28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

Varşavada Azərbaycana həsr edilən sərgi açılıb

Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Varşava şəhərində ölkəmizə həsr edilən sərgi açılıb. Səfirlikdən Azərtac-a bildiriblər ki, sərgi Mazovetsk Voyevodluğunun və Varşava şəhər meriyasının qarşısında yerləşən Plac Bankowy meydanında təşkil edilib. Varşavanın ən böyük meydanlarından biri olan Plac Bankowy şəhər mərkəzində yerləşir və eyni zamanda, vacib nəqliyyat kəsişməsi rolunu oynayır. Varşavanın tanınmış tarixi turistik məkanlarından biri olan Plac Bankowy meydanını gündəlik olaraq minlərlə insan ziyarət edir. Azərbaycanın Polşada təbliğinə həsr edilən sərgidə ölkəmizin tarixi abidələrinə və müasir memarlığına dair fotoşəkillər və təbiət mənzərələri nümayiş etdirilir. Sərgidə, həmçinin Azərbaycanın əsas turizm istiqamətlərini özündə əks etdirən fotolar da Varşava sakinlərinin diqqətinə təqdim edilib. Açıq havada təşkil olunmuş sərgi iyulun sonunadək davam edəcək.xeber100.com

İyul 13, 2016 9:51

Rusiyada yaşayan millətlərin milli mətbəxlərini nümayiş etdirən festivalı keçirilib

Moskvada Milli Mətbəx Festivalı keçirilib. Festivalda ölkəmizi Azərbaycan Slavyan Gənclər Assosiasiyasının (ASGA) Rusiya nümayəndəliyi təmsil edib. Şəhər meriyası tərəfindən təşkil olunan festivalda Rusiyada yaşayan millətlərin milli mətbəxləri nümayiş olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən Azərtac-a bildiriblər ki, festivalda ASGA–nın Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili və icraçı direktor Xəzər Qarayev Azərbaycan stendinə yaxınlaşan iştirakçılara və qonaqlara milli mətbəximiz haqqında məlumat veriblər. Tədbirdə iştirak edən Moskva meriyasının rəsmiləri, Dövlət Dumasının deputatları və digər rəsmi şəxslər Azərbaycan mətbəxinin nümunələri ilə tanış olublar. Tədbirin sonunda Azərbaycanı festivalda təmsil edən ASGA-nın Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdiliyə şəhərin ictimai-siyasi həyatında fəal iştirak, Azərbaycanın milli mətbəxini yüksək səviyyədə təqdim etdiyinə görə şəhər rəhbərliyi adından fəxri diplom və mükafat təqdim edilib.xeber100.com

İyul 11, 2016 11:26

Beynəlxalq Musiqi Festivalı başlayıb

İyulun 9-da Xəzər dənizinin sahilindəki “Sea Breeze” istirahət mərkəzində “Jara” Beynəlxalq Musiqi Festivalı başlayıb. İki gün davam edəcək festivalda çoxlu sayda məşhur müğənnilər iştirak edir.  Xatırladaq ki, “Jara”nın təşkilatçıları  musiqiçi Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur. Festival Bakıda hər il keçiriləcək.

İyul 10, 2016 10:00

“Retro Bakı” layihəsinə start verilib

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə yay aylarında əhalinin asudə vaxtının səmərəli keçməsi məqsədilə yeni “Retro Bakı” layihəsinə start verilib. Baş İdarədən Azərtac-a bildirilib ki, layihə çərçivəsində hər həftə sonu axşam saatlarında Fəvvarələr Meydanında müxtəlif konsert proqramları təşkil olunacaq. İki saat ərzində paytaxtımızın sakinləri və şəhərimizin qonaqları milli və dünya inciləri ilə zəngin rəqs və musiqi nömrələrinə tamaşa edə biləcəklər.xeber100.com  

İyul 9, 2016 4:27

Şuşa Teatrı 142–ci mövsümü “Solğun çiçəklər”lə bağlayacaq

İyulun 12–də Şuşa Dövlət Musiqili Dram Teatrı “Azərsun Holdinq” Mədəniyyət Mərkəzində 142–ci teatr mövsümünə, görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının “Solğun çiçəklər” tamaşası ilə yekun vuracaq. Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Azad Məmmədovdur. Tamaşada əsas rolları Əməkdar Artist Rasəf Mehdiyev, aktyorlar Dürdanə Dünyamalıyeva, Xanirə İsgəndərova, Vüsalə Məmmədzadə və Zahid Mehdiyev canlandıracaqlar.xeber100.com

