Formula 1 Bakı “Grand Prix” ilə əlaqədar Mərkəzi Neftçilər Xəstəxanasında xüsusi şəraitə malik yanıq palatası yaradılır

“Beynəlxalq Avtomobil Federasiyasının tələblərinə əsasən Formula 1 Bakı "Grand Prix" ilə əlaqədar Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) reanimasiya və anesteziologiya şöbəsinin nəzdində xüsusi şəraitə malik yanıq palatası yaradılır”. Bunu apa-ya MNX-nın Təcili tibbi yardım şöbəsinin müdiri Raud Əsədov deyib. O bildirib ki, Səhiyyə Nazirliyi və MNX-nın rəhbərliyi tərəfindən yanıq palatasının sxemi hazırlanaraq təsdiq olunub: “Səhiyyə Nazirliyi tərəfindən artıq lazımi tibbi avadanlıq sifariş olunub. Tibbi avadanlıq mayın 15-20-i aralığında Bakıya gətiriləcək. Yanıq palatası bütün standartlara uyğun hazırlanıb. Müvafiq olaraq 10 nəfər həkim və 10 nəfər tibb bacısına Mərkəzi Neftçilər Xəstəxanasında Səhiyyə Nazirliyi tərəfindən məşğələ keçirilib. Reanimasiya şöbəsinin 2 həkimi və 2 tibb bacısı Türkiyənin Ankara şəhərində yerləşən yanıq mərkəzində 1 aylıq təlimdə olublar”.  Şöbə müdiri qeyd edib ki, Formula 1 Bakı "Gran Prix" ilə əlaqədar hazırda Türkiyədən dəvət olunmuş həkim-mütəxəssis Bakıdadır: “Həmin professor Bakıdadır. O xəstəxanada yanıq palatasının heyəti və 103 təcili yardım xidməti üçün seminarlar keçirir. Eyni zamanda, Formula 1 Bakı "Gran Prix" ilə əlaqədar MNX-da təcili hallarda koordinasiya, ilk yardım və ixtisaslaşdırılmış yardım sistemi üzərində çalışır”. Əsədov əlavə edib ki, yanıq palatasında işlər mayın 15-20-i tam yekunlaşacaq. Qeyd edək ki, MNX Formula 1 "Gran Prix" əlaqədar əsas tərəfdaş xəstəxana olaraq nəzərdə tutulub. Formula-1 Bakı "Gran Prix"nə bu il iyunun 19-da Bakıda yerli vaxtla saat 18.00-da start veriləcək.xeber100.com    

Aprel 27, 2016 3:19

“Malyariyaya nəzarətdən onun eliminasiyasına doğru” Regional Bəyanatı qəbul edilib

