“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin məlumatı

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən 2017-ci ildə paylayıcı elektrik şəbəkələrində 15 ədəd 110 kilovoltluq və 46 ədəd 35 kilovoltluq yarımstansiyaların, minlərlə kilometr hava və kabel xətlərinin əsaslı təmiri və tikintisi nəzərdə tutulur.Bu barədə Azərtac-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri T.Mustafayev deyib.T.Mustafayev vurğulayıb ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev “Azərişıq” ASC-nin qarşısında bir sıra vəzifələr qoyub. Dövlət başçısının tapşırığına əsasən, “Azərişıq” tərəfindən bütün bölgələrdə elektrik təsərrüfatının təkmilləşdirilməsi, yeni xətlərin çəkilməsi, bütün regionların dayanıqlı enerji ilə təmin edilməsi üçün əlavə tədbirlər görülməli, yeni yarımstansiyalar, transformatorlar quraşdırılmalıdır.Bakı şəhəri və ətraf qəsəbələrin, o cümlədən regionların elektrik şəbəkələrində görüləcək işlər barədə məlumat verən T.Mustafayev bildirib ki, cari ildə “Azərişıq” ASC tərəfindən 15 ədəd 110 kilovoltluq (kV) yarımstansiyanın tikintisi planlaşdırılır ki, onlardan 12-si əsaslı təmir ediləcək, 3-ü isə yenidən inşa olunacaq. On beş yarımstansiyadan 4-ü Bakı, 1-i Gəncə şəhərlərində, qalanları isə müvafiq olaraq Salyan, Cəlilabad, Biləsuvar, Ağcabədi, Sabirabad, Göygöl, Goranboy, Qax və Neftçala rayonları ərazisindədir.xeber100.com

Fevral 2, 2017 1:05

Dünya Turizm Təşkilatının məlumatı

BMT-nin baş katibi Antonio Quterreş “Beynəlxalq davamlı turizm ili”ndə ictimaiyyətə müraciət edib.Azərtac Dünya Turizm Təşkilatının saytına istinadla xəbər verir ki, müraciətdə turizmin iqtisadiyyatın sütunlarından birinə çevrilməsi, milyonlarla insanın həyatını yaxşılığa doğru dəyişmək iqtidarında olması bildirilir. Diqqətə çatdırılır ki, hər gün üç milyondan çox turist beynəlxalq sərhədləri keçir, hər il isə təxminən 1,2 milyard insan xarici ölkələrə gedir. 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinin Gündəliyində yer alan 17 maddədən üçü turizmlə bağlıdır. Lakin turizm həyatın müxtəlif sahələri ilə əlaqədə olduğu üçün iqtisadiyyatın müxtəlif sektorlarını, sosial-mədəni istiqamətləri əhatə edir və bu baxımdan bütövlükdə Dayanıqlı İnkişaf Məqsədlərinin Gündəliyinə bağlıdır. Turizm, həmçinin cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar arasında qarşılıqlı anlaşma körpüsüdür.Müraciətdə, həmçinin bildirilir ki, BMT Baş Məclisinin 2017-ci ili dünyada “Beynəlxalq davamlı turizm ili” elan etməsi bu mühüm sektoru xeyirxahlıq gücünə çevirmək üçün əlverişli imkandır. Hamı üçün daha təhlükəsiz, açıq, çiçəklənən və dayanıqlı dünyanın qurulmasında biz turizmi səmərəli və dinamik alətə çevirə bilərik.xeber100.com

Yanvar 30, 2017 2:33