Bu gün İspaniyanın Kataloniya vilayətində qeyri-qanuni referendum keçirilib. Bununla bağlı İspaniya hökumətinin başçısı Mariano Raxoy açıqlama verib.O Kataloniyadakı seçkilərin baş tutmayacağı barədə dəfələrlə edilən xəbərdarlığa məhəl qoymayan yerli hökuməti baş verən qalmaqallarda günahlandırıb.“Heç nəyə baxmadan biz qapılarımızı bağlamayacağıq, ümid edirik ki, problem danışıqlar yolu ilə həll olunacaq. Mən insanları təxribatlara uymamağa dəvət edirəm. Çox sevinirik ki, insanların əksəriyyəti separatizm ideyasını dəstəkləmir. Mənim hökumət rəhbəri kimi əsas vəzifəm xalqımın rifahını, əmin-amanlığını, demokratik prinsiplər və qanun çərçivəsində İspaniyanın ərazi bütövlüyünü qorumaqdır”,- deyə Baş nazir bildirib.xeber100.com