05 Fevral 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində…

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan–Almaniya oyununun biletləri fevralın 1-dən satışa çıxarılıb.Azərtac xəbər verir ki, kateqoriyalardan asılı olaraq biletlərin qiyməti 2, 5, 9, 14 və 19 manat təşkil edir. VIP biletləri isə 50 manata əldə etmək olar. Xatırladaq ki, Azərbaycan-Almaniya oyunu martın 26-da saat 20:00-da start götürəcək.xeber100.com

Fevral 1, 2017 10:38

Cüdo Federasiyası yeni reytinq siyahısını açıqlayıb

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq siyahısını açıqlayıb.Azərtac xəbər verir ki, siyahı Azərbaycan millisinin aparıcı üzvləri üçün uğurlu olub.Yığmamızın aparıcı cüdoçularının hamısı mövqelərini qoruyublar. Belə ki, Orxan Səfərov yenə 3-cü, İlqar Müşkiyev (hər ikisi 60 kq) 12-ci, Nicat Şıxəlizadə 9-cu, Tərlan Kərimov (hər ikisi 66 kq) 45-ci, Rüstəm Orucov (73 kq) 1-ci, Məmmədəli Mehdiyev (90 kq) 20-ci, Elmar Qasımov 1-ci, Elxan Məmmədov (hər ikisi 100 kq) 8-ci və Uşanqi Kokauri (100 kq-dan yuxarı) 17-ci pillədə yer alıblar.Təmsilçilərimizdən yalnız Aişə Qurbanlı (48 kq) 1 rəqibini özündən irəli buraxıb. O, 41-ci yerə geriləyib.xeber100.com

Fevral 1, 2017 10:35

“Fajr Sabalan Cup” beynəlxalq turniri davam edir

İranda şahmat üzrə “Fajr Sabalan Cup” beynəlxalq turniri davam edir.Azərtac xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən Azər Mirzəyev dördüncü turda iranlı idmançı Ehsan Qaem Məqmi ilə qarşılaşıb. Görüş heç-heçə yekunlaşıb.A.Mirzəyev və E.Məqami ilə yanaşı, hesabında 3,5 xal İspaniya təmsilçisi Oleq Korneyev turnir cədvəlində 1-3-cü pilləni bölüşürlər.xeber100.com

Yanvar 31, 2017 11:04

Voleybol komandaları arasında növbəti oyun keçirilib

Yanvarın 30-da qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası yarışları çərçivəsində növbəti oyun keçirilib.Azərtac xəbər verir ki, “Gənclik” Olimpiya İdman Kompleksində Gürcüstanın “Tbilisi” komandası Bakının “Telekom” klubu ilə qarşılaşıb.Bakı təmsilçisinin üstünlüyü şəraitində keçən oyunda “Telekom” 3:0 hesabı ilə qalib gəlib.Hesabındakı xalların sayını 24-ə çatdıran “Telekom” turnir cədvəlində liderliyini davam etdirir. “Azərreyl” 19 xalla ikinci, “Azəryol” isə 10 xalla üçüncü pillədə qərarlaşıb.xeber100.com

Yanvar 31, 2017 11:00

Boksçular arasında ölkə çempionatına yekun vurulub

Azərbaycan Boks Mərkəzində kişi və qadın boksçular arasında ölkə çempionatına yekun vurulub.Azərtac xəbər verir ki, yarışda kişilər 10, qadınlar isə 4 çəki dərəcəsində birincilik uğrunda mübarizə aparıblar.Kişilərin yarışında Araz İmaməliyev (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), İman Əhmədli (64 kq), Roman Zakirov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Eldar Quliyev (81 kq), Teymur Məmmədov (91 kq) və Ağalar Sadiqzadə (91 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Qadınların mübarizəsində Dinarə Fətəliyeva (48 kq), Anaxanım Ağayeva (51 kq), Məhsəti Həmzəyeva (57 kq) və Məryəm Cəbrayılova (64 kq) qızıl medal qazanıblar.xeber100.com

