06 Dekabr 2025 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiymətinin ucuzlaşması davam edir. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,41 dollar ucuzlaşaraq 49,94 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,43 dollar azalaraq 51,52 dollar olub. Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,06 dollar ucuzlaşaraq 52,06 dollar təşkil edib.xeber100.com

Oktyabr 18, 2016 12:10

“Aquatherm Baku 2016” sərgisi keçiriləcək

Oktyabrın 19-da Bakı Ekspo Mərkəzində IX Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji “Aquatherm Baku 2016” sərgisi keçiriləcək. “İteca Caspian” şirkətindən Azərtac-a bildirilib ki, bu illər ərzində sərgi özünü istilik, havalandırma və havanın kondisiyalaşdırması (“HVAC”) üzrə peşəkarların görüşü, yeni tərəfdaş axtarışı və sərfəli müqavilələrin bağlanması, eləcə də həm Xəzər, həm də Qafqaz regionlarının bazarlarında biznesin inkişaf etdirilməsi üçün mükəmməl platforma kimi doğruldub.xeber100.com

Oktyabr 18, 2016 12:07

Dövlət Statistika Komitəsinin məlumatı…

Mərkəzi Bankın məlumatına görə, 2016-cı il sentyabrın 1-dək Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu milli valyuta ekvivalentində 16839,7 milyon manat təşkil edib. Kreditlərin 13211,3 milyon manatı uzunmüddətli olub. Dövlət Statistika Komitəsindən Azərtac-a bildiriblər ki, kreditlərin 32,8 faizi dövlətin, 64,2 faizi qeyri-dövlət banklarının, 3,0 faizi isə bank olmayan kredit təşkilatlarının payına düşüb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 9,5 faizini təşkil edib.xeber100.com

Oktyabr 18, 2016 12:04

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiymətinin ucuzlaşması davam edir. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,24 dollar ucuzlaşaraq 50,11 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,15 dollar azalaraq 51,80 dollar olub.xeber100.com

Oktyabr 17, 2016 2:00

Mərkəzi Bankın məlumatına görə…

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb. Bankdan Azərtac-a bildiriblər ki, oktyabrın 17-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 59,0 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,67 faiz təşkil edib.xeber100.com

Oktyabr 17, 2016 1:57

Beynəlxalq inşaat sərgisi keçiriləcək

Oktyabrın 19-da Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun tikinti sahəsində ən böyük tədbiri - XXII Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild 2016” sərgisi start götürəcək. “İteca Caspian” şirkətindən Azərtac-a bildirilib ki, “BakuBuild” sərgisi tikinti və memarlıq, layihələndirmə və təmir sahəsində bütün regionun ən mühüm peşəkar tədbiri hesab olunur. Hər il müxtəlif dünya ölkələrini təmsil edən minlərlə mütəxəssis bu sərgini ziyarət edir və burada biznes tərəfdaşları ilə əlaqə yaradır. “BakuBuild” sərgisi ilə yanaşı, IX Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji “Aquatherm Baku 2016” və IX Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri “Securika CIPS 2016” sərgilərinin də daxil olduğu Xəzər İnşaat Həftəsi keçiriləcək.xeber100.com

Oktyabr 17, 2016 1:54

VI Baltik konfransı keçiriləcək

Oktyabrın 24-26-da Riqada Böyük Britaniyanın “Confidence Capital” şirkətinin təşkilatçılığı ilə neft-qaz ticarəti və nəqli üzrə VI Baltik konfransı keçiriləcək. Konfransın media tərəfdaşlarından biri olan Azərtac xəbər verir ki, tədbirin proqramına Baltik regionunun və Şimal-Şərqi Avropanın neft və neft məhsulları bazarlarının xülasəsi və proqnozları, əsas ixrac istiqamətlərinin konyunkturasının – Amsterdam-Rotterdam-Antverpen üçbucağının təhlili, Çin, Şimali Amerika kimi arbitraj istiqamətləri daxildir. Görüşdə regionda nəqliyyat infrastrukturunun və əməliyyat imkanlarının inkişafı – boru kəməri layihələri, dəmir yolu və dəniz daşımaları, terminallar, Şərqi Baltik ölkələrinin qaz bazarları, regionun maye qazla təchizatı haqqında aktual informasiya veriləcək. Konfrans iştirakçıları Şərqi Baltik regionunda və Şimal-Şərqi Avropada ticarət əməliyyatlarının aparılmasına dair məsələləri müzakirə edəcək, mövcud infrastrukturdan istifadənin və alternativ ticarət marşrutlarının inkişafının yeni imkanlarını dəyərləndirəcəklər.xeber100.com

