19 Mart 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Tarif Şurasının məlumatına görə…

Tarif (qiymət) Şurası bildirir ki, təbii qaz üzrə yeni tariflərin qüvvəyə minmə tarixindən əvvəlki dövr üzrə yaranan borclarla bağlı hesablaşmalar həmin dövrdə qüvvədə olan tariflərlə həyata keçirilməlidir.Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyindən Azərtac-a verilən məlumata görə, yeni tariflərlə hesablaşmalar qeyri-əhali istehlakçı qrupu üzrə 2016-cı il dekabrın 1-dən, əhali istehlakçı qrupu üzrə isə 2017-ci il yanvarın 1-dən etibarən istehlak olunan təbii qaza şamil edilir.xeber100.com

Yanvar 11, 2017 12:17

Azərbaycan-Çexiya biznes-forumu keçiriləcək

Çexiya Respublikasının sənaye və ticarət naziri Yan Mladekin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində yanvarın 17-də Bakıda Azərbaycan-Çexiya biznes-forumu keçiriləcək. Tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutacaq.AZPROMO-dan Azərtac-a bildiriblər ki, biznes-forumda kənd təsərrüfatı və qida sənayesi, maliyyə, sığorta, energetika, logistika, tikinti, hüquq, neft-kimya, maşınqayırma, şüşə istehsalı və digər sahələrdə fəaliyyət göstərən Çexiya şirkətlərinin iştirakı gözlənilir.xeber100.com

Yanvar 11, 2017 12:10

Vergilər Nazirliyinin məlumatına görə…

Maliyyə Bazarlarına Nəzarət Palatasında qeydiyyatdan keçmiş lotereyalardan və dövlət daxili uduşlu istiqrazlardan əldə olunan uduşlar vergiyə cəlb ediləcək.Vergilər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, bu maddə Vergi Məcəlləsinə 2017-ci ildən qüvvəyə minmiş fiziki şəxslərin gəlir və hüquqi şəxslərin mənfəət vergisinə edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.Eyni zamanda, keçirilən lotereya, digər yarışlar və müsabiqədən pul şəklində əldə olunan uduşun (mükafatın) ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergiyə cəlb olunması təsbit olunur.Vergi ödəməni edən şəxs rezident hüquqi şəxs və fərdi sahibkar olduqda həmin şəxs tərəfindən, ödəməni edən daimi nümayəndəliyi olmayan qeyri-rezident olduqda isə uduş (mükafat) əldə edən şəxsin bank hesabının olduğu yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filial və ya poçt rabitəsinin milli operatoru olan “Azərpoçt” MMC tərəfindən tutulmalıdır.Ödəmə mənbəyində uduşları (mükafatları) ödəyən şəxs hesablanmış vergi məbləğini hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq bəyan etməli və büdcəyə köçürməlidir.

Yanvar 10, 2017 1:33

Əmlak Məsələləri Dövlət Komitəsi ilk hərracını keçirib

Yanvarın 10-da Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi üzrə 2017-ci ilin ilk hərracını keçirib. Hərracda fiziki və hüquqi şəxslər 30 dövlət əmlakına sahib olub. Altı kiçik dövlət müəssisə və obyekti, 14 qeyri-yaşayış sahəsi, 9 nəqliyyat vasitəsi və 1 avadanlıq özəlləşdirilib. Budəfəki hərrac nəticəsində dövlət büdcəsinə 1,1 milyon manat vəsaitin köçürülməsi təmin ediləcək.Komitədən Azərtac-a bildirilib ki, belə hərraclar açıq və şəffaf şəkildə hər həftə keçirilir. İstənilən vətəndaş hərraca rahat şəkildə məhdudiyyətsiz qatıla bilir.Qeyd edək ki, qeyri-yaşayış sahələrinin 3-ü və bir çox nəqliyyat vasitəsinə bir neçə sifariş olub. Bu səbəbdən bu əmlakların satışı üzrə hərraclar rəqabətli şəraitdə keçib. Ən yüksək qiyməti təklif etmiş iddiaçı qalib elan olunub.xeber100.com

Yanvar 10, 2017 1:29

“The Streight Times” qəzeti” yazır…

Sinqapurun məşhur “The Streight Times” qəzeti “2017-ci ildə hara getməli” səhifəsində “Köhnə və yeni Bakı, Azərbaycan” başlıqlı məqalə dərc edib.Məqalədə Bakı Asiya və Avropa arasında yerləşən “cəvahir” adlandırılır. Qeyd edilir ki, həm Şərq, həm də Avropa mədəniyyətlərini özündə üzvi şəkildə cəmləşdirən bu şəhərə sinqapurluların səyahət səbətində az rast gəlinsə də, məşhur “TripAdvisor” turizm səhifəsi Bakının ötən ay asiyalı turistlərin seçimləri arasında ilk yeri tutduğunu elan edib.xeber100.com

