05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Beynəlxalq Enerji Agentliyinin hesabatına əsasən…

Qlobal neft təklifi keçən ilin dekabr ayında noyabrla müqayisədə gündəlik 600 min barrel azalaraq 97,6 milyon barrel təşkil edib.Azərtac xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir. Bildirilir ki, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) xam neft istehsalı dekabrda əvvəlki ayla müqayisədə gündəlik 320 min barrel azalaraq 33,09 milyon barrelə enib. OPEC-in xam neftdən başqa digər şərti olmayan istehsalı isə gündəlik 6,80 milyon barrel təşkil edib. Beləliklə də, OPEC-in ümumi neft istehsalı 39,89 milyon barrel olub.Dekabrda qlobal neft istehsalı noyabrla müqayisədə azalsa da, keçən ilin eyni ayına görə gündəlik 200 min barrel artıb. Keçən ay qeyri-OPEC ölkələrinin neft istehsalı gündəlik 315 min barrel azalaraq 57,7 milyon barrel olub.IEA-nın proqnozlarına görə, bu il qeyri-OPEC ölkələrinin neft təklifi keçən illə müqayisədə gündəlik orta hesabla 385 min barrel artaraq 58 milyon barrel olacaq. Hesabata görə, bu il qlobal neft tələbatının 97,8 milyon barrelə yüksəlməsi gözlənilir. Keçən il istehsal səviyyəsi isə 96,5 milyon barrel təşkil edib.

Yanvar 19, 2017 2:40

“AzəriLayt” markalı neft bahalaşıb

Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,11 dollar bahalaşaraq 52,48 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,02 dollar artaraq 55,47 dollar olub.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,36 dollar bahalaşaraq 56,29 dollar təşkil edib.xeber100.com

Yanvar 18, 2017 2:36

Təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Qaz xətlərində aparılacaq təmir işləri ilə əlaqədar, yanvarın 18-də saat 09:20-dən işlər başa çatanadək Bakının Binəqədi rayonunun Çiçək yaşayış massivinin, həmçinin Abşeron rayonunun Xırdalan şəhəri və Baş Güzdək, Aşağı Güzdək, Qobu, Hökməli qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Aparılan işlərin Sabunçu rayonunun bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi mümkündür.Bu barədə Azərtac-a “Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, aparılan işlər gün ərzində yekunlaşdırılaraq, təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.xeber100.com

Yanvar 18, 2017 2:30

Dövlət Statistika Komitəsinin məlumatı

Dövlət Statistika Komitəsində “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində idarəetmə komitəsinin 5-ci iclası keçirilib.Komitədən Azərtac-a bildirilib ki, iclasda Dövlət Statistika Komitəsi, İqtisadiyyat Nazirliyi, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi, Azərbaycanda İnstitusional Quruculuq Proqramına Dəstək Layihəsi (SİBA), Almaniya Federal Statistika İdarəsi və Bolqarıstan Milli Statistika İnstitutunun nümayəndələri iştirak ediblər.İclasda layihənin komponent rəhbərləri tərəfindən görülən işlərə dair hesabatlar təqdim olunub. Layihə çərçivəsində planlaşdırılmış işlərin yerinə yetirilməsi müzakirə edilib, qarşıda duran məsələlərin və nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə dair geniş fikir mübadiləsi aparılıb.xeber100.com

Yanvar 18, 2017 2:25

Ümumdünya Məlumat Forumu keçirilir

Birləşmiş Millətlər Təşkilatının (BMT) Statistika Komissiyasının təşkilatçılığı ilə yanvarın 15-18-də Cənubi Afrika Respublikasının Keyptaun şəhərində birinci Ümumdünya Məlumat Forumu keçirilir. Forumda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sədrinin müavini Y.Yusifov, Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru X.Məmmədov iştirak edirlər.Komitədən Azərtac-a bildirilib ki, milli statistika qurumlarının, beynəlxalq təşkilatların, elmi birliklərin, qeyri-dövlət tədqiqat şirkətlərinin, statistika məlumatlarının istifadəçiləri olan maraqlı tərəflərin mindən çox nümayəndəsinin qatıldığı forumun gündəliyinə dayanıqlı inkişaf naminə statistik məlumatlardan daha geniş istifadə üçün onların hazırlanması və yayılmasında yaranmış yeni imkanlarla bağlı aktual məsələlər daxil edilib.xeber100.com  

