05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Çili hökumətinin tələbinə əsasən…

Çili hökuməti Dünya Bankından ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinə dair faktların təhrif edilməsi ilə bağlı "Doing Business" reytinqinin müəyyənləşdirilməsi sahəsində təhqiqat aparmağı tələb edib.TASS agentliyinin verdiyi məlumata görə, bunu Çili prezidenti Mişel Baçelet bəyan edib.Çili prezidenti "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb ki, ölkələrin reytinqinin müəyyənləşdirilməsi ilə məşğul olan beynəlxalq institutlar etibarlı olmalıdır: "Çünki həmin beynəlxalq təşkilatların açıqladığı reytinqlər sərmayə qoyuluşuna və ölkənin inkişafına təsir göstərir".xeber100.com

Yanvar 14, 2018 1:25

5,3 maqnitudalı zəlzələ baş verib

Bu gün Əfqanıstanın şimalında 5,3 maqnitudalı zəlzələ baş verib.Bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb.Zəlzələnin ocağı Fayzabad şəhərindən 71,1 km uzaqlıqda, 204,2 km dərinlikdə yerləşib.Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.xeber100.com

Yanvar 14, 2018 1:20

Britaniyanın Müdafiə Nazirliyi yeni ixtisarlar planlaşdırır

Böyük Britaniyanın Müdafiə Nazirliyi yeni ixtisarlar planlaşdırır. Krallığın hərbi büdcəsi növbəti 10 ildə 27 milyard dollar azala bilər. Həmçinin 14 min əsgərin ordudan tərxis olunacağı gözlənilir.“The Times” qəzeti xəbər verir ki, tərxis olunacaq əsgərlər arasında 11 min hərbçi, 2 min dəniz piyadası və Hərbi Hava Qüvvələrinin 1200 mütəxəssisi var. Bundan başqa, qənaət məqsədilə dəniz piyadaları və desantlar bir bölmədə birləşdiriləcək.Qeyd edək ki, hazırda Böyük Britaniya Silahlı Qüvvələrinin sayı 83 min nəfər təşkil edir. 2003-cü ildə bu göstərici 112 min nəfər idi. İxtisarlardan sonra Birləşmiş Krallıq ordusunun heyəti son 200 il ərzində ən aşağı miqdara enəcək. Yeri gəlmişkən, 2017-ci ildə britaniyalılar müdafiəyə 60 milyard dollar ayırıb.xeber100.com

Yanvar 12, 2018 3:50

İranın Təhlükəsizlik Nazirliyinin bəyanatı…

Qanunsuz yollarla İrana daxil olan terrorçu dəstə zərərsizləşdirilib.Azərtac-ın məlumatına görə, bu barədə İranın Təhlükəsizlik Nazirliyi bəyanat yayıb.Bəyanatda deyilir ki, İranın qərbində yerləşən Sərdəşt şəhərində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 3 nəfər saxlanılıb. Onların üzərinə baxış keçirilib və qanunsuz olaraq “Kalaşnikov” avtomatı aşkar edilib. Həbs olunanların yaşadıqları mənzillərə baxış zamanı “Molotov kokteyli” hazırlamaq üçün maddə aşkar edilərək müsadirə olunub.Bəyanatda bildirilib ki, bu adamlar Avropada təlim keçərək İrana göndərilib və burada sabitliyi pozmaq tapşırığı alıblar.Hələlik istintaq davam edir. Həbs olunanların İrandakı əlaqələri və sabitliyi pozmaq planları araşdırılır.xeber100.com

Yanvar 11, 2018 3:10

ATƏT-in Daimi Şurasının xüsusi iclası keçirilib

Yanvarın 11-də İtaliyanın ATƏT-də sədrliyinin başlaması münasibətilə Vyanada ATƏT-in Daimi Şurasının xüsusi iclası keçirilib. İclasda təşkilatın fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano ölkəsinin sədrlik dövrü üçün proqramını və prioritet istiqamətləri açıqlayıb.Xüsusi iclasdan öncə yayılan bəyanatda qeyd edilib ki, İtaliya beynəlxalq təşkilata sədrliyi dövründə “Dialoq, himayədarlıq, məsuliyyət” şüarı altında açıq, şəffaf və əhatəli fəaliyyət göstərəcək. Bildirilib ki, İtaliya sədrlik dövründə ATƏT-in bütün iştirakçı dövlətləri daxilində və onlar arasında bölünmələri aradan qaldırmaq üçün səylərini aparmağa çalışacaq.Çıxışında, həmçinin ATƏT məkanında münaqişələrə toxunan sədr ölkəsinin ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini dəstəkləməyə davam edəcəyini vurğulayıb.xeber100.com