Azərbaycanda 2013-cü və 2014-cü illərdə, eləcə də 2015-ci ilin ötən dövrü ərzində yerli yoluxma nəticəsində malyariya halları qeydə alınmayıb. Yalnız 2013-cü ildə 4 nəfər, 2014-cü ildə 2 nəfər, 2015-ci ildə isə 1 nəfər tropik malyariyaya tutulub ki, bu da bizim ölkəmizə xarakterik deyil. Bu ilin ötən dövrü ərzində də yerli yoluxma nəticəsində malyariya hallarına rast gəlinməyib.Bu faktları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Süleyman Məmmədov AZƏRTAC-a müsahibəsində acılayıb. Onun sözlərinə görə, Azərbaycanda malyariya ilə bağlı vəziyyət 1990-cı illərin başlanğıcında sürətlə pisləşməyə başlayıb, 1993-1994-cü illərdə malyariya hallarının sayı 23-dən 667-yə, 1996-cı ildə isə 13 min 135-ə çatıb. Bu, əsasən ağır sosial-iqtisadi şərait, o cümlədən silahlı münaqişə nəticəsində təxminən bir milyon insanın məcburi köçkün olması ilə bağlı idi. Kür-Araz və Lənkəran düzənliklərində 1997-ci ildə baş vermiş daşqınlar vəziyyəti daha da ağırlaşdırmışdı. 1997-ci ildən başlayaraq genişmiqyaslı epidemiyaya nəzarət işləri nəticəsində ölkəmizdə malyariya ilə bağlı vəziyyət yaxşılaşmağa başlayıb. Şöbə müdiri bildirib ki, 2005-ci ildə Özbəkistanın Daşkənd şəhərində Dünya Səhiyyə Təşkilatının Avropa Regionunda malyariyanın aradan qaldırılması ilə bağlı regional təşəbbüs üzrə keçirilmiş ilkin görüşdə “Malyariyaya nəzarətdən onun eliminasiyasına (aradan qaldırılmasına) doğru” Regional Bəyanatı qəbul edilib. Son bir neçə il ərzində ölkədə malyariyaya nəzarətlə bağlı əldə edilmiş əhəmiyyətli nəticələri nəzərə alaraq Azərbaycan Daşkənd Bəyanatını imzalamış və 2008-2013-cü illər üçün Azərbaycan Respublikasında “Malyariyanın Eliminasiyası üzrə Milli Strategiya” qəbul edilib. Bu strategiya 2008-ci il martın 3-də Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilib. Yeni milli strategiyanın son məqsədi 2013-cü ilədək malyariya ilə yerli yoluxmaların kəsilməsi idi. Hazırda milli məqsədə nail olunub. Qeyd edək ki, 25 aprel - Ümumdünya Malyariya Günüdür. Bu əlamətdar gün Ümumdünya Səhiyyə Assambleyası tərəfindən xəstəliyə nəzarət səylərinin artırılması məqsədilə 2007-ci ildə təsis edilib. Malyariya insana anofeles cinsindən olan ağcaqanadlar vasitəsilə keçir. Ağcaqanad sağlam insanı sancdıqda parazit insanın qanına keçir və yoluxma baş verir. Halsızlıq, yüksək qızdırma, üşütmə, baş ağrıları ilə özünü büruzə verən xəstənin vəziyyətində sonradan ağırlaşmalar qeydə alınır. Lakin malyariya müalicə olunan xəstəlikdir və bu ölümlərin qarşısını almaq mümkündür. Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hər il 250 milyon insan malyariyaya yoluxur. Təkcə 2015-ci ildə malyariyadan ölənlərin sayı 438 min nəfər olub. Problem 2009-cu ildə dünyada daha aktual olub. Hazırda 3,2 milyard insan malyariyaya yoluxma təhlükəsi ilə üz–üzədir. Bununla yanaşı, dünyanın 57 ölkəsində yeni malyariya halları 75 faiz azalıb.xeber100.com  

Aprel 26, 2016 11:45

Dünyanı mat qoyan resept…

Hələ qədimdə Hippokrat bu mualicəni xəstələrinə tətbiq edib, xeyrini görürmüş. Dizenteriya, mədə xorası, yoğun bağırsaqda problem varsa, bu resptlə sağaldırmış. Gündəmi zəpt etmiş disbakterioz probleminə də bu reseptlə kömək edirmiş. Əgər saydığımız problemlər sizdə də varsa, reseptə diqqət edin: 10-12 qram nar qabığının qurudulmuşunun üzərinə 200 ml su (çiy də ola bilər) tökülür. 1:20 dəqiqə zəif odun uzərində dəmlənilir. Diqqət etmək lazımdır ki, qaynamasın. Qayanama dərəcəsinə çatdıqda, oddan düşürmək lazımdır. 25-30 dəqiqə gözlədikdən sonra içilir.Deməli, dizenteriya, salmanelloza, qarın yatalağı, vəba, kəskin apendisit xəstələri bu reseptlə 5 saata sağalır. Bu xəstəliklərə tutulan xəstələr dəmləməni aşağıdakı kimi içməlidirlər: 25-30 dəqiqə gözlədikdən sonra dəmləmənin yarısı içilir. Özünüzü gümrah hiss edirsinizsə və orqanizmdə heç bir (ishal) şey yaranmadısa, davam etmək olar.Əgər dəmləməni içib özünüzü yaxşı hiss etmədinizsə, 3 saatdan sonra qalanını içməlisiniz. Prosses 3-3.5 saat davam edir, 5 saata bərpa olunur. Mədə xorası, nazik bağırsağın xorası, kolit (yoğun bağırsağın iltihabı), disbakterioz qurudulmuş nar qabığı ilə 1 həftəyə sağalır.Dəmləmə 20-25 dəqiqədən sonra gün ərzində 4 dəfə içilir. Dəmləmə 4 bərabər hissəyə bölünür və gün boyu 4 dəfə içilir. 1-ci səhər, 4-cü axşam ac qarına içilir.Dəmləmə hər gün deyil – 1, 3, 5, 7 günlər içilir, 2, 4, 6 günlər orqanizmə istirahət verilir. Əgər kimsə müalicəni həftədən çox davam etmək istəsə, 1 həftə istirahət edib sonra yenə davam edə bilər. Bununla da mədə-bağırsaqdakı bütün mənfi bakteriyalar məhv olur. Həmçinin Hoppokrat bu dəmləmə ilə yaraları, kəsikləri də sağaldırmış. Nardan hətta kosmetologiyada da istifadə olunur. Ləkələri, çilləri aparır, dərini ağardır, dırnaqları möhkəmlədir, saçları gücləndirir.xeber100.com    

