“Caspian European Club”un planında dəyişiklik olunub

“Caspian European Club”un tədbirlər planında dəyişiklik olunub.“Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev Azərtac-a bildirib ki, iyunun 7-də planlaşdırılmış Azərbaycan Respublikası Mərkəzi Bankının Sədri Elman Rüstəmovun iştirakı ilə bank sektoruna, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun iştirakı ilə turizm sektoruna həsr olunmuş “Caspian Energy Forum”un xüsusi sessiyalar qeyri-müəyyən vaxtadək təxirə salınıb. Buna səbəb adları qeyd olunan dövlət məmurlarının qrafiklərinin gərgin olmasıdır.“Rəhbərlik adından mən “Caspian European Club” və “Caspian American Club”un üzvləri, həmçinin bu tədbirlərə gəlməyi planlaşdırmış xarici qonaqlar, şirkət və təşkilat rəhbərləri qarşısında üzr istəyirəm”, - deyə o qeyd edib.Onun sözlərinə görə, biznes-forumlarda 150-yə yaxın nümayəndənin, o cümlədən Xəzər-Qara dəniz regionu və Avropa İttifaqı (Aİ) ölkələrinin şirkət rəhbərləri və nümayəndələrinin iştirakı planlaşdırılıb.“Biz maraqlanan bütün şirkətləri iyunun 14-də “Caspian European Club” və “Caspian American Club” çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Dövlət Agentliyinin direktoru Zaur Əliyevim iştirakı ilə icbari tibbi sığortaya həsr olunmuş “Caspian Energy Forum”un xüsusi sessiyasında iştirak etməyə dəvət edirik”, - deyə T.Əliyev bildirib.“Caspian European Club” və “Caspian American Club” ayda iki dəfə Bakıda, il ərzində isə dünyanın müxtəlif ölkələrində biznes-forumlar təşkil edir. Həmin biznes-forumlar çərçivəsində şirkətlərin əlaqələr yaratmaq, dövlət qurumlarına öz problemlərini danışmaq, bu problemlərin həlli üzrə tək¬liflər irəli sürmək, həmçinin cavabları mövcud problemlərin həlli yollarını tapmaqda onlara yardım edən və şirkətlərin biznesinin inkişafını şərtləndirən suallar vermək imkanları olur.xeber100.com

May 26, 2017 3:47

“Regional Enerji Sammiti” keçirilib

Mayın 25-də Tbilisidə “Regional Enerji Sammiti” keçirilib.Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze ölkəsinin enerji siyasəti, həyata keçirilən layihələr, regional əməkdaşlıq, region dövlətləri ilə enerji mübadiləsi və s. məsələlərdən danışıb. Bildirib ki, Gürcüstan alternativ enerji mənbələrindən istifadə, yeni kiçikhəcmli su elektrik stansiyalarının tikintisi istiqamətində mühüm addımlar atır. Bu gün Gürcüstandan keçən enerji layihələri Avropanın enerjiyə olan tələbatının ödənilməsində mühüm rol oynayır.O, enerji sahəsində region dövlətləri, xüsusən də Azərbaycan ilə sıx əməkdaşlıq etdiklərini bildirib.Sonra ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli, Avropa İttifaqının nümayəndəsi Vincent Rey çıxış edərək enerji sahəsində əməkdaşlığın genişlənməsi, enerji təhlükəsizliyi ilə bağlı fikirlərini bölüşüblər.Türkiyənin enerji və təbii ehtiyatlar nazirinin müavini Fatih Dönməz də çıxışında ölkəsinin enerji sahəsində gördüyü işlərdən danışıb. Türkiyənin region dövlətləri, xüsusən də Azərbaycan və Gürcüstan ilə enerji sahəsində çox səmərəli əməkdaşlıq etdiyini və bu əməkdaşlığın dünya üçün əhəmiyyətli olduğunu vurğulayan F.Dönməz deyib: “Bilirsiniz ki, enerji olmadan nə iqtisadiyyatı, nə də digər sahələri inkişaf etdirmək mümkün deyil. Bu gün xəyallardan reallığa çevrilən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi –Ərzurum neft və qaz kəmərləri bizim əvvəllər mövcud olmuş problemlərimizi kökündən həll etdi. Yaxın vaxtlarda bu layihələrin daha da genişlənməsi, TANAP-ın fəaliyyətə başlaması sayəsində biz daha böyük uğurlar qazanacağıq”.Nazir müavini Türkiyədə alternativ enerji mənbələrindən istifadə, sərmayə imkanları, türk iş adamlarının xarici ölkələrdə enerji hasilatına qoyduqları investisiyalar barədə ətraflı məlumat verib.xeber100.com  

May 25, 2017 2:54

ANSA agentliyinin məlumatına görə…

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsi İtaliya üçün strateji əhəmiyyət kəsb edir.ANSA agentliyi xəbər verir ki, bunu İtaliyanın Parlamentlə əlaqələr naziri Anna Finoççiaro deyib.“Bu layihə davamlı inkişaf məqsədlərinə nail olmaq baxımından ölkəmiz üçün strateji əhəmiyyət kəsb edir. Həmçinin TAP 2020-ci ildə Xəzər dənizi regionundan yeni qaz mənbəyinin İtaliyaya gəlişinə imkan verəcək və ənənəvi enerji mənbələrinə alternativ təklif edəcək”, - deyə Anna Finoççiaro bildirib.Bundan başqa, nazir bildirib ki, TAP ətraf mühitin mühafizəsi qaydalarına tam uyğundur.TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentini təşkil edir. Təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulan TAP-ın inşası üzrə işlərin 40,3 faizi görülüb. Layihənin ümumi dəyəri 4,5 milyard avrodur. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxildir.Boru kəmərinin İtaliya ərazisindən keçən 8 kilometrlik hissəsinin tikintisi hazırda uğurla aparılır. Ətraf mühitə təsirin minimuma endirilməsi üçün boru kəmərinin İtaliya ərazisində meşələrdəki tikinti dəhlizinin eni 18 metrə endirilib. TAP-ın bu ölkədə digər ərazilərdəki tikinti dəhlizinin eni 38-28 metr təşkil edir.“Şahdəniz” konsorsiumu layihə çərçivəsində ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək.xeber100.com  

May 25, 2017 2:39