05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

“CaspianAgro 2017” sərgisi keçiriləcək

Mayın 17-dən 19-dək Bakı şəhərində kənd təsərrüfatı və qida məhsullarının nəhəng regional forumu – XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgisi keçiriləcək.Iteca Caspian şirkətindən Azərtac-a bildirilib ki, sərgi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir. “CaspianAgro 2017” sərgisinin qeydiyyat üzrə sponsoru “Grand Motors” (Azərbaycan) şirkətidir.Qeyd olunub ki, “CaspianAgro 2017” sərgisində Azərbaycan, Belarus, Çin, İtaliya, Rusiya, Şri-Lanka, Türkiyə və digər ölkələri təmsil edən kənd təsərrüfatı məhsul və avadanlıqlarının istehsalçı və distribüterləri iştirak edəcəklər.xeber100.com

Mart 13, 2017 1:57

“Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə…

Bu ilin fevral ayı ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 8 min 951 yeni abonent qeydiyyata alınıb ki, bunun da 3 min 610-u Bakı, Abşeron və Sumqayıt, 5 min 341-i isə regionlar üzrədir.“Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 27 min 995-ə çatıb.Fevralın 1-nə olan məlumata görə, qeyri-əhali sektoru üzrə 416 məscid və dini məbədə təbii qazdan pulsuz istifadə üçün limit ayrılıb.xeber100.com

Mart 12, 2017 1:17

“Energy Aspects”nin məlumatı

Neftin bir barrelinin qiyməti bu ilin sonunadək 60 dollaradək bahalaşacaq.Azərtac “CNBC”yə istinadla xəbər verir ki, Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələr neft hasilatının azaldılmasını nəzərdə tutan sazişin müddətini uzadarlarsa xam neftin bir barrelinin qiyməti bu ilin sonuna qədər 60 dollara yüksələcək.“Energy Aspects” analitiki Riçard Mallinson isə deyib ki, son günlərdə “Layt” markalı neftin bir barrelinin qiymətinin ucuzlaşmasına baxmayaraq qiymətlərdə yenidən tarazlıq olacaq. Bu ucuzlaşma neftin qiymətindəki əsas balansı pozmayıb.xeber100.com

Mart 12, 2017 1:14

Bakı Fond Birjasında növbəti hərrac keçirilib

Martın 10-da Bakı Fond Birjasında (BFB) “Azərbaycan İpoteka Fondu” ASC-nin faizli, adlı, sənədsiz, təmin edilmiş ipoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.BFB-dən Azərtac-a bildiriblər ki, hərraca çıxarılan istiqrazların (ISIN nömrəsi AZ2011008681) nominal qiymətlə həcmi 20 milyon manat təşkil edib. Hərrac zamanı sifarişlərin qəbulu Bakı Fond Birjasının ticarət reqlamentinə əsasən saat 11:00-dan 12:30-dək həyata keçirilib.İstiqrazların buraxılış şərtlərinə əsasən, hərrac qiyməti 1003.5000 manat təyin edilib. İstiqrazlar üzrə toplanmış tələbin həcmi nominal qiymətlə 20 milyon manat təşkil edib. Hərraca çıxarılmış istiqrazlar tam həcmdə yerləşdirilib.Yerləşdirmənin anderrayteri qismində birja üzvü “Paşa Kapital” İnvestisiya Şirkəti QSC çıxış edir. İstiqrazlar 2026-cı il dekabrın 6-da ödəniləcək.xeber100.com

Mart 11, 2017 3:14

Ukrayna-Azərbaycan biznes-forumunda müzakirə

Azərbaycan nümayəndə heyətinin Kiyevə səfəri çərçivəsində martın 13-də keçiriləcək Ukrayna-Azərbaycan biznes-forumunda birgə müəssisələrin yaradılması məsələləri müzakirə ediləcək. Biznes-forumun işində iştirak etmək üçün Ukraynaya Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti gedəcək. Ukraynanın Baş naziri Vladimir Qroysmanın tapşırığına əsasən bu ölkənin Ticarət və Sənaye Palatası biznes-forumun keçirilməsinə hazırlıq işləri aparır.Azərtac Ukraynanın Ticarət və Sənaye Palatasının saytına istinadla xəbər verir ki, forumun mövzuları sırasında qarşılıqlı səmərəli əməkdaşlığın vəziyyəti və perspektivləri də yer alıb. Əsas diqqət aqrar sektor, qida sənayesi, tikinti sahəsi və turizm istiqamətlərində cəmlənəcək.xeber100.com

Mart 11, 2017 2:55

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,79 dollar ucuzlaşaraq 48,49 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,82 dollar azalaraq 51,37 dollar olub.xeber100.com

Mart 11, 2017 2:50

“AzəriLayt” markalı neftin qiyməti ucuzlaşıb

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,09 dollar ucuzlaşaraq 52,98 dollar təşkil edib.xeber100.com

Mart 11, 2017 2:48

“Odessa-Kremençuq” neft kəməri işə salınıb

“Ukrtatnafta” və “Ukrtransnafta” Kremençuq neft emalı zavoduna Azərbaycan neftinin daxil olması üçün “Odessa-Kremençuq” neft kəmərini işə salıb.Azərtac “Ukrtatnafta”nın mətbuat xidmətinə istinadla xəbər verir ki, şirkət “Odessa-Kremençuq” boru kəməri ilə Azərbaycan neftinin ilk partiyasını qəbul edib. Məlumatda deyilir: “Ukrtatnafta” martın 10-da “Odessa-Kremençuq” boru kəməri ilə Azərbaycan neftinin ilk partiyasını alıb. Ümumiyyətlə, “Ukrtatnafta” “Azeri Light” markalı nefti ötən ilin dekabrından emal edir. Amma indiyədək neft zavoda dəmir yolu nəqliyyatı ilə daşınırdı. “Odessa-Kremençuq” boru kəmərinin bu qolu bir neçə il işləməyib, amma neft təchizatının şaxələndirilməsi sayəsində yenidən işə salınıb”.Bildirilir ki, Ukraynaya xam neftin idxalının şaxələndirilməsi bu ölkənin neft emalı zavodlarının birbaşa təchizatı ilə bağlı Azərbaycan ilə dövlətlərarası razılaşmalar sayəsində mümkün olub.xeber100.com

Mart 11, 2017 2:24

İxracın və İnvestisiyaların Təşviqi Fondunun məlumatı

Martın 27-də Ukraynanın paytaxtı Kiyev şəhərində GUAM (Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat) biznes-forumu keçiriləcək.Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) Azərtac-a bildiriblər ki, tədbir GUAM üzvü olan ölkələrin hökumət başçılarının görüşü çərçivəsində təşkil olunacaq. Azərbaycanda fəaliyyət göstərən işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur.xeber100.com

Mart 10, 2017 3:00

İstiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Martın 14-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.BFB-dən Azərtac-a bildiriblər ki, istiqrazların ümumi həcmi 25 milyon manat, bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 364 gün, ödəmə tarixi 2018-ci il martın 13-dür. "PAŞA Kapital" QSC anderrayter vəzifəsində çıxış edir.Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərtilə qəbul edilməsinə icazə verilir.xeber100.com

Mart 10, 2017 2:56
    Page 290 of 380« First«...102030...288289290291292...300310320...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az