03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Azərbaycan Kinosu-120,Mədəniyyət

Nizami Kino Mərkəzi təqdim edir

Nizami Kino Mərkəzində ABŞ istehsalı olan “Cek Riçer 2” bədii, “Kubo. Samuray əfsanəsi” animasiya filmlərinin və yumor ustası Fərda Aminin “Selfinaz”ının nümayişi başlanıb. Mərkəzin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, dünya şöhrətli aktyor Tom Kruzun rol aldığı “Cek Riçer 2” trillerinin rejissoru Edvard Tsvik, ssenari müəllifi Riçard Uenk və Edvard Tsvikdir. Rolları Tom Kruz, Kobi Smolders, Danika Yaroş, Nindja N.Devu, Robert Nepper, Eldis Xoc, Xolt MakKellani, Syu-Linn Ansari, Culiya Xolt və Çeyz Savoy canlandırıblar. “Kubo. Samuray əfsanəsi” animasiya filmini Mark Heymsin ssenarisi əsasında rejissor Trevis Nayt fentezi və macəra janrında çəkib.xeber100.com  

Oktyabr 22, 2016 6:01

Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə…

Oktyabrın 22-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Frankfurt Kitab Sərgisi çərçivəsində, milli stenddə “Azərbaycanda multikultural dəyərlər” adlı tədbir keçirilib. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov tədbirdə ölkəmizdə multikulturalizm ənənələri və hazırda bu sahədə görülmüş işlər barədə geniş məlumat verib. Tədbirdə Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samirə Patzer–İsmayılova, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Başar Kömür, Almaniyanın Reynland Pfalts əyalətinin deputatı Rahim Şmitt və “Şprenflingen Gensingen” İcmalar Birliyinin rəhbəri Manfred Şerer çıxış edərək multikultural dəyərlərin Azərbaycandakı və dünyadakı hazırkı vəziyyəti barədə məlumat veriblər.xeber100.com

Oktyabr 22, 2016 5:57

I Regional elmi-nəzəri konfransa dəvət…

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru  Əliqismət Lalayev İran İslam Respublikasında keçiriləcək Teatr sənəti üzrə I Regional Elmi-nəzəri Konfransa dəvət olunub. Musiqili Teatrın Mətbuat katibi S.Sədaqətoğlu bildirib ki, konfrans İran İslam Respublikasının “Dramatik İncəsənət Mərkəzi”nin təşkilatçılığı ilə 2016-cı il 30 oktyabr-1noyabr tarixlərində Tehran şəhərində baş tutacaq. Səhnə sənəti mövzusunda keçiriləcək I Regional Elmi-nəzəri Konfransda bir çox ölkələrin tanınmış incəsənət xadimləri, elm adamları, teatr sənətinin nüfuzlu nümayəndələri iştirak edəcək. Tədbirdə çağdaş dünya teatrlarının inkişaf prespektivləri, beynəlxalq əlaqələrin qurulması və inkişafı, teatr sənətinin bugünü, sabahı və s. məslələlər ətrafında müzakirələr aparılacaq. İyirmiyə yaxın ölkənin tanınmış səhnə xadimlərinin qatılacağı I Regional Elmi-nəzəri Konfransda Azərbaycanı Əliqismət Lalayev təmsil edəcək.xeber100.com

Oktyabr 21, 2016 2:15

“Beynəlxalq keramika üzrə duet-simpozium” adlı layihənin açılışı olub

İçərişəhərdəki Keramika Mərkəzində “Arts Council Azerbaijan” təşkilatının və Keramika Mərkəzinin birgə layihəsi olan “Beynəlxalq keramika üzrə duet-simpozium” adlı layihənin açılışı olub. Azərtac xəbər verir ki, layihə Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə “Culture and Management Lab” təşkilatı tərəfindən həyata keçirilən “Cənubi Qafqazda Regional İncəsənət və Mədəniyyət Layihəsi” çərçivəsində gerçəkləşib. Duet-simpoziumda tanınmış azərbaycanlı keramika ustası Mirteymur Məmmədov, Moldovadan Valentin Rusunun iştirakı ilə baş tutub. Layihənin məqsədi müxtəlif ölkələrdən olan keramika ustalarının işlərini öyrənmək və təcrübə mübadiləsi aparmaqdır. Noyabrın 2-dək davam edəcək simpoziuma MDB-dən və dünyanın müxtəlif ölkələrindən peşəkar rəssamlar - keramika ustaları dəvət olunacaq. Duet-simpoziumların işləri əsasında müxtəlif növ və janrlarda müasir incəsənət əsərlərindən ibarət kolleksiya yaradılacaq. Sonda seçilmiş əsərlərdən ibarət sərginin təşkil olunması da nəzərdə tutulub.xeber100.com

