Astara-Rəşt dəmir yolu xəttinin təməlqoyma mərasimi keçiriləcək

Bu ilin mart ayında Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi və Astara-Rəşt dəmir yolu xəttinin təməlqoyma mərasimi keçiriləcək.Apa-nın Tehran bürosunun məlumatına görə, bunu İran Dövlət Dəmir Yolları İdarəsinin beynəlxalq əlaqələr idarəsinin direktoru Abbas Nəzəri bildirib.A. Nəzəri Cənub-Qərb dəhlizi və Qara dənizin Fars körfəzinə birləşdirilməsinin qarşıda duran böyük layihələr olduğunu diqqətə çatdırıb. Bu dəhliz vasitəsilə Avropa ölkələrinin yükləri Polşa, Ukrayna, Gürcüstan, Azərbaycan və İran vasitəsi ilə Fars körfəzinə və Hindistana, o cümlədən digər körfəz ölkələrinə daşınacaq: "Bu layihə ilə bağlı ticari və texniki danışıqlar aparılıb”.A.Nəzəri Avropadan Astara dəmir yolu vasitəsilə sərnişinlərin də daşınacağını nəzərə çatdırıb: “Bununla bağlı İran, Azərbaycan və Rusiya arasında ikitərəfli və üçtərəfli danışıqlar aparılıb. Texniki və ticari məsələlər üç ölkənin ekspertləri tərəfindən araşdırılmalıdır. İlk mərhələdə üç ölkə İranın Astara terminalından Moskvaya kimi sərnişin qatarların hərəkətini və Moskvadan Fars Körfəzinə kimi yük qatarlarının hərəkətini nəzərdə tutub. Bu dəmir yolu vasitəsilə ən azından ildə 2 milyon ton yük daşınması və gələcəkdə isə bu həcmin 5 milyon tona çatdırılması nəzərdə tutulur".İran Dövlət Dəmir Yolları İdarəsinin beynəlxalq əlaqələr idarəsinin direktoru deyib ki, Azərbaycan Respublikası Astara terminalının tikintisinə 60 milyon dollar, Astara-Rəşt dəmir yolu xəttinin tikintisinə isə 500 milyon dollar investisiya yatırır.xeber100.com

Fevral 4, 2018 8:55

Bakı Nəqliyyat Agentliyinin məlumatı

Bu gündən 125 saylı marşrut xətti üzrə avtobuslar yenilənmiş sxem üzrə hərəkət etməyə başlayıb.“Apa-Economics” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.Xatırladaq ki, 125 saylı marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.Bu marşrut üzrə avtobuslar “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzinə gedərkən 20-ci sahədəki dairədən geri qayıdaraq yeni salınan yoldan “Bibiheybət yolu”na çıxmaqla (“Jurnalistlər binası”nın qarşısındakı yol) müəyyən edilən xətt üzrə hərəkətinə davam edəcək.Dəyişiklik nəticəsində, “Bibiheybət yolu” ətrafında çoxsaylı yaşayış binalarının sakinlərinin, Bakı Ali Neft məktəbinin kampusunun müəllim və tələbə heyətinin, eləcə də həmin ərazidə olan iaşə obyektlərindən istifadə edən əhalinin müntəzəm marşrut xətti ilə “28 May” metrostansiyası – “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirilməsi təmin ediləcək. Dəyişiklik edilməsi haqqında qərar “Bibiheybət yolu” (“Jurnalistlərin binası”) ətrafında məskunlaşan sakinlərdən Bakı Nəqliyyat Agentliyinə daxil olan çoxsaylı müraciətlər əsasında aparılan təhlillərə uyğun olaraq qəbul edilib. Belə ki, Su İdman Sarayından “Bibiheybət yolu” (“Jurnalistlərin binası”) ilə Bibiheybət məscidinə qədər marşrutun olmaması ərazidə məskunlaşan sakinlərin yaxınlıqdakı dayanacağa piyada gedişində çətinliklər yaradır. Belə ki, 20-ci sahədəki dayanacaqdan “Bibiheybət yolu” ətrafındakı yaşayış binalarına (Jurnalistlərin binası) qədər piyada gediş məsafəsi 840 m təşkil edir",- deyə məlumatda qeyd olunur.xeber100.com