Yanvar 31, 2017 10:56

Afrika Millətlər Kubokunda daha 2 oyun keçirilib

Futbol üzrə Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinin daha 2 oyunu keçirilib.Apasport.az saytının məlumatına görə, günün ilk oyununda qrup mərhələsini lider kimi başa vurmuş Konqo DR ikinci kimi 1/4 finala adlamış Qana ilə qarşılaşıb. 2:1 hesabı ilə qalib gələn Qana final üçün yarışacaq.Mərhələnin son oyununda isə qrupu birinci pillədə tamamlamış Misir Şimali Afrikanın digər təmsilçisi Mərakeşlə üz-üzə gəlib. Qarşılaşmanın taleyini bir qol həll edib. Mahmud Kahrabanın sona 2 dəqiqə qalmış vurduğu qol Misiri yarımfinala çıxarıb.Qeyd edək ki, daha əvvəl Kamerun və Burkina Faso yarımfinala vəsiqə qazanmışdı. Beləliklə, yarımfinalda Misir Burkina Faso ilə, Kamerun isə Qana ilə qarşılaşacaq. İlk yarımfinal matçı fevralın 1-də, digər qarşılaşma isə bir gün sonra keçiriləcək.xeber100.com Afrika Millətlər Kuboku 1/4 final 29 yanvar Konqo DR - Qana 1:2 Qol: Pol-Joze Mpoku, 68 - Cordan Ayyu, 63. Andre Ayyu, 78-pen. Misir - Mərakeş 1:0 Qol: Mahmud Kahraba, 88.

Yanvar 31, 2017 10:44

Premyer Liqasında XVI turun oyun cədvəli müəyyənləşib

Azərbaycan Premyer Liqasında XVI turun oyun cədvəli müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qarşıdakı turun görüşləri iki günü əhatə edəcək.Mərkəzi oyun hesab edilən “Neftçi” – “Qəbələ” görüşü fevralın 3-də baş tutacaq. Turnir cədvəlində 3-4-cü yerlərdə qərarlaşan “İnter”lə “Sumqayıt” isə ertəsi gün üz-üzə gələcək.xeber100.com Azərbaycan Premyer Liqası XVI tur 3 fevral (cümə) 16:00. AZAL – “Qarabağ” “AZAL Arena” 18:30. “Neftçi” – “Qəbələ” “Bakcell Arena” 4 fevral (şənbə)  14:00. “Kəpəz” – “Zirə” Gəncə şəhər stadionu 16:30. “Sumqayıt” – “İnter” “Kapital Bank Arena”

Yanvar 31, 2017 10:24

XV turun mərkəzi matçı “Qarabağ” ilə “Neftçi” arasında oynanılıb

Futbol üzrə Azərbaycan Premyer Liqasının üçüncü dövrəsinin növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, çempionatın XV turunun mərkəzi matçı “Qarabağ” ilə “Neftçi” arasında oynanılıb.Ağdamın “Qarabağ” klubu ən yaxın izləyicisi “Qəbələ”nin xal itirməsindən yararlana bilməyib. Çempionatın lideri Azərbaycan futbolunun flaqmanı ilə heç-heçə edib - 1:1. “Neftçi”nin heyətində Cavid İmamverdiyev birinci hissədə hesabı açıb. “Qarabağ”ın Cənubi Afrika Respublikasından olan hücumçusu D.Ndlovu on bir metrlik cərimə zərbəsindən bərabərlik qolunu vurub.On beş turdan sonra “Qarabağ” 33 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. “Qəbələ” 32 xalla ikinci, “İnter” isə 28 xalla üçüncüdür.xeber100.com

Yanvar 30, 2017 11:10

AFFA-nın məlumatına görə…

Futbol üzrə Azərbaycan milli komandası fevralın 9-da Qətər yığması ilə səfərdə yoldaşlıq oyunu keçirəcək.AFFA-dan Azərtac-a bildiriblər ki, bununla əlaqədar olaraq, iki futbol qurumu arasında ilkin razılıq əldə olunub.xeber100.com

Yanvar 30, 2017 11:05

Şahmat üzrə beynəlxalq turnir davam edir

İranda şahmat üzrə “Fajr Sabalan Cup” beynəlxalq turniri davam edir.Azərtac xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən Azər Mirzəyev növbəti qələbəsini qazanıb. Üçüncü turda ağ fiqurlarla oynayan A.Mirzəyev yerli idmançı Nima Hüseynzadəyə qalib gəlib.Hesabında 3 xal olan Azərbaycan şahmatçısı iranlı idmançı Ehsan Qaem Məqmi ilə 1-2-ci pilləni bölüşür.xeber100.com

Yanvar 30, 2017 11:03
    Page 755 of 830« First«...102030...753754755756757...760770780...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az