İyul 9, 2016 4:18

Musiqili Teatr mövsümü “Baladadaşın toy hamamı” tamaşası ilə bağlayacaq

Azərbaycan Dövlət Musiqili Teatrı iyulun 16-da “Baladadaşın toy hamamı” tamaşası ilə mövsümə yekun vuracaq. Teatrın mətbuat katibi Samir Sədaqətoğlunun Apa-ya verdiyi məlumata görə, tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni əməkdar artist Nofəl Vəliyev, quruluşçu-dirijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı xalq rəssamı Tahir Tahirov, baletmeysterləri Yelena və Zakir Ağayevlər, musiqi rəhbəri əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur.  Tamaşada səslənən mahnıların sözləri Vüqar Əbdülova məxsusdur. Rolları xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərova, Çingiz Əhmədov, aktyorlar Məhərrəm Qurbanov, Əmrah Dadaşov, Gülcahan Salamova, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Gülçöhrə Abdullayeva, Fərid Rzayev, Aydan Həsənova, Gültac və Hüseyn Əlililər, Elçin İmanov, Şaban Cəfərov, Gülnarə Abdullayeva, Elnarə Nağdəliyeva, Nigar Qarayeva, Nahid İsgəndərzadə və Rahib Məmmədzadə ifa edirlər.xeber100.com

İyul 8, 2016 3:35

Milli Teatr mövsümə “Qarabağnamə” tamaşası ilə yekun vuracaq

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında mövsümə “Qarabağnamə” tamaşası ilə yekun vurulacaq. Teatrın mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, xalq yazıçısı İlyas Əfəndiyevin əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur. Rolları xalq artistləri Rafiq Əzimov, Firəngiz Mütəllimova, Hacı İsmayılov, Ramiz Məlik, əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov, Əli Nurzadə, Aslan Şirin, aktyorlar Şəhla Əliqızı, Rövşən Kərimduxt, Anar Heybətov, Sərdar Rüstəmov, Əminə Babayeva, Rəşad Bəxtiyarov, Elnar Qarayev, Elnur Qədirov, Rada Nəsibova, Günel İmanova ifa edirlər. Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur. Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.xeber100.com

İyul 8, 2016 3:29

Sumqayıt Dövlət Dram Teatrında yenidənqurma işləri aparılır

Ölkəmizin zəngin ənənələrə malik qabaqcıl sənət ocaqlarından birinə çevrilərək bu gün də tamaşaçıların dərin rəğbətini qazanmış Sumqayıt Dövlət Dram Teatrında son dövrlər təmirə ehtiyac yarandığından binada teatrsevərlərə keyfiyyətli tamaşalar təqdim etmək mümkün olmurdu. Azərtac xəbər verir ki, hazırda teatrda təmir və yenidənqurma işləri yüksək zövqlə və keyfiyyətlə aparılır. Teatrın 500 yerlik tamaşa və 100 yerlik konfrans zalı ən müasir avadanlıqla təchiz olunur, 360 dərəcə fırlanan səhnə tamamilə yenidən qurulur. Burada ən müasir səs-akustika sistemi quraşdırılır. Layihəyə əsasən binanın bütün mühəndis-texniki qurğuları əsaslı surətdə yenilənəcək. Teatrın ekspozisiyasının daha cəlbedici görünməsi üçün milli arxitektura nümunələrindən istifadə edilir. Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olunur, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənir. Sənət ocağının köhnə parket döşəməsi sökülərək monolit dəmir-beton plitələrlə əvəzlənib, binadakı sütunlar isə mərmərdən düzəldilib. Binanın fasadı əvvəlki görünüşünü saxlamaqla üzlük daşlarla üzlənir. Sumqayıt teatrının binası özünəməxsus memarlıq üslubu ilə fərqlənir.xeber100.com

İyul 8, 2016 9:00

Uşaq rəsm sərgisi açılacaq

Xətai Sənət Mərkəzi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası ilə birlikdə “Mənim yay tətilim” adlı respublika uşaq rəsm sərgisi keçirir. Nazirlikdən Azərtac-a bildirilib ki, iştirak etmək istəyən uşaqlar əsərlərini iyulun 30-a qədər Xətai Sənət Mərkəzinə təqdim etməlidirlər. Rəsmdə mövzu və düzgün kompozisiyaya üstünlük veriləcək. Ən çox uşaqların öz duyğuları ilə işlənmiş əsərlər seçiləcək. Xətai Sənət Mərkəzində keçiriləcək sərgidə Azərbaycanın bütün bölgələrindən istedadlı uşaqlar iştirak edə bilər. 12 yaşa qədər uşaqların iştirak edəcəyi sərgidə mövzu sərbəstdir.xeber100.com

İyul 8, 2016 8:55

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sərgi açılacaq

Xalq Rəssamı Vidadi Nərimanbəyovun anadan olmasının 90 illik yubileyi münasibətilə iyulun 15-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sərgi açılacaq. Nazirlikdən Azərtac-a bildiriblər ki, Azərbaycan Milli İncəsənət Muzeyində baş tutacaq sərgi iyulun 20-dək davam edəcək. Sərgidə rəssamın Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və ailə kolleksiyasında saxlanılan əsərləri nümayiş olunacaq. Həmçinin rəssamın illər öncə yaratdığı və indiyədək geniş tamaşaçı kütləsi qarşısında heç vaxt nümayiş olunmayan bir neçə əsəri də sərgilənəcək.xeber100.com

İyul 6, 2016 3:02
    Page 201 of 219« First«...102030...199200201202203...210...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az