05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Aprelin 14-də axşam saat 22:00-dan başlayaraq səhər saatlarınadək Nərimanov və Xətai rayonları ərazisindəki "Ramstore" yol qovşağında (10-cu zavod dairəsi) "Azəravtoyol” ASC tərəfindən rənglənmə işləri aparılacaq.ASC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, anoloji işlər bu gün axşam saatlarınadək Nizami rayonunda Heydər Əliyev prospektindən Mikayıl Əliyev küçəsinə düşən avtomobil körpüsünün üzərində də aparılacaq.Rənglənmə işlərinin aparıldığı ərazilərdə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. Məhdudlaşdırma işlərin aparıldığı zolaqlar üzrə tətbiq ediləcək. Digər zolaqlar isə nəqliyyatın hərəkəti üçün açıq olacaq."Azəravtoyol” ASC sürücülərə sözügedən yollarda diqqətli olmalarını tövsiyə edir.xeber100.com

Aprel 14, 2017 2:28

Təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması və qaz xətti üzərində quraşdırılmış qaz tənzimləyicinin yenisi ilə əvəz edilməsi ilə əlaqədar aprelin 14-də saat 10:00-dan işlər yekunlaşanadək nəzərdə tutulmuş təmir işləri aparılacaq. Görülən işlər zamanı Nizami rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.“Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, aparılan işlərin Bakının Sabunçu rayonunun, eləcə də Abşeron rayonunun Xırdalan şəhəri daxil olmaqla, Qobu, Güzdək, Hökməli qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.xeber100.com

Aprel 14, 2017 2:24

Mərkəzi Bankın məlumatına görə…

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.Bankdan Azərtac-a bildiriblər ki, aprelin 14-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 263,75 milyon manat, hərrac nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,14 faiz təşkil edib.xeber100.com

Aprel 14, 2017 2:20

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,03 dollar ucuzlaşaraq 53,08 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,01 dollar bahalaşaraq 55,87 dollar olub.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,32 dollar bahalaşaraq 56,25 dollar təşkil edib.xeber100.com

Aprel 13, 2017 1:53

İxracın və İnvestisiyaların Təşviqi Fondunun məlumatı

Azərbaycan sahibkarları və iş adamları mayın 19-da Belarus Respublikasının Qomel şəhərində keçiriləcək XIV Qomel İqtisadi Forumuna dəvət olunurlar.Bu barədə Azərtac-a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat veriblər.Tədbirdə Belarusun və bir çox ölkələrin işgüzar dairələrinin və dövlət qurumlarının nümayəndələri iştirak edəcəklər. Forumla yanaşı, mayın 18-21-də "Qomel baharı" XVIII Beynəlxalq Yarmarkası keçiriləcək. Yarmarka potensial tərəfdaşlar taparaq qarşılıqlı faydalı müqavilələrin bağlanması və işgüzar əlaqələrin genişləndirilməsi üçün effektiv platformadır.xeber100.com

Aprel 13, 2017 1:49

Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi artacaq

2016-cı ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 2 milyard dollar olub.Azərtac xəbər verir ki, bunu aprelin 13- də Bakıda "Qazprombank" SC–nin iştirakı ilə keçirilən Biznes-missiyada Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi Eldar Tlyabiçev bildirib.Onun sözlərinə görə, 2014 və 2015-ci illərlə müqayisədə ötən il iki ölkə arasındakı ticarət dövriyyəsində azalma müşahidə edilib. Hazırda ölkələrimizin iqtisadiyyatı yeni reallıqlara uyğunlaşır. Xüsusilə də investisiya sahəsində canlanma var. “Biz iqtisadiyyatın şaxələndirilməsində və xammaldan asılılığın azaldılmasında maraqlıyıq. Əminəm ki, görülən tədbirlərin nəticəsi olaraq Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi artacaq", - deyə Eldar Tlyabiçev vurğulayıb.xeber100

Aprel 13, 2017 1:45

“Azəriqaz” İstehsalat Birliyinin məlumatı

Ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 36 min 14-ə çatıb.Bu barədə Azərtac-a “Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, İB istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində fəaliyyətini cari ildə də davam etdirir. Yanvar-mart ayları ərzində İB-də əhali sektoru üzrə 27 min 554 yeni abonent qeydiyyata alınıb ki, bunun da 12 min 570-i Bakı, Abşeron və Sumqayıtın, 14 min 984-ü isə regionların payına düşür.Aprelin 1-nə olan məlumata görə, qeyri-əhali sektoru üzrə 422 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.xeber100.com

Aprel 12, 2017 11:57

IV Beynəlxalq “Caspian Energy Forum–2017” keçirilir

Aprelin 12-də Bakıda IV Beynəlxalq “Caspian Energy Forum–2017” keçirilir. Forum Azərbaycan Respublikası Hökumətinin və Caspian European Club-un (Caspian Business Club) dəstəyi ilə təşkil edilib.Azərtac xəbər verir ki, “Caspian European Club” və "Caspian American Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev tədbirin keçirilməsində əsas məqsədin biznes-dövlət ünsiyyətinin daha da möhkəmləndirilməsinə dəstək olduğunu deyib. “Bundan əvvəlki üç forum da Bakıda təşkil olunmuşdu. Belə forumlar dünyanın 50 ölkəsində keçiriləcək. Ümid edirik ki, bu forum da uğurlu olacaq”, - deyə T.Əliyev bildirib.Forumun açılış mərasimində Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin və Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviçin IV Beynəlxalq “Caspian Energy Forum -2017”nin iştirakçılarına videomüraciətləri səsləndirilib.Sonra forum öz işini sessiyalarla davam etdirib.xeber100.com  

Aprel 12, 2017 11:55

“AzəriLayt” markalı neftin qiyməti 0,23 dollar ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,13 dollar bahalaşaraq 53,53 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,16 dollar artaraq 56,39 dollar olub.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,23 dollar ucuzlaşaraq 55,93 dollar təşkil edib.xeber100.com

Aprel 12, 2017 11:52

Enerji İnformasiya Administrasiyasının neftin qiyməti üzrə proqnozu…

ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) bu il və 2018-ci il üçün neftin qiyməti üzrə proqnozunu dəyişib.Azərtac xəbər verir ki, bu barədə administrasiyanın aylıq hesabatında bildirilir. EIA bu il “Brent” markalı xam neftin orta qiymətinin 54 dollar/barrel, “Layt” markalı neftin orta qiymətinin isə 52 dollar/barrel olacağını nəzərdə tutur. Administrasiya keçən ay yayımladığı hesabatda "Brent" və "Layt" neftinin bir barrelinin orta qiymətinin müvafiq olaraq 55 və 54 dollar olacağını proqnozlaşdırırdı.EIA neftin qiyməti üzrə proqnozunu gələn il üçün də dəyişib. Belə ki, administrasiya “Layt” markalı xam neftin bir barrelinin orta qiyməti üzrə proqnozunu 56 dollardan 55 dollara endirib, “Brent” markalı xam neftin bir barrelinin orta qiyməti üzrə proqnozunu isə dəyişməyərək 57 dollarda saxlayıb.xeber100.com

Aprel 12, 2017 11:49
    Page 280 of 380« First«...102030...278279280281282...290300310...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az