Yanvar 11, 2018 3:07

İtaliya Milli Statistika İnstitutunun məlumatı

2017-ci ilin noyabrında İtaliyada işsizlik səviyyəsi 11 faizə düşüb.ANSA agentliyi xəbər verir ki, bu barədə İtaliyanın Milli Statistika İnstitutu (İSTAT) məlumat yayıb.İSTAT-ın məlumatına görə, ölkədə işsizlik səviyyəsi 2016-cı ilin noyabr ayı ilə müqayisədə 1 faiz aşağı enib. Bildirilir ki, noyabr ayına olan məlumatlara əsasən, işsizlərin sayı 2,855,000 nəfər təşkil edib. Bu rəqəm oktyabr ayının göstəriciləri ilə müqayisədə 18000 nəfər, 2016-cı ilin noyabr ayı ilə müqayisədə isə 243,000 nəfər azdır.xeber100.com

Yanvar 10, 2018 2:03

“Türk Hava Yolları”nın 2018-ci il proqnozu əsasında

“Türk Hava Yolları” 2018-ci ildə 74 milyon sərnişin daşımağı planlaşdırıb.Azərtac xəbər ki, bu barədə “Türk Hava Yolları” aviaşirkətinin 2018-ci il üçün açıqladığı proqnozunda bildirilib.Qeyd olunub ki, daşınan sərnişinlərin 33 milyonu daxili, 41 milyonu isə beynəlxalq aviareyslərdən yararlanacaq.Reyslərin yüklənmə səviyyəsi 79-80 faiz təşkil etdiyi halda kreslo-kilometrlərin sayı 2017-ci il ilə müqayisədə təxminən 5-6 faiz artacaq və 183 milyarda çatacaq. Minik yerlərinin sayı Türkiyə üzrə 10 faiz, Yaxın Şərq üzrə 9 faiz, Avropa üzrə 6 faiz, Uzaq Şərq üzrə 6 faiz, Amerika üzrə 4 faiz və Afrika üzrə 3 faiz artacaq.2018-ci ildə yükdaşımaların həcmi 21 faiz artaraq 1,3 milyon tona çatacaq.Qeyd edək ki, 2018-ci ildə “Türk Hava Yolları”nın habı İstanbulun üçüncü aeroportu olacaq.xeber100.com

Yanvar 10, 2018 1:56

Tbilisi beynəlxalq aeroportu fəaliyyətini bərpa edib

Şota Rustaveli adına Tbilisi beynəlxalq aeroportu yanvarın 8-də fəaliyyətini tam bərpa edib. Yanvarın 7-də axşam saatlarında Gürcüstan ərazisində müşahidə olunan əlverişsiz hava şəraiti və qatı duman səbəbindən təxirə salınmış aviareyslərin böyük əksəriyyəti yerinə yetirilib.Tbilisi beynəlxalq aeroportundan Azərtac-a bildiriblər ki, yanvarın 8-də duman çəkildikdən sonra bir sıra istiqamətlərdə uçuşlar bərpa olunub. Lakin bununla belə Türkiyə, Dubay və Münxenə nəzərdə tutulmuş reyslər hələ də yerinə yetirilməyib. Bu istiqamətlərə uçuşların nə vaxt bərpa olunacağı qarşı tərəflərdən asılıdır.Qeyd edək ki, yanvarın 7-də qatı duman səbəbindən aeroportda uçuş və eniş zolaqlarında görmə qabiliyyətinin çox pis olması səbəbindən Bakıdan Tbilisiyə uçan təyyarə də daxil olmaqla 20-yə yaxın aviareys təxirə salınmışdır.xeber100.com

Yanvar 8, 2018 3:42

5 bal gücündə zəlzələ baş verib

İran-İraq sərhədində 5 bal gücündə zəlzələ olub.“RİA Novosti”nin verdiyi xəbərə görə, yeraltı təkanlar Sare-Pole-Zohzab şəhərindən 8 km cənub-şərqdə, yerin səthindən 40 km dərinlikdə qeydə alınıb.Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.xeber100.com

Yanvar 6, 2018 11:14

ABŞ-ın yeni hərbi strategiyası açıqlanacaq

ABŞ müdafiə nazirliyi ölkənin yeni hərbi strategiyasını yanvarın 19-da açıqlayacaq.TASS agentliyinin verrdiyi xəbərə görə, bunu ABŞ-ın müdafiə naziri Ceyms Mettis bəyan edib.Onun sözlərinə görə, ictimaiyyət yalnız sənədin qeyri-məxfi hissəsi ilə tanış ola biləcək. "Strategiyanın qısa və qeyri-məxfi variantı dərc ediləcək”, deyə C.Mettis qeyd edib.2017-ci ilin sonunda ABŞ-ın yeni milli təhlükəsizlik strategiyası açıqlanıb. Sənəddə əsas diqqət Rusiya, Çin, KXDR, İran və Yaxın Şərqə yetirilib.xeber100.com

Yanvar 6, 2018 11:07
    Page 134 of 299« First«...102030...132133134135136...140150160...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az