Fevralın 23-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “AzNav” Azərbaycanın ilk milli Naviqasiya Sistemini ictimaiyyətə təqdim edib.Azərtac xəbər verir ki, tədbirdə müasir texnologiyaların tətbiqi ilə hazırlanmış Naviqasiya Sisteminin təqdimatı olub və canlı rejimdə fəaliyyəti nümayiş etdirilib. Artıq Sistem əhalinin, dövlət və özəl qurumların, fiziki və hüquqi şəxslərin, turistlərin, eləcə də ünvan axtarışında maraqlı olan digər tərəflərin istifadəsinə verilib.Naviqasiya Sisteminin artıq əhalinin, dövlət və özəl qurumların, fiziki və hüquqi şəxslərin, turistlərin, eləcə də ünvan axtarışında maraqlı olan digər tərəflərin istifadəsinə verildiyi diqqətə çatdırılıb. Dəqiq və hər zaman yenilənən GPS naviqasiya sistemi “AzNav” ÜRİS-in məlumatları əsasında hazırlanıb. “AzNav” həm tibbi yardım, yanğın, qəza, polis, fövqəladə hallar kimi təcili xidmətlər, həm də poçt, yükdaşıma, taksi, turist, nəqliyyatın tənzimlənməsi və digər fəaliyyətlərdə son dərəcə faydalıdır. Naviqasiya Sistemindən istifadə etməklə hər bir şəxs və ya qurum istənilən vaxt seçdiyi ünvanı ən sürətli və optimal marşrut üzrə müəyyən edə biləcək. Ünvan axtarışı məsələləri sadələşəcək, lazımi ünvanların axtarışında vaxt itkisinin qarşısı alınacaq.Bildirilib ki, ilk belə bir milli layihənin istifadəyə verilməsinin bir çox faydaları, üstünlükləri və digər sistemlərdən fərqli cəhətləri də var. Belə ki, ilk növbədə, Naviqasiya Sistemi Azərbaycan Respublikasının bütün ərazisini əhatə etməklə, paytaxt və regionlar üzrə ünvan axtarışı, tapılması, qısa zamanda və qısa marşrutla bir ünvandan digər ünvana bütün alternativ yolları göstərmək imkanlarına malikdir.xeber100.com