04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

Anlaşma memorandumu imzalanıb

Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq-informasiya fakültəsi ilə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi arasında mövcud qanunvericiliyə və mövcud əsasnamələrinə uyğun olaraq, anlaşma memorandumu imzalanıb.Mərkəzdə Azərtac-a bildirilib ki, memorandumun məqsədi ölkəmizdə kitabxanaşünaslıq üzrə kadrların yetişdirilməsində BDU-nun və mərkəzin arasında işgüzar elmi-mədəni əlaqələrinin qurulması, kitabxanaşünas kadrların elmi potensialından muzey və kitabxanalarda səmərəli istifadə və göstərilən sahəyə müvafiq yeni elmi-metodiki üsulların axtarışlarının gücləndirilməsidir.xeber100.com

Dekabr 6, 2016 11:19

Xalq Çalğı Alətləri Orkestri – 85

Dekabrın 21-də Xalq Çalğı Alətləri Orkestrinin yaranmasının 85 illiyi münasibətilə konsert proqramı təşkil olunacaq.Azərtac xəbər verir ki, Filarmoniyada gerçəkləşəcək tədbir tədbirdə orkestrin yaranmasından, Azərbaycan Televiziya və Radiosunda, o cümlədən ölkəmizin mədəni həyatındakı fəaliyyətindən də söz açılacaq.Konsertdə xalq çalğı alətləri orkestrinin müşayiəti ilə bir sıra xalq və bəstəkar mahnıları səsləndiriləcək.xeber100.com

Dekabr 6, 2016 11:13

“Mədəniyyətlərarası dialoq” adlı konfrans keçirilib

UNESCO-nun baş qərargahında “İrs naminə birlik” kampaniyası çərçivəsində “Mədəniyyətlərarası dialoqdan insan təhlükəsizliyinə, sülhdən davamlı inkişafa” adlı konfrans keçirilib.Konfrans zamanı bu təşkilatdakı daimi nümayəndəliyimizin rəhbəri Anar Kərimovun moderatorluğu ilə “Hədəfimiz İrs: dialoq vasitəsilə irsin qorunması - yeni paradiqmalar axtarışında” adlı yüksək səviyyəli panel müzakirələri keçirilib.Panel müzakirələrində Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, UNESCO-nun baş direktoru İrina Bokova, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatının rəhbərləri iştirak ediblər.xeber100.com

Dekabr 6, 2016 11:10

“Azərbaycanfilm” kinostudiyasının məlumatına görə…

Xalq Yazıçısı Elçinin eyniadlı pyesi əsasında lentə alınan “Qatil” bədii filminin 17-ci Tbilisi Beynəlxalq Film Festivalının “Avropa film forumu” bölümündə nümayişi baş tutub.“Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, festivalda filmin quruluşçu rejissoru Kamran Şahmərdan və icraçı prodüseri Katri Lətt iştirak ediblər.Qeyd edək ki, “Qatil” filmi həmçinin Bakıda keçirilən 6-cı Avropa Film Festivalı və Finlandiyanın “Qara və Ağ” Teatr Festivalında iştirak edib.xeber100.com  

Dekabr 5, 2016 11:55

“İlmələrin rəqsi” adlı fərdi yaradıcılıq sərgisi açılıb

Rəssamlar İttifaqında tanınmış xalçaçı rəssam Eldar Hacıyevin “İlmələrin rəqsi” adlı fərdi yaradıcılıq sərgisi açılıb.Azərtac xəbər verir ki, müxtəlif mövzulu xalçaların əks olunduğu sərgidə xalq Rəssamı Ağəli İbrahimov çıxış edərək xalçaçı rəssamın yaratdığı füsunkar sənət incilərindən danışıb.Vurğulanıb ki, Eldar Hacıyev xalçaçı rəssam kimi mükəmməl xalça ilə miniatürün uğurlu sintezini yarada bilib. Onun əsərlərində xalça və miniatür sənətinin bütün atributları öz əksini tapıb.Qeyd olunub ki, müəllifin xalçaları ipək saplarla toxuması onun sənətinin özəlliklərindən hesab olunur.Daha sonra qonaqlar sərgi ilə tanış olublar.xeber100.com