Oktyabr 17, 2016 1:51

“Pulsuz danışıq dəqiqələri” aksiyası…

"Nikoyl" Bank və “Bakcell” mobil operatorunun birgə layihəsi davam edir. Beynəlxalq pul köçürmə sistemlərinin hər hansı birindən istifadə etdikdə "Nikoyl" Bank tərəfindən müştəriyə 10 dəqiqədən 50 dəqiqəyə kimi “Bakcell” danışıq dəqiqələri hədiyyə ediləcək. Bankdan Azərtac-a bildiriblər ki, müştəri 500-1000 məbləği arasında pul köçürməsi etdikdə 10 dəqiqə, 1001-5000 məbləği arasında pul köçürməsi etdikdə 20 dəqiqə, 5001-10000 məbləği arasında pul köçürməsi etdikdə 30 dəqiqə, 10001 məbləğindən artıq pul köçürməsi etdikdə 50 dəqiqə pulsuz danışıq dəqiqələri əldə edəcək. Hazırda bankda "Zolotaya Korona", "Contact", "Caspian Money Transfer", "Lider", "Western Union", "Blizko", "Monex" və "Forsaj" kimi pul köçürmə sistemləri mövcuddur.

Oktyabr 16, 2016 7:51

“Biznes fəaliyyətində keyfiyyətin idarə edilməsi” mövzusunda təlim keçiriləcək

Noyabrın 7-də "Excelsior Hotel & Spa Baku" hotelinin təşkilatçılığı ilə ali məktəb tələbələri üçün "Biznes fəaliyyətində keyfiyyətin idarə edilməsi" mövzusunda təlim keçiriləcək. Bu barədə Azərtac-a "AtaHolding" ASC-dən məlumat verilib. "AtaHolding" Şirkətlər Qrupunun müvafiq bölmələrinin mütəxəssisləri tərəfindən aparılacaq təlim tələbələrə biznesin bu mühüm sahəsində yeni biliklər əldə etməyə imkan verəcək.xeber100.com

Oktyabr 16, 2016 7:43

“AGBank”dan xüsusi təkliflər…

“AGBank” Visa Gold, Visa Platinum və Visa İnfinite kart sahiblərinə xüsusi təkliflər təqdim edir. Bankdan Azərtac-a verilən məlumata görə, dəblə geyinməyi sevən “AGBank”ın Visa Gold kart sahiblərinə United Colours of Beneton, OVS Italian Fashion mağazalarında 15 faizədək endirim təklif olunur, onları, həmçinin dünyaca məşhur olan ispan uşaq ayaqqabısı brendi Pablosky mağazasında 15 faiz endirim gözləyir. Kino həvəskarları isə Park Cinemada bütün seanslara 7,5 faiz endirim əldə edə biləcəklər. Visa İnfinite kart sahiblərinə isə Lacoste, İceberq İtalyan moda evi, Monnalisa mağazalarında 15 faiz endirim təqdim edilir. Visa İnfinite kart istifadəçiləri Xalca Restaurant & Lounge restoranında 15 faiz və həmişə gözəl görünməyə üstünlük verənlərə isə Beauttech gözəllik salonunda bütün xidmətlərə 10 faiz endirim təklif olunur.  

Oktyabr 15, 2016 7:14
    Page 336 of 380« First«...102030...334335336337338...350360370...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az