Fevral 3, 2018 5:15

Avtobusların hərəkət sxemində dəyişiklik edilib

125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.Azərtac xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.Bildirilib ki, bu marşrut üzrə avtobuslar “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzinə gedərkən 20-ci sahədəki dairədən geri qayıdaraq yeni salınan yoldan “Bibiheybət yolu”na çıxmaqla (“Jurnalistlər binası”nın qarşısındakı yol) müəyyən edilən xətt üzrə hərəkətinə davam edəcək.Dəyişiklik nəticəsində “Bibiheybət yolu” ətrafında çoxsaylı yaşayış binalarının sakinlərinin, Bakı Ali Neft məktəbinin kampusunun müəllim və tələbə heyətinin, eləcə də həmin ərazidə olan iaşə obyektlərindən istifadə edən əhalinin müntəzəm marşrut xətti ilə “28 May” metro stansiyası – “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirilməsi təmin ediləcək.Məlumat üçün qeyd edək ki, dəyişiklik edilməsi haqqında qərar, “Bibiheybət yolu” (“Jurnalistlər binası”) ətrafında məskunlaşan sakinlərindən Bakı Nəqliyyat Agentliyinə daxil olan çoxsaylı müraciətlər əsasında aparılan təhlillərə uyğun olaraq qəbul edilib. Belə ki, Su İdman Sarayından “Bibiheybət yolu” (“Jurnalistlər binası”) ilə Bibiheybət məscidinə qədər marşrutun olmaması ərazidə məskunlaşan sakinlərin yaxınlıqdakı dayanacağa piyada gedişində çətinliklər yaradır. Belə ki, 20-ci sahədəki dayanacaqdan “Bibiheybət yolu” ətrafındakı yaşayış binalarına (Jurnalistlər binası) qədər piyada gediş məsafəsi 840 metr təşkil edir.Qeyd edək ki, 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar fevralın 3-dən yenilənmiş sxem üzrə hərəkət edəcəklər.xeber100.com

Fevral 1, 2018 3:07

Dövlət Gömrük Komitəsinin məlumatı

Bakıda Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının assambleyası və konfransı keçiriləcək.Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, fevralın 1-də Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev DHL şirkətinin məhsul və əməliyyatlar üzrə vitse-prezidenti Zoltan Reszekin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. A.Əliyev bildirib ki, Azərbaycanda gömrük sistemində həyata keçirilən son islahatlar nəticəsində idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, elektron xidmətlərinin sayının artırılması, gömrük işinin beynəlxalq standartlara uyğun aparılması istiqamətində məqsədyönlü işlər görülüb.Dövlət Gömrük Komitəsinin fəaliyyətində biznes-gömrük əməkdaşlığına xüsusi önəm verildiyini, Azərbaycan Gömrük Xidmətinin ölkənin iqtisadi təhlükəsizliyinin təminatı, sahibkarlığın inkişafı və biznes mühitinin yaxşılaşdırılması naminə biznes subyektləri ilə hər zaman qarşılıqlı əməkdaşlığa hazır olduğunu vurğulayan DGK sədri DHL Azərbaycan nümayəndəliyi ilə əməkdaşlığın buna əyani misal olduğunu söyləyib. Görüşdən sonra qonaqlar Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsində gömrük xidmətinin müasirləşdirilməsi ilə bağlı layihələrlə tanış olublar.xeber100.com

Fevral 1, 2018 3:03

Mərkəzi Bank yeni layihəyə start verib

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə yeni bir layihəyə - "Ani ödənişlər sistemi"nin yaradılmasına start verib.Mərkəzi Bankdan Azərtac-a bildiriblər ki, AMB ölkənin milli ödəniş sistemi infrastrukturunun təkmilləşdirilməsi, istifadə effektivliyinin yüksəldilməsi və iqtisadiyyatda nağdsız ödənişlərin çəkisinin artırılması istiqamətində tədbirlərini davam etdirir.Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"ndə rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində hədəflər müəyyənləşdirilmiş və bu hədəflər üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı əsas icraçı təyin edilib. Verilmiş tapşırığın icrası məqsədilə həyata keçirilməsinə qərar verilmiş əsas tədbirlərdən biri də ölkədə "Ani ödənişlər sistemi"nin yaradılmasıdır. Bu istiqamətdə beynəlxalq təcrübənin araşdırılması göstərir ki, hazırda dünyanın qabaqcıl ölkələrində ödənişlərin 24/7/365 rejimində həyata keçirilməsi üçün "Instant Payment System" və ya "Fast Payment System" adları altında hesablaşma əməliyyatlarının vəsaiti ödəyənlə, vəsaiti alan arasında 5-10 saniyə ərzində tam başa çatdırılmasını təmin edən ani ödəniş sistemləri fəaliyyət göstərməkdədir. Belə ki, bir çox ölkələrdə (məsələn İngiltərə, Danimarka, Finlandiya, Norveç, İsveç, İsveçrə, Polşa, Koreya Respublikası, Hindistan, Sinqapur və s.) artıq bu tipli sistemlər real rejimdə tətbiq edilib, digər ölkələrdə isə tətbiqi üzrə hazırlıq işləri aparılır.xeber100.com

Fevral 1, 2018 2:57