Oktyabr 21, 2016 2:05

TÜRKSOY-un dəstəyi ilə sərgi açılıb

TÜRKSOY-un dəstəyi ilə Türkiyənin Malatya şəhərində təşkilata daxil olan ölkələri təmsil edən 22 rəssamın sənət əsərlərindən ibarət sərgi açılıb. Anadolu agentliyinin məlumatına görə, 19-cu dəfə gerçəkləşən, İnönü Universiteti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin təşkilatçılığı ilə baş tutan sərgidə 100-dək sənət əsəri nümayiş olunur. Türk dünyasının qardaşlıq tablolarının da yer aldığı sərgidə müxtəlif mövzulu sənət əsərlərini görmək mümkündür. TÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaş sərginin əhəmiyyətindən söz açaraq deyib ki, bu il Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqillik əldə etmələrindən 25 il ötür. Sərgi də məhz, bu münasibətlə təşkil olunub.xeber100.com  

Oktyabr 21, 2016 1:51

Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə…

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə keçirilən “Sarı Gəlin” adlı tələbə mahnı festivalına gənclərin qeydiyyatı başlayıb. Bakı Musiqi Akademiyasından Azərtac-a bildirilib ki, rəhbəri Günay Hüseynli olan layihə tələbə gənclər üçün nəzərdə tutulan mahnı müsabiqəsidir. Layihənin təşkil olunmasında məqsəd milli-mənəvi dəyərlərimizin təbliği, Azərbaycan xalq mahnılarının qorunub saxlanılmasında gənclərin rolunu artırmaq, istedadlı gənclərin üzə çıxarılması və onlara dəstək olmaqdan ibarətdir.xeber100.com

Oktyabr 21, 2016 1:48

Opera və Balet Teatrı təqdim edir

Noyabrın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Sevil" operası növbəti dəfə səhnəyə qoyulacaqdır. Milli opera sənətimizin ən dəyərli nümunələrindən biri olan bu tamaşada indiyə kimi vokal məktəbinin görkəmli nümayəndələri  çıxış etmiş və etməkdədirlər. Bu dəfəki tamaşanın özəlliyi ilk dəfə əsas partiyalardan biri Balaşı Xalq artisti Samir Cəfərovun ifa etməsidir. Opera səhnəsinə Koroğlu rolu ilə gələn və bir sıra klassik operalarda aparıcı partiyaları ifa edən istedadlı müğənni bu dəfə Balaş rolunda səhnəyə cıxacaqdır.Onun tərəf-müqabilləri  Əməkdar Artistlər  İlahə Əfəndiyeva (Sevil), İnarə Babayeva (Dilbər),  Səbinə Vahabzadə (Gülüş), Cahangir Qurbanov (Atakişi), Əkrəm Poladov (Əbdüləli bəy) və başqalarıdır. Tamaşanın dirijorların beynəlxalq müsabiqələrinin laureatı  Əyyub Quliyev idarə edəcəkdir.xeber100.com

Oktyabr 21, 2016 1:30

Mədəniyyət və Turizm Nazirliyinin məlumatı…

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev oktyabrın 24-də saat 11.00-da Masallı şəhərində vətəndaşları qəbul edəcək. Mədəniyyət və Turizm Nazirliyindən Azərtac-a bildiriblər ki, bu şəhərdəki Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Lənkəran şəhər, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarından olan vətəndaşlar iştirak edəcəklər.xeber100.com

Oktyabr 20, 2016 1:33

“Park Bulvar” ticarət və əyləncə mərkəzində sərgi açılacaq

Oktyabrın 23-də “İnkişaf Zamanı” proqramı və “MitOst”un dəstəyi ilə “Arzular haqqında hekayələr” layihəsi çərçivəsində “Park Bulvar” ticarət və əyləncə mərkəzində sərgi açılacaq. Azərtac xəbər verir ki, sərgidə gənc rəssamların layihə iştirakçılarının hekayələri əsasında yaratdıqları “Street art” nümunələri nümayiş olunacaq. Qeyd edək ki layihənin keçirilməsində məqsəd istedadlı yeniyetmələrin müstəqil ixtisas seçimini təbliğ edərək gələcəkdə ixtisaslı kadrların yetişdirilməsi istiqamətində maarifləndirici işlər görmək və insanlara cəmiyyətin formalaşmasında incəsənətin rolunun vacibliyi mesajını ötürməkdən ibarətdir.xeber100.com

Oktyabr 20, 2016 1:29

Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə…

Ombudsman Aparatı 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Mən və hüquqlarım” mövzusunda uşaq rəsmlərinin ənənəvi müsabiqəsini keçirir. Aparatın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, müsabiqədə 18 yaşadək uşaqlar və yeniyetmələr iştirak edə bilərlər. Rəsmlər A3 formatda işlənməli, müəlliflər haqqında qısa məlumat və bir ədəd fotoşəkil (4x5 ölçüdə) noyabrın 25-dək Ombudsman Aparatına (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 80, Hökumət evi, II qapı) təqdim olunmalıdır. Rəsmlər müsabiqənin mövzusuna uyğun gəlməli, əsərlərdə BMT-nin Uşaq Hüquqları Konvensiyasının müvafiq müddəası öz əksini tapmalı, rəsmlər mövzu, ideya, işlənmə texnikası və üslub baxımından orijinal olmalıdır.  

Oktyabr 19, 2016 3:37
    Page 178 of 218« First«...102030...176177178179180...190200210...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az