03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,35 dollar ucuzlaşaraq 52,85 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,32 dollar azalaraq 55,65 dollar olub.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,76 dollar bahalaşaraq 57,42 dollar təşkil edib.xeber100.com

Fevral 15, 2017 12:18

Beynəlxalq konqres işə başlayıb

Fevralın 15-də Tbilisidə Xəzəryanı və Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin, energetika üzrə məsul əməkdaşların, ekspertlərin və beynəlxalq maliyyə korporasiyalarının rəhbərlərinin iştirakı ilə “Hidroenergetika: Xəzər hövzəsi və Mərkəzi Asiya” adlı beynəlxalq konqres işə başlayıb.Gürcüstanın energetika nazirinin müavini İlya Elaşvili tədbirdə çıxış edərək bildirib ki, bu gün dünyada, eləcə də regionda elektrik enerjisi istehsalında bir sıra problemlər yaşanır. Konqresin əsas məqsədlərindən biri də bu məsələləri müzakirə etməkdir.Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi tədbirdə energetika sahəsində yeniliklər, iştirakçı ölkələrdə əhalinin elektrik enerjisi ilə fasiləsiz təminatı, enerji təhlükəsizliyi, kiçik, orta və irihəcmli elektrik stansiyalarının tikintisi, alternativ enerji mənbələrinin yaradılması, elektrik enerjisi mübadiləsi və s. məsələlər müzakirə olunur.Tədbir çərçivəsində bəzi ölkələrdəki atom elektrik stansiyalarının yaratdığı problemlər də diqqət mərkəzində olub, bu cür stansiyaların bağlanması ilə bağlı təkliflər səslənib.xeber100.com

Fevral 15, 2017 12:13

İqtisadiyyat Nazirliyinin məlumatı

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarına nəzarət tədbirlərini davam etdirir, daha çox tələb olunan istehlak malları üzrə təhlillər aparılır.Aparılan monitorinqlər göstərir ki, yumurtanın satış qiyməti bu il yanvarın 1-nə nisbətən 25 faizədək ucuzlaşıb. Hazırda yumurtanın satış qiyməti 12-15 qəpik arasında dəyişir.Bununla yanaşı, son günlər unun da ucuzlaşması müşahidə olunur.İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti intensiv nəzarət tədbirlərini davam etdirir və xəbərdarlıq edir ki, süni qiymət artımına və sui-istifadə hallarına yol verən təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş ciddi tədbirlər görüləcək.xeber100.com

Fevral 14, 2017 2:39

İşgüzar forum keçiriləcək

Fevralın 15-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Özəlləşdirmə sahəsinə investisiyalar: yeni imkanlar və çağırışlar” mövzusunda işgüzar forum təşkil ediləcək.Komitənin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, forumun əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərini dövlət əmlakının özəlləşdirilməsi prosesinin gedişi, hazırda özəlləşdirməyə açıq olan sahələr, özəlləşdirmədəki yeni yanaşmalar və ölkədəki investisiya mühiti barədə məlumatlandırmaq, onların bu prosesdə iştirakının genişləndirilməsi ilə bağlı praktiki addımların atılmasına təşviq etməkdən ibarətdir.Forum çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanacaq.Tədbirdə ölkənin ən iri holdinq, assosiasiya, şirkətlər qrupunu təmsil edən 100-dən artıq sahibkarlıq subyekti, məsləhətçilər, iş adamları, daşınmaz əmlak mütəxəssisləri iştirak edəcək.xeber100.com

Fevral 14, 2017 2:36

“AzəriLayt” markalı neft ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,05 dollar bahalaşaraq 52,98 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,06 dollar artaraq 55,65 dollar olub.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,33 dollar ucuzlaşaraq 56,66 dollar təşkil edib.xeber100.com

Fevral 14, 2017 2:22

Təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bakının Binəqədi rayonu ərazisində texniki baxış işləri aparılan zaman aşkar olunmuş qaz sızmalarının ləğvi, istismarı dayandırılmış qaz xətlərinin qaz təchizatı şəbəkəsindən ayrılması, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xətlərində və avadanlıqlarda nəzərdə tutulmuş təmir-bərpa işlərinin aparılması ilə əlaqədar fevralın 14-də saat 09:00-dan 17:00-dək Binəqədi rayonunun Sulutəpə, Çiçək yaşayış ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq."Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.xeber100.com

Fevral 14, 2017 12:20

Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə…

Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə fevralın 14-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac baş tutub. Açıq və şəffaf şəraitdə keçən hərracda ümumilikdə 16 dövlət əmlakı özəlləşdirilib.Komitənin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, özəlləşdirilən 9 kiçik dövlət müəssisəsi paytaxtın Binəqədi, Nəsimi, Suraxanı rayonlarında yerləşir. Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak Masallı rayonunda yerləşən quşçuluq üzrə yardımçı təsərrüfat olub. Belə ki, adıçəkilən əmlak 150 min manata özəlləşdirilib. Regionlarda baş tutmuş hərracların gedişatı böyük monitorlar vasitəsilə izlənilib.Hərracda fiziki və hüquqi şəxslər tərəfindən özəlləşdirilmiş qeyri-yaşayış sahələri paytaxtın Binəqədi, Nərimanov, Suraxanı rayonlarında, eləcə də Mingəçevir şəhərində yerləşir. Bu əmlakların sahəsi 20-60 kvadratmetr arasında dəyişir. Ən yüksək qiymətə özəlləşdirilmiş qeyri-yaşayış obyekti Mingəçevirdə yerləşən əmlak olub. Hərracın qalibi bu əmlak üçün 100 min manat təklif edərək əmlakı əldə edib.xeber100.com

Fevral 14, 2017 12:16

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.Bankdan Azərtac-a bildiriblər ki, fevralın 13-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 197 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,74 faiz təşkil edib.xeber100.com

Fevral 13, 2017 2:38

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,07 dollar ucuzlaşaraq 53,79 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,04 dollar azalaraq 56,66 dollar olub.xeber100.com

Fevral 13, 2017 12:14

Təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və qaz ölçü qovşaqlarında aparılan təmir-bərpa işləri ilə əlaqədar fevralın 13-də saat 09:30-dan 17:00-dək Bakının Sabunçu və Xəzər rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq."Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.xeber100.com

Fevral 13, 2017 12:11
    Page 300 of 380« First«...102030...298299300301302...310320330...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az