Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə Əlillərin Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş VII ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsi keçirilib. Baxış-müsabiqədə əlilliyi olan şəxslərin bədii yaradıcılığın müxtəlif növlərində (mahnı, muğam, rəqs, instrumental ifaçılıq, bəstəkarlıq, poeziya, bədii qiraət və s.) öz istedad və qabiliyyətlərini nümayiş etdirməsinə imkan yaradılıb.Baş İdarədən Azərtac-a bildirilib ki, noyabrın 30-da Azərbaycan Dövlət Musiqili Teatrında müsabiqə qaliblərinin qala konserti və mükafatlandırma mərasimi təşkil olunacaq.Tədbirin keçirilməsində məqsəd əlillərin və sağlamlıq imkanları məhdud uşaqların istedad və qabiliyyətlərinin aşkara çıxarılması və onların cəmiyyətə inteqrasiyasına dəstək verməkdir.xeber100.com