Aprel 21, 2016 4:53

“İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Qanun

Azərbaycanda Milli Məclisdə "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Qanun və deputat Qənirə Paşayeva tərəfindən orqanların vəsiyyət edilməsi təşəbbüsü irəli sürüldükdən sonra məsələ aktuallaşdı. Notariat vasitəsilə yüzlərlə insan orqanlarını vəsiyyət etdilər. Lakin bu günə qədər beyin ölümü gerçəkləşən insanlardan orqanların köçürülməsi əməliyyatları həyata keçirilmir. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev modern.az-a açıqlamasında deyib ki, orqan transplantasiyası üçün lazımi klinikalar yaradılmalıdır.  "Beyin ölümünün protokolları, kriteriyaları müəyyənləşməlidir. Bu, Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Nə vaxt beyin ölümünün kriteriyaları müəyyənləşəcək, ondan sonra komissiya yaradılacaq və o qurum müəyyənləşdirəcək ki, hansı halda dünyasını dəyişmiş insandan orqan götürmək olar. Hər şəhərdə bir klinikanın olması bəs edəcək ki, beyin ölümünü müəyyənləşdirsin və orqan köçürməsini həyata keçirsin. Bu çox aktual məsələdir. Nə qədər biz bu məsələni tez etsək, o qədər insanlarımıza daha çox yardım göstərə biləcəyik". Lakin deputat burada insanların maddi çətinliklə üzləşə biləcəyini vurğulayıb.  "Məsələnin digər tərəfi icbari tibbi sığortaya bağlanacaq. Çünki bu çox bahalı əməliyyatdır və hər kəs öz cibinin pulu hesabına orqan köçürülməsini edə bilməyəcək. Dövlət büdcəsi də bunu qarşılamaq gücündə deyil. Ona görə də icbari tibbi sığorta işə düşəndən sonra bu məsələ daha da aktuallaşacaq. Parlament qanun hazırlayıb, hüquqi baza var. Səhiyyə Nazirliyi protokolları təsdiqləmək üçün Nazirlər Kabinetinə təqdim edib. Onlar isə ola bilsin ki, icbari sığortanın tətbiqinə görə bunu gecikdirirlər". M.Quliyev bildirib ki, qanunvericilikdə orqanların vəsiyyət edilməsi ilə bağlı problem yoxdur. Hər kəs notariat qaydada vəsiyyətnamə verə bilər. "Amma bu işin mexanizmi qurulmadığı üçün o vəsiyyətin də edilməsinin bir mənası qalmır. Bu tətbiq edilsə, insanlarımız da orqanların vəsiyyət edilməsinə hazır olacaq. Təşkilati əsaslar yaradılandan sonra din xadimləri, deputatlar, alimlər, ziyalılar, jurnalistlər, millətin önündə gedən insanlar nümunə olmalıdır ki, onlar da hazır olsunlar".xeber100.com

