Turistlərin diqqətinə…

Azərbaycana gələn turistlər artıq turizm şirkətləri vasitəsi ilə yox, elektron formada ASAN Xidmətdən viza ala biləcəklər.Apa-nın məlumatına görə, bununla bağlı Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Turizm haqqında” qanun 7-1-ci (Turizm vizası və turistlərə verilən elektron vizalar) maddəsinin 4-cü bəndində dəyişiklik edilib.Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasına gələn turistlər turizm şirkətləri vasitəsilə elektron viza ala bilərlər” cümləsində, “turizm şirkətləri” sözü “siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ölkələrin vətəndaşları və ya həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər olduqda, “ASAN Viza” sistemi” sözləri ilə əvəz edilir.Maddə 7-1.5-ə edilən dəyişikliyə əsasən isə, elektron viza almaq üçün əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemində yerləşdirilmiş elektron müraciət formasında nəzərdə tutulan məlumatları sistemə daxil etməli, müraciətin qəbul olunması barədə müvafiq təsdiqnamə aldıqdan sonra “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunu elektron qaydada ödəməlidirlər.Elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü müddətində baxılır, imtina üçün əsas olmadıqda, viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir.Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Noyabr 16, 2016 3:17

Nəqliyyat sistemi üzrə birinci Qlobal Konfrans keçiriləcək

Noyabrın 26-27-də Aşqabadda dayanıqlı nəqliyyat sistemi üzrə birinci Qlobal Konfrans keçiriləcək. Konfrans dayanıqlı çoxtərəfli nəqliyyat-tranzit dəhlizlərinin yaradılmasına, nəqliyyatın bütün növləri arasında hərtərəfli əməkdaşlığın təmin edilməsinə yardım göstərilməsi haqqında BMT Baş Məclisinin 70-ci sessiyasının qətnaməsinə müvafiq olaraq təşkil edilir. Konfransın gündəliyində nəqliyyat və ətraf mühitin dəyişməsi, energetika və nəqliyyat, şəhər nəqliyyat sistemi və şəhərlər ilə kəndlər arasında yol-nəqliyyat kommunikasiyaları, nəqliyyat sahəsinə investisiya və onun maliyyələşdirilməsi, nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığın hüquqi əsasları, çoxtərəfli nəqliyyat dəhlizlərinin inkişafı, yol hərəkətinin təhlükəsizliyi kimi aktual məsələlər yer alıb. Konfrans çərçivəsində bir sıra beynəlxalq konvensiya və sazişlərin imzalanması nəzərdə tutulur. Tədbirdə BMT-nin baş katibi Pan Gi Munun iştirakı gözlənilir.BMT baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini U.Xunbo deyib: “Bu, BMT tarixində nəqliyyatın inkişafına həsr edilən ilk konfransdır ki, dayanıqlı inkişafın irəlilədilməsində və iqlim dəyişikliyinə qarşı mübarizədə nəqliyyatın vacib rolunun dərk olunmasına yönəlib”. BMT nümayəndəsi vurğulayıb ki, bu gün dünyada bütün istixana qazları tullantısının 25 faizi hələ də ekoloji dayanıqlı olmayan nəqliyyatın payına düşür.xeber100.com

Noyabr 14, 2016 10:51