Rusiyanın enerji nəhəngi "Gazprom" şirkəti bu il təbii qaz istehsalını artıracaq.Azərtac şirkətə istinadla xəbər verir ki, "Gazprom" builki qaz hasilatını 2016-cı illə müqayisədə 2,7 faiz artıraraq 430,4 milyard kubmetrə çatdırmağı hədəfləyir."Gazprom" təbii qaz istehsalını 2016-cı ildə əvvəlki ilə görə 0,6 faiz yüksəldərək 419,1 milyard kubmetrə çatdırmışdı.Şirkət bu il təbii qazla yanaşı 15,3 milyon ton kondensat və 41,1 milyon ton neft istehsal etməyi planlaşdırır. "Gazprom" keçən il 39,3 milyon ton neft hasil edib ki, bu da şirkətin tarixində ən yüksək göstərici olub.xeber100.com