Aprel 20, 2016 3:07

Xroniki xəstəliklərin oyanma səbəbi

KANAL S (REGİON TV) xəbər verir ki, soyuqların bitməsi, baharın gəlişi əhval-ruhiyyəmizə yaxşı təsir edir. Lakin isti hava, günəş, çiçəklərin və ağacların tumurcuqlaması bəzi xroniki xəstəliklərin oyanmasına səbəb olur. Terapevt Səyalı Rəsulovanın sözlərinə görə, adətən bu vaxtlarda bəzi insanlarda allergik əlamətlər özünü biruzə verir. Mövsümi allergiyalar təbiətdə baş verən dəyişikliklərlə əlaqədardır. Onun sözlərinə görə, allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər. Lakin insan orqanizmindən asılı olaraq bəzi allergiyalar mövsümi xarakter daşıdığından, əsasən yaz və payız aylarında özünü daha qabarıq şəkildə göstərir. Baharın gəlişi ilə orqanizmin müxtəlif nahiyələrində əmələ gələn qıcıqlanmalar narahatlığa əsas verir. El arasında "Bahar xəstəliyi" də adlanan  allergiya ağacların çiçək açdığı ərəfədə daha da fəallaşır. Səbəb isə çiçəklərin tozlanması dövründə havada allergik maddalərin miqdarının artmasıdır. Dəridə, gözdə qızartı, qaşınma, səpmə və bu kimi əlamətlər meydana çıxdıqda dərman və ya digər müalicəvi üsullardan istifadə etməzdən öncə mütləq həkimə müraciət edilməlidir. Sözsüz ki, yaz fəslində ətraf mühitə xüsusi gözəllik verən çiçəklər nə qədər göz oxşasa da, zərərli tərəflərindən də qorunmaq lazımdır. Əks təqdirdə səhhətinizdə problem yaşanacağı qaçılmaz olacaq. Bunun üçün isə özünüzə bir neçə qayda hazırlamalı, xüsuilə maskalardan istifadə etməli, müalicəni vaxtında edib özünüzü qorumalısınız.xeber100.com  

Aprel 19, 2016 1:26

Orqanizm ehtiyacından artıq kalsium qəbul etdikdə damarlarda yığılaraq qan dövranına mənfi təsir edir

Vitamin və mineral çatışmazlığının bir çox xəstəliklərə səbəb olduğunu hamımız bilirik. Ancaq araşdırmalar göstərir ki, bəzi vitamin və mineralları həddən artıq qəbul etdikdə də orqanizmdə problemlər yarana bilər. publika.az vitamin və mineralları təqdim edir: Kalsium İllər boyu kalsium həblərinin lazımlı olduğu (xüsusilə də qadınlar üçün) fikri müdafiə olunub. Ancaq yeni araşdırmalar belə həblərin tərkibindəki kalsiumun sümüklərə faydalı olmadığını, əksinə, orqanizmə zərər verdiyini ortaya çıxarıb. Çünki orqanizm ehtiyacından artıq kalsium qəbul etdikdə damarlarda yığılaraq qan dövranına mənfi təsir edir. Kalsium hətta böyrəkdə daş yaranmasına da səbəb ola bilər. E vitamini Orqanizm E vitamini ilə təmin olunduqda alzaymer, katarakta və ürək xəstəliklərinə yaxalanmaq riski azalır. Ancaq həddən artıq E vitamini sizi xərçəng xəstəsi edə bilər. Yod Yod həblərindən, sadəcə, həkim məsləhəti olduqda istifadə edilməlidir. Çünki yod birbaşa tiroid vəzilərinin işinə təsir edir. Yod həddən az və ya çox olduqda tiroid vəzilərinin fəaliyyəti zəifləyir. Dəmir Dəmir oksigeni ağciyərlərdən orqanizmin digər nahiyələrinə daşıyan hemoqlobinin istehsalında əhəmiyyətli rol oynayır. Bu mineral hormonların tənzimlənməsində də əhəmiyyət kəsb edir. Ancaq orqanizmə həddən artıq dəmir daxil olduqda qaraciyərdə və ürəkdə problemlər baş verə bilər. B6 vitamini B6 vitamini də sağlamlıq üçün əhəmiyyətlidir. Gündəlik olaraq B6 vitamini ehtiva edən qidalar yemək lazımdır. Ancaq B6 vitamini orqanizmdə həddən artıq olduqda toksitə çevrilir və xərçəngə səbəb olur.xeber100.com  

