Azər Türk Bank xidmətlərini təklif edir

Azər Türk Bank müştəriləri ilə qarşılıqlı münasibətləri əsk etdirən videoçarxı ictimaiyyətə təqdim edib. Tanıtım məqsədi daşıyan videoçarx izləyicilərə Bankın iş prosesi ilə yaxından tanış olmaq imkanı yaradır. Müştəri məmnuniyyəti amilinə hər zaman önəm verən Azər Türk Bank hüquqi və fiziki şəxslərə geniş çeşiddə bank məhsul və xidmətlərini təklif edir. Bank inkişaf dinamikasını qorumaqla yanaşı, müştərilərə bütün növ bank əməliyyatlarının sürətli və rahat şəkildə həyata keçirilməsinə imkan verir. Azər Türk Bank bu məqsədlə dünyanın qabaqcıl banklarının təcrübəsindən yararlanır, ən son innovativ texnologiyaları tətbiq etməklə müştəri məmnuniyyətinin təmin olunmasına çalışır. Təsadüfi deyil ki, hazırda Bankda müştərilərə daha operativ və keyfiyyətli xidmət göstərmək imkanı verən “FLEX CUBE” bank əməliyyat sisteminin son versiyası istifadə edilir. Azər Türk Bankın internet bankçılıq, mobil bankçılıq kimi xidmətləri müştəriləri əlavə vaxt itkisindən azad edir, Bankı dünyanın istənilən yerində müştəriləri üçün əlçatan edir. Bankın bütün növ ödəniş kartlarında ən yüksək təhlükəsizlik standartı olan 3D Secure sistemi tətbiq edilir. İctimaiyyətə təqdim olunan videoçarxda öz əksini tapan mənzərə Bankın müştəriləri üçün hər dəfə Azər Türk Banka müraciət edərkən gördükləri tanış mənzərədir. Bankın tanıtım videosuni ictimaiyyətə təqdim etməkdə məqsədi bank seçimi etməkdə çətinlik çəkən müştərilərə seçim etməkdə yardımçı olmaqdır.xeber100.com

Oktyabr 6, 2016 11:36