Yanvar 10, 2017 1:24

İstanbul-Bakı-İstanbul aviareyslərini təxirə salınıb

Türkiyədə hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq yanvarın 10-da “Türk Hava Yolları” İstanbul-Bakı-İstanbul aviareyslərini təxirə salıb.Azərtac xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosunda bildirilib.Təxirə salınan aviareyslər İstanbulun Atatürk hava limanından saat 01:50-də və 05:40-da yerinə yetirilməli olan və Bakıdan İstanbula saat 04:45-də və 07:50-də həyata keçirilməsi gözlənilən aviareyslər olub.Qeyd edək ki, “Türk Hava Yolları” ümumilikdə bu günə olan 121 aviareysi təxirə salıb.xeber100.com

Yanvar 10, 2017 11:52

Depozit hərracının nəticələri açıqlanıb

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.Bankdan Azərtac-a bildiriblər ki, yanvarın 9-da Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 30 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,80 faiz təşkil edib.xeber100.com

Yanvar 9, 2017 2:20

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,29 dollar ucuzlaşaraq 53,70 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,26 dollar azalaraq 56,84 dollar olub.xeber100.com

Yanvar 9, 2017 2:17

Facebook istifadəçilərinin sayı 2,3 milyona çatıb

Azərbaycanda Facebook istifadəçilərinin sayı 2,3 milyona çatıb.Azərtac xəbər verir ki, bu barədə sosial şəbəkənin ölkələr üzrə istifadəçi sayı barədə statistikasında məlumat verilir. GlobalStats şirkətinin təqdim etdiyi məlumatlara görə isə Facebook Azərbaycanda ən böyük paya sahib sosial şəbəkədir. 2015-ci ilin dekabrı ilə müqayisədə 2016-cı ilin sonuna ölkədə Facebook istifadəçilərinin sayı 19,95 faiz artıb. Bu sosial şəbəkənin Azərbaycanda əhatəsi 91,55 faizə bərabərdir. İkinci yerdə 2,77 faizlə Twitter, üçüncü pillədə isə 1,86 faizlə Vkontakte sosial şəbəkəsi dayanır.Azərbaycanda digər sosial şəbəkələr üzrə də artım qeydə alınıb. Belə ki, 2015-ci ilin dekabrı ilə müqayisədə ötən ilin sonuna Azərbaycanda YouTube-un payı 5 faiz yüksəlib. Həmçinin Linkedİn platformasının ölkədə əhatəsi artaraq 1,50 faizə yaxınlaşıb.Qeyd edək ki, ölkədə mobil cihazlardan istifadə yüksəlməkdə davam edir. 2015-ci ilin dekabrında kompüterlərin payı 50,6 faiz, mobil cihazların payı 49,4 faiz olduğu halda, 2016-cı ilin dekabrında bu göstəricilər müvafiq olaraq 45,55 və 54,44 faiz təşkil edib.xeber100.com

Yanvar 9, 2017 2:14

Təbriz-Bakı və Dubay-Bakı aviareysləri təxirəsalınıb

Bakıya olan üç aviareys təxirə salınıb.Azərtac xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosunda bildirilib.Təxirə salınan uçuşlar İstanbul, Təbriz və Dubaydan Bakıya həyata keçirilməli olan aviareyslərdir. İranın “ATA Airlines” aviaşirkəti tərəfindən saat 00:30-da yerinə yetirilməli olan Təbriz-Bakı aviareysi, “Türk Hava Yolları” aviaşirkəti tərəfindən İstanbulun Atatürk Hava Limanından saat 01:50-də yerinə yetirilməli olan aviareys və “FlyDubai” aviaşirkəti tərəfindən saat 00:42-də yerinə yetirilməli olan Dubay-Bakı aviareysi təxirə salınıb.Təbriz-Bakı və Dubay-Bakı aviareyslərinin təxirəsalınma səbəbi məlum deyil. İstanbul-Bakı aviareysinin təxirə salınması isə Türkiyədə hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədardır.xeber100.com

Yanvar 9, 2017 2:10
    Page 312 of 380« First«...102030...310311312313314...320330340...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az