Dekabr 5, 2016 11:50

“YARAT” Müasir İncəsənət Mərkəzində sərgi açılıb

“YARAT” Müasir İncəsənət Mərkəzində “ARTIM” layihə çərçivəsində “Bu necə bir hissdir?” adlı sərgi açılıb.Azərtac xəbər verir ki, qrup sərgisi əcnəbi rezidentlərin iştirakı ilə baş tutub. Sərgi öz ətrafı ilə maraqlanan və müxtəlif subyektləri araşdırmağa, onları hiss etməyə çalışan tamaşaçının nəzər nöqtəsini təsvir edir. Layihənin ideyası, nəticə etibarilə tamaşaçının onu əhatə edən və sadə izahı tapmağa mane olan müxtəlif təsirləri dəf etməsi və onların öhdəsindən gəlməsini vurğulayır.xeber100.com  

Dekabr 4, 2016 7:22

Xeyriyyə yarmarkası açılıb

Dekabrın 3-də Fəvvarələr meydanında dördüncü “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası açılıb.Azərtac xəbər verir ki, yarmarka 2017-ci il yanvarın 15-dək davam edəcək. Ənənəyə görə, tədbirdə toplanmış vəsait xeyriyyə məqsədləri üçün istifadə olunacaq, ehtiyacı olan uşaqlara kömək göstəriləcək.xeber100.com  

Dekabr 4, 2016 7:18

“Muğam musiqisi axşamı” adlı konsert proqramı təşkil olunacaq

Dekabrın 8-də Filarmoniyada “Muğam musiqisi axşamı” adlı konsert proqramı təşkil olunacaq.Filarmoniyadan Azərtac-a bildirilib ki, konsertdə “Muğam televiziya müsabiqəsi”nin qalibləri Ramiq Bayramov və Nigar Şabanova tərəfindən muğam və təsniflərimiz səsləndiriləcək. İfaçıları Xalq Artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin kiçik heyəti müşayiət edəcək.xeber100.com

Dekabr 2, 2016 12:10

Əməkdaşlıq haqqında müqavilə imzalanıb

Rusiyanın Sankt-Peterburq şəhərində görkəmli rus bəstəkarı Sergey Prokofyevin 125 illiyinə həsr olunmuş V Sankt-Peterburq beynəlxalq mədəniyyət forumunda ölkəmizi mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.Forum çərçivəsində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Rusiyanın Mədəniyyət Nazirliyi arasında 2017-2019-cu illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb.Mədəniyyət və Turizm Nazirliyindən Azərtac-a bildirilib ki, əməkdaşlıq müqaviləsində xalq yaradıcılığı, kitabxana və muzey işi, kinematoqrafiya sahələrində əməkdaşlığın aparılması və birgə layihələrin həyata keçirilməsi, tarixi-mədəni irsin qorunub saxlanılması, mədəniyyət və incəsənət ixtisasları üzrə təhsil proqramları çərçivəsində əməkdaşlıq, musiqi və sirk kollektivləri, ayrı-ayrı ifaçılar və musiqi sənəti sahəsində mütəxəssislərin mübadiləsi, mədəniyyət və incəsənət üzrə ali və orta təhsil müəssisələri, teatrlar arasında birbaşa əlaqələrin inkişafı, eləcə də qarşılıqlı beynəlxalq musiqi festivalları, müsabiqə və ənənəvi musiqi tədbirlərində iştirak məsələləri öz əksini tapıb.

Dekabr 2, 2016 11:58

“Art Villa” qalereyasında sərgi açılacaq

Dekabrın 15-də “Art Villa” qalereyasında gənc və həvəskar rəssamların əl işlərindən ibarət qrup sərgisi açılacaq.Azərtac xəbər verir ki, sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” (“Azərbaycan İncəsənət Konsulluğu”) qeyri-hökumət təşkilatı tərəfindən “Start” layihəsi çərçivəsində təşkil olunacaq. Sərgidə iştirak etmək istəyənlər əsərlə[email protected] elektron ünvanına göndərə bilərlər.Layihənin məqsədi incəsənətin və müasir memarlığın təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır.Qeyd edək ki, bundan əvvəl “Start” layihəsi çərçivəsində “Bakının müasir memarlığı fotolarda” adlı sərgi təşkil olunub.xeber100.com

Dekabr 1, 2016 12:00
    Page 166 of 218« First«...102030...164165166167168...180190200...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az