Sənaye sahəsində 6,5 milyard manatlıq məhsul istehsal edilib

Bu ilin yanvar-fevral aylarında sənaye sahəsində 6,5 milyard manatlıq məhsul istehsal edilib.Dövlət Statistika Komitəsindən Azərtac-a verilən məlumata görə, sənaye məhsulunun 22,5 faizi emal sektorunda, 5,0 faizi elektrik enerjisi, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.Emal sektorunda qida məhsullarının istehsalı 1,0 faiz, içkilərin istehsalı 59,8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,6 dəfə, geyim istehsalı 48,5 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 46,7 faiz, kağız və karton istehsalı 4,6 faiz, əczaçılıq məhsullarının istehsalı 58,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 82,3 faiz, tikinti materiallarının istehsalı 71,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 23,0 faiz, kompüter və elektron məhsulların istehsalı 82,8 faiz, elektrik avadanlıqlarının istehsalı 3,4 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 25,6 faiz, mebel istehsalı 73,2 faiz artıb.Bu müddət ərzində tütün məmulatlarının istehsalı 63,5 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 36,2 faiz, poliqrafiya məhsullarının istehsalı 66,1 faiz, neft məhsullarının istehsalı 6,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 6,7 faiz, hazır metal məmulatlarının istehsalı 11,0 faiz, maşın və avadanlıqların istehsalı 66,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 53,7 faiz azalıb.xeber100.com

Mart 25, 2017 2:06

2017-ci ildə görüləcək işlərə həsr olunmuş müşavirədə…

“Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” neft və qazçıxarma idarəsində (NQÇİ) gündəlik hasilat artırılacaq.SOCAR-ın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, bu barədə NQÇİ-də 2016-cı ilin yekunlarına və 2017-ci ildə görüləcək işlərə həsr olunmuş müşavirədə məlumat verilib.Birliyin baş direktoru Daşqın İskəndərov NQÇİ üzrə hasilatın artırılması, eləcə də ekoloji durumun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, idarənin ötənilki göstəricilərini müsbət qiymətləndirib. Bildirib ki, 2016-cı ildə NQÇİ üzrə təqribən 118 min ton neft, 17,1 milyon kubmetr qaz hasil edilib, proqnoza müvafiq olaraq 104,4 və 127,3 faiz əməl edilib.Hazırki qiymətləndirmələrə əsasən, “Bibiheybət” yatağında 8 milyon ton neft ehtiyatı mövcuddur. Qalıq ehtiyatın yüksək hasilat göstəricisinə malik olduğu nəzərə alınaraq, daha dərin laylarda yeni tədqiqat-kəşfiyyat quyusunun qazılması qərara alınıb. Bu il 4 quyunun yan lülə kəsilişi ilə qazılması, fəaliyyətsiz fonddakı 8 quyunun istismara qaytarılması, eləcə də mərkəzi neftyığma məntəqəsinin yenidən qurulması, 10 obyektdə əsaslı təmir aparılması, ekoloji vəziyyətin sağlamlaşdırılması üçün 2 hektar ərazidə torpaqların təmizlənməsi nəzərdə tutulur.xeber100.com

Mart 22, 2017 1:50