Həsənov (20 yaşdan yuxarı, 92 kq) əzmlə mübarizə apararaq qalib adını qazanıblar.MMA idman növündə iyirmi yaşdan yuxarı idmançılar arasında Coşqun Dərişov (71 kq), Nemət Məmmədov (77 kq) və Əli Əlizadə (100 kq) rəqib tanımayaraq liderliyə yüksəliblər.Pankrationçuların mübarizəsində isə Rasim Abdulrəhmanov (14-15 yaş, 73 kq) bütün döyüşlərdən qalib ayrılıb və paytaxt birinciliyinin qızıl medalına yiyələnib.“Neftçi İdman Klubu” ümumi komanda hesabında birinci yeri tutub.xeber100.com

Fevral 4, 2017 1:13

Avropa Olimpiya Komitələrinin iclası çərçivəsində…

Avropa Olimpiya Komitələrinin (AOK) İcraiyyə Komitəsinin Lozannada keçirilən iclası çərçivəsində 2019-cu ildə ikinci Avropa Oyunlarının keçirilməsinə Minskin hazırlığı haqqında birinci hesabat nəzərdən keçirilib.Azərtac xəbər verir ki, İcraiyyə Komitəsinin üzvləri idman infrastrukturunun hazırlıq səviyyəsini və Avropa Oyunları proqramının variantlarını çox müsbət qiymətləndiriblər. xatırladq ki, oyunların yekun proqramı Minskdə AOK-un Avropa Oyunlarına hazırlıq üzrə iclası keçiriləndən sonra - 2017-ci ilin baharında təsdiq ediləcək.xeber100.com

Fevral 4, 2017 12:19

Voleybol komandaları arasında daha bir oyun keçirilib

Fevralın 3-də qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası çərçivəsində daha bir oyun keçirilib.Azərtac xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində “Azərreyl” komandası “Telekom” ilə qarşılaşıb.Çempionlar Liqası yarışlarında ölkəmizi təmsil edən komandaların duelindən “Telekom” komandası 3:2 hesablı qələbə ilə ayrılıb.Hesabındakı xalların sayını 26-ya çatdıran “Telekom” komandası turnir cədvəlində liderliyini davam etdirir. “Azərreyl” 20 xalla ikinci, “Azəryol” isə 16 xalla üçüncü pillədə qərarlaşıb.xeber100.com

Fevral 4, 2017 12:15
    Page 753 of 831« First«...102030...751752753754755...760770780...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az