Konstitusiya Şurasının təsdiqlədiyi məlumata əsasən…

Fransa prezidenti postuna namizəd “İrəli” hərəkatının lideri, mərkəzçi Emmanuel Makron Brüsselin islahatlara getməyəcəyi təqdirdə “Frexit” (Fransanın Aİ-nin tərkibindən çıxması) perspektivi ilə qarşılaşa biləcəyini deyib.TASS informasiya agentliyi xəbər verir ki, siyasətçi bütün seçki kampaniyası ərzində daim Avropa ideyası və siyasətini dəstəklədiyini bildirib. “Biz eyni zamanda vəziyyətə baxmalı, insanlarımıza qulaq asmalıyıq. Avropa İttifaqının pozulmuş funksionallığı artıq işə yaramır”, -deyə Makron qeyd edib.“İrəli” hərəkatının banisi bu səbəbdən Aİ-nin eyni şəkildə fəaliyyət göstərməsinə imkan verilməsini “xəyanət” hesab edir: “Mən belə etmək istəmirəm, çünki növbəti gün biz ya “Frexit”, ya da “Milli cəbhə” (Marin Le Penin partiyası) ilə üzləşə bilərik.Xatırladaq ki, Fransada 11 namizədin iştirak etdiyi prezident seçkilərinin ilk turu aprelin 23-də keçirilib. Konstitusiya Şurasının təsdiqlədiyi məlumata əsasən, Emmanuel Makron 24,01 faiz səs toplayaraq birinci yeri tutub. Onunla yanaşı, Marin Le Pen də 21,30 faiz səslə ikinci tura keçməyə müvəffəq olub. Yekun nəticəsi 20,01 faiz olan Fransua Fiyon üçüncü, 19,58 faiz səs toplayan Melanşon isə dördüncü yerdə qərarlaşıb.Fransada prezident seçkilərinin ikinci turu mayın 7-də keçiriləcək.xeber100.com

May 1, 2017 3:08

Avstriyanın Federal Daxili İşlər Nazirliyinin məlumatı

Avstriyada sağçı ekstremist və rasist fəaliyyətlərlə əlaqədar cinayət hallarının sayı artıb. Avstriyanın Federal Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, ötən il ölkədə 1313 hal üzrə sağçı ekstremizm və rasizmə görə cinayət işi açılıb. Bu, 2015-ci illə müqayisədə 13,5 faiz artım deməkdir.Avstriyanın Yaşıllar Partiyasının sorğusu əsasında verilən açıqlamada cinayət hallarının əsasən Vyana, yuxarı Avstriya və aşağı Avstriya federal əyalətlərində baş verdiyi göstərilib. Yaşıllar Partiyasının ədliyyə üzrə nümayəndəsi Albert Ştaynhauzer artan tendensiyanı şərh edərək bildirib ki, radikallaşmada əsasən iki istiqamət özünü göstərir. Birincisi nasional-sosializm, faşizm və digər zərərli ideologiyaları hələ də tərənnüm edən radikal qruplaşmalardan ibarətdirsə, ikinci qrup son dövrlərdə daha çox sosial media vasitəsilə miqrant, qaçqın və ümumiyyətlə əcnəbilərə qarşı radikal çağırışlar edən, qaçqın böhranından öz siyasi məqsədləri üçün sui-istifadə edən sağçı ekstremistlərdir.Avstriyanın Federal Daxili İşlər Nazirlinin müavini, ictimai asayiş üzrə baş direktor Konrad Koqler “Ö1” radiosuna verdiyi müsahibədə qeyd edib ki, daxili işlər orqanları sağçı eksremizm, dini ekstremizm, eləcə də sağçı və solçu radikal qruplara qarşı həssaslığını artırıb, eyni zamanda, Federal Ədliyyə Nazirliyində prokurorluq orqanlarına bu sahə üzrə xüsusi səlahiyyət də verilib.xeber100.com

Aprel 29, 2017 11:12