Aprel 19, 2016 12:53

Qaraciyəri təmizləyən və yenilənməsini təmin edən 8 qida

Qaraciyər insan orqanizminin vacib əhəmiyyət kəsb edən daxili orqanlarından biri, bəlkə də birincisidir. Orqanizmə dəyən zərər, sözsüz ki, qaraciyərə də ziyan vermədən keçmir. lent.az qaraciyəri təmizləyən və yenilənməsini təmin edən 8 qidadan bəhs edəcək. Limon suyu Hər gün qaraciyərinizi təmizləmək və həzmi artırmaq üçün ilıq su ilə limon suyu için. Bir stəkan limonlu ilıq su boş mədəyə içildikdə qaraciyərdəki toksinlərin sıradan çıxmasına kömək olur. Maddələr mübadiləsini yaxşılaşdırır, sağlam həzmi dəstəkləyir və qəbizliyin qarşısını alır. Avokado Avokado dünyada sağlamlıq və gözəllik üçün istifadə edilən meyvə kimi tanınır. Ən əsası qaraciyəri də qoruyur. Yaponiyada aparılan araşdırmalardan biri sübut edib ki, avokadonun qaraciyəri bir çox toksinlərdən qoruma gücünə malikdir. Zərdəçal Zərdəçal iltihabın qarşısını alan ədviyyatdır. Həm xərçəngin qarşısını alır, həm də qaraciyəri qoruyur. Bu ədviyyat qaraciyəri təmizləməklə yanaşı, maddələr mübadiləsini tənzimləyir. Bol su için Qaraciyəri təmizləmənin ən yaxşı yollarından biri gündə 6-8 stəkan su içməkdir. Bu, həmçinin böyrəklərin təmizlənməsinə və çəki azalmasına da kömək edir. Bədən hər zaman nəmli qalmalıdır, bunu təmin etmək üçün ən yaxşı yol isə bol su içməkdir. Su içməyin bir çox faydası var və su qaraciyəri təmizləmək üçün ən əhəmiyyətli yollardan biridir. Termiki emal edilmiş yeməklərdən uzaq durun Emal olunmuş un, şəkər və digər məhsullardan qaçın. Çünki qaraciyər bunları birbaşa yağa və xolesterola çevirir. Yağ qarın, qıç, kürək, ombalar və digər bölgələrdə toplana bilər. Yüksək dərəcəli triqliseridlər isə eyni zamanda ürək narahatlıqlarına da yol aça bilər. Sarımsaq Sarımsaq immunitet sistemini gücləndirir,  bədəni bakteriya və viruslara qarşı qoruyur. Sarımsaq həmçinin sulfid ehtiva edir. Bununla da qaraciyərin funksiyasına kömək olan fermentlərin istehsalında əvəzsiz vasitədir. Brüssel kələmi Brüssel kələminə bir çox qidalanma proqramında üstünlük verilir. Bununla yanaşı, sağlamlığa faydalı bir çox xüsusiyyətlərə də malikdir. Ehtiva etdiyi ən əhəmiyyətli maddə sulfidlərdir. Bu maddə bədəndən zərərli kimyəvi maddələrin və toksinlərin atılmasına kömək olar. Yaşıl çay Qaraciyəri təmizləmək üçün yaşıl çayın möcüzə bir bitki olduğu sübut edilib. Bundan başqa, spirtli içkilər kimi pis vərdişlərin yaratdığı fəsadlar, şişlər və hepatitdən  qorunmaq üçün möcüzədir. Tərkibindəki kateşin təbii olaraq xərçənglə mübarizə aparır və qaraciyərdə yığılan yağların həll edilməsinə kömək olur.xeber100.com  

