19 Mart 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

“AzəriLayt” markalı neftin qiyməti ucuzlaşıb

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,03 dollar ucuzlaşaraq 56,71 dollar təşkil edib.xeber100.com

Fevral 18, 2017 4:12

İtaliyanın iqtisadiyyat naziri Karlo Kalenda Azərbaycana səfər edəcək

İtaliyanın iqtisadiyyat naziri Karlo Kalenda gələn həftə Azərbaycana səfər edəcək.Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) Azərtac-a bildirilib ki, fevralın 23-də İtaliyanın iqtisadiyyat naziri Karlo Kalendanın rəhbərlik etdiyi biznes nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçiriləcək.Biznes-forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 15-dən artıq İtaliya şirkətinin iştirakı nəzərdə tutulur.xeber100.com

Fevral 18, 2017 4:09

Dövlət Statistika Komitəsinin məlumatı

İxrac olunduğu zaman gömrük orqanlarında qeydiyyatı aparılan, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmayan xam neft və təbii qazın həcmi nəzərə alınmaqla, 2016-cı ildə ölkədən 35 milyon 30,3 min ton xam neft, 8 milyard 49,1 milyon kubmetr təbii qaz göndərilib.Azərtac xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.xeber100.com

Fevral 18, 2017 3:50

“Azəriqaz” İstehsalat Birliyinin məlumatı

Əhalinin təbii qaza olan tələbatını təmin etmək məqsədilə sərfiyyatda 1 milyon 446 min kubmetr artım olub. Tələbat artdıqca təbii qazın verilişində də artım olacaq.Bu barədə Azərtac-a “Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev deyib. O bildirib ki, respublikada, eləcə də paytaxtda müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar fevralın 17-də Abşeron rayonunda, Bakının Binəqədi, Nizami, Nəsimi, Yasamal və Xəzər rayonlarının qaz şəbəkəsində nəzərdə tutulmuş təmir işləri təxirə salınıb.“Azəriqaz” yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.xeber100.com

Fevral 17, 2017 12:24

Maliyyə Nazirliyinin İstiqrazları üzrə hərrac keçiriləcək

Fevralın 21-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları üzrə hərrac keçiriləcək.BFB-dən Azərtac-a verilən məlumata görə, istiqrazların ümumi həcmi 10 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 182 gün, ödəmə tarixi 2017-ci il avqustun 22-dir.Hərracda "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC anderrayter vəzifəsində çıxış edəcək.Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.xeber100.com

Fevral 17, 2017 12:20

Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu işə başlayıb

Fevralın 17-də Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə V Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu işə başlayıb. Biznes-forumda Azərbaycan, Türkiyə və Gürcüstan geniş nümayəndə heyəti ilə təmsil olunur.Toplantının rəsmi açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Türkiyənin elm sənaye və texnologiya naziri Faruk Özlü, Türkiyənin iqtisadiyyat nazirinin müavini Fatih Mətin, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Gakharia və Türkiyə xarici iqtisadiyyat və əlaqələr təşkilatının rəhbəri Rona Yırcalının çıxışları dinlənilib.Tədbir panellər üzrə davam etdirilir.xeber100.com

Fevral 17, 2017 12:16

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatı

Kütləvi çıxarış kampaniyası çərçivəsində əhaliyə iş yerlərində də xidmətlər göstəriləcək.Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, insanlara göstərilən xidmətlərin sadələşdirilməsi və əlçatanlığın təmin olunmasında mühüm rol oynayan, paytaxtla yanaşı respublikanın müxtəlif regionlarında keçirilən “Kütləvi Çıxarış” kampaniyasında komitə tərəfindən daha bir yeniliyə imza atılıb.Artıq bu kampaniya çərçivəsində əhaliyə birbaşa onların iş yerlərində də daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər göstəriləcək. Belə ki, bundan sonra kütləvi çıxarış kampaniyaları iri sənaye və istehsal müəssisələri, zavodlar, fabriklər və müxtəlif təsərrüfatlarda birbaşa yerlərdə onların işçiləri üçün də keçiriləcək.xeber100.com

Fevral 17, 2017 12:12

“Layt” markalı neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,06 dollar ucuzlaşaraq 53,05 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,01 dollar azalaraq 55,74 dollar olub.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,45 dollar ucuzlaşaraq 56,97 dollar təşkil edib.xeber100.com

Fevral 16, 2017 3:07

Təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Qaz tənzimləyici qurğuların qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar, nəzərdə tutulmuş işlər aparılacaq. Görülən işlər zamanı fevralın 16-da saat 09:30-dan 17:00-dək Bakının Sabunçu rayonunun Balaxanı və Sabunçu qəsəbələrinin, eləcə də Anaşkin adlanan ərazinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, aparılan işlərin Xəzər rayonunun Türkan və Qala Stansiyası adlanan ərazilərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür. Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.“Azəriqaz” yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.xeber100.com

Fevral 16, 2017 3:01

Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu keçiriləcək

Fevralın 17-də İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu keçiriləcək.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, 5-ci dəfədir ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında təşkil ediləcək üçtərəfli biznes forumda iqtisadi əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək. Tədbir çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadiyyatına, bu ölkələrin biznes və investisiya imkanlarına dair təqdimatlar keçiriləcək, iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaq.xeber100.com

Fevral 16, 2017 2:58
    Page 299 of 380« First«...102030...297298299300301...310320330...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az