Yanvar 18, 2017 2:20

Bakı-Naxçıvan-Bakı aviareysi təxirə salınıb

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan-Bakı aviareysini təxirə salıb.Azərtac xəbər verir ki, bu barədə AZAL-ın mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, bu gün saat 10:00-da, 14:50-də həyata keçirilməli olan Bakı-Naxçıvan və 13:30-da, 18:20-də baş tutacaq olan Naxçıvan-Bakı aviareysi təxirə salınıb. Reyslərin təxirə salınmasına səbəb isə sərnişinlərin az olmasıdır.xeber100.com

Yanvar 18, 2017 2:13

İqtisadiyyat Nazirliyinin məlumatı

"Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı arasında Azərbaycan Respublikasında İslam maliyyələşdirilməsi üzrə hüquqi bazanın işlənib hazırlanmasına dair texniki dəstək haqqında qrant Saziş"i imzalanıb. Sənədə əsasən, Azərbaycanda bank sahəsində mövcud qanunvericiliyin təhlili, ölkəmizdə islam bankçılığının tətbiqi imkanlarının araşdırılması və müvafiq təkliflərin hazırlanması nəzərdə tutulur.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, imzalanma yanvarın 18-də iqtisadiyyat naziri Şahin Mustafayevin ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankının (İİB) vitse-prezidenti Sayed Ağanın rəhbərlik etdiyi siyasi dialoq missiyası ilə görüşündə baş tutub.Qeyd olunub ki, İİB tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 18 layihə çərçivəsində 1 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb. Kənd təsərrüfatı, enerji, nəqliyyat, sosial, su təchizatı və s. sahələri əhatə edən bu layihələrin 14-ü artıq başa çatıb, 4 layihənin icrası isə davam edir. İslam İnkişaf Bankı ilə fəal əməkdaşlıq davam etdiriləcək.xeber100.com

Yanvar 18, 2017 2:06

Anlaşma memorandumu imzalanıb

Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən Maliyyə Nazirliyi milli mühasibat uçotu sisteminin təkmilləşdirilməsi məqsədilə peşəkar mühasib təşkilatları ilə əməkdaşlığa başlayıb. Maliyyə Nazirliyi ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) arasında anlaşma memorandumu imzalanıb.Maliyyə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, memorandumun əsas məqsədi mühasibat uçotu sahəsində qəbul edilmiş normativ hüquqi aktların, onların tətbiqi ilə bağlı izahedici materialların, habelə bu sahədə baş vermiş yeniliklərin mətbu orqanlarda və internet səhifələrində dərc etdirilməsi də nəzərdə tutulur.xeber100.com

Yanvar 17, 2017 12:58

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məlumatı…

2016-cı il ərzində dövlət reyestrində 1484 ədəd əmtəə nişanı qeydiyyata alınıb ki, onlardan 767-si milli, 717-si xarici fiziki və hüquqi şəxslərə məxsus olub.Bu barədə Azərtac-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.Qeyd olunub ki, coğrafi göstəricilər üzrə istifadə hüquqlarına dair 1 şəhadətnamə milli hüquqi şəxs adına qeydiyyata alınıb.Bundan başqa, sənaye mülkiyyəti obyektləri üzrə 125 ədəd müqavilə qeydiyyata alınıb. Onlardan 103 ədədi əmtəə nişanları, 1 ədədi ixtira üzrə hüquqların, 21 ədədi isə əmtəə nişanları üzrə istifadə hüququna dair lisenziya verilməsinə aiddir.xeber100.com

Yanvar 17, 2017 12:53

Depozit hərracının nəticələri açıqlanıb

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.Bankdan Azərtac-a bildiriblər ki, yanvarın 17-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 45 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,00 faiz təşkil edib.xeber100.com

Yanvar 17, 2017 12:47
    Page 309 of 380« First«...102030...307308309310311...320330340...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az