Aprel 19, 2016 12:40

Burunuangadan özünüzü qoruyun…

Cənubi Amerikada “burunuanga” deyilən bir ağac var ağ rəngdə gözəl çiçəkləri vardır, çiçəkləyəndən sonra meyvə verməyə başlayır, bax əsl təhlükəlisi elə bu meyvələrdir. Meyvələri yığılır, qurudulur, toz formasına salınır və əsasən çirkli məqsədlər üçün istifadə edilir. Əgər sizin qapınızı döyərlərsə və siz qapını azca açıb kimsiniz soruşsanız bu həmin adamlar üçün bəsdir. Beləki həmin bitki tozunu kağızın üstündən siz tərəfə üfürsələr insan az bir vaxtdan sonra başını itirir, etdiyi heç bir hərəkəti düşünmür, bu azmış kimi insanda zombiləşmə kimi hallar əmələ gələ bilir və belə insanlar artıq pis niyyətli insanların 2-3 saatlıq qurbanlarına çevrilir. Artıq bu bitkidən bəzi cinəyatkarlardan hansısa bir məlumatı almaq üçün bir sıra ölkələrdə istifadə olunur. Bu bitkinin çox dozası insanı həmən öldürür, az dozası isə ürəkbulanma, başgicəllənmə və depressiya zamanı dərman hazırlanılmasında istifadə edilir. Bu bitkidə bütün bu halların səbəbi tərkibində olan spokolamin qələvisidir. Xatırladım ki, Naxçıvanda yeradamı adında bir bitki yetişir, bu bitkini yerdən çıxardanda insan iniltisinin səsini verir və kök forması insana çox bənzəyir, bu bitkinin də tərkibində spokolomin qələvisi çoxdur, odur ki bu bitkini yalnız xaricə bel ağrılarında istifadə etmək olar, daxilə isə balla qarışılmış vəziyyətdə gündə 1 çay qaşığından artıq qəbul etmək olmaz

Aprel 14, 2016 3:48

Qırmızı düyü B qrupu vitaminləri ilə zəngindir

Qırmızı düyü digər düyülərin arasında ən faydalı sayılır. saglamolun.az bildirir ki, adətən istifadə etdiyimiz ağ düyü ilə (aş düyüsü) müqayisədə qırmızı düyü xüsusi emaldan keçmir ki, onun faydalı maddələrlə zəngin olan xarici qişası saxlanılır. Qırmızı düyü B qrupu vitaminləri ilə zəngindir. Bu vitaminlər sinir sisteminin, saçların, dırnaqların, dərinin sağlamlığı üçün olduqca vacibdir. Maqneziumla zəngin olan qırmızı düyü əzələlərin (o cümlədən, ürək əzələsinin) tonusda olması üçün çox vacibdir. Həmçinin bu düyüdə ürəyin sağlamlığı üçün vacib olan digər maddə - kalium da var. Qırmızı düyü kalsiumla da zəngindir. Kalsium sümüklərin, dişlərin möhkəmliyini təmin edir. Qırmızı düyü antioksidant maddələrlə zəngindir. Bu maddələr orqanizmin qocalmasını sürətləndirən sərbəst radikallarla mübarizə aparır, orqanizmi cavanlaşdırır, xərçəng xəstəliklərinin inkişafı riskini azaldır. Qırmızı düyünün tərkibində olan və ona belə spesifik rəng bəxş edən "parasionid" maddələri dərinin vəziyyətinə çox müsbət təsir edir - elastikliyini artırır, qırışları azaldır, piqmentasiyanın qarşısını alır. Qidalı liflərlə zəngin olan qırmızı düyü bağırsaqların fəaliyyətini yaxşılaşdırır, orqanizmdən ziyanlı maddələrin (şlaklar, toksinlər və s.) çıxmasını sürətləndirir, qanda şəkərin və xolesterinin səviyyəsini aşağı salır. Qırmızı düyü orqanizm tərəfindən yaxşı mənimsənilir. Həmçinin qırmızı düyü insanı uzun müddət ərzində tox saxlayır ki, bu da arıqlamaq istəyən insanlar üçün çox vacibdir. Qırmızı düyü aşağı qlikemik indeksinə malikdir ki, şəkərli diabetdən əziyyət çəkən insanlar bu məhsulu qidalanmasına rahatlıqla daxil edə bilərlər. Qırmızı düyünün tərkibində qlüten maddəsi yoxdur. Bir çox insanlarda qlütenə qarşı dözümsüzlük var. Bu maddə onların orqanizminə düşdükdə bağırsaqların xroniki iltihabına və müxtəlif ağır mədə-bağırsaq sistemi xəstəliklərinə səbəb olur. Qlüten əksər taxıl bitkilərinin (buğda, arpa, covdar, yulaf və s.) tərkibinə daxildir. Bu səbəbdən qlütenə qarşı dözümsüzlükdən əziyyət çəkənlər bu bitkilərin qəbulundan imtina etməlidir. Qırmızı düyünün bişirilmə müddəti ağ düyü ilə müqayisədə daha çoxdur. Faydalı olmaqla yanaşı qırmızı düyü çox xoş və qeyri-adi dada malikdir.

Aprel 3, 2016 9:28