23 Mart 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Reuters agentliyinin məlumatına görə…

ABŞ Prezidenti Donald Tramp may ayında Avropada NATO liderləri ilə görüşməyə razılıq verib. Bu barədə razılıq Prezident Donald Trampın NATO-nun Baş katibi Yens Stoltenberq ilə telefon danışığı zamanı əldə edilib. Reuters agentliyi bildirir ki, Ağ Evin mətbuat xidmətinin məlumatında söhbət zamanı tərəflərin Ukrayna problemini də müzakirə etdikləri bildirilir.xeber100.com

Fevral 6, 2017 2:23

“Boeing-777” dünyanın ən uzun uçuşunu həyata keçirib

Qətər Hava Yollarına məxsus “Boeing-777” sərnişin təyyarəsi dünyanın fasiləsiz ən uzun uçuşunu həyata keçirib. Anadolu agentliyi xəbər verir ki, Dohadan qalxan sərnişin təyyarəsi 14 min 535 kilometrlik məsafəni 16 saat 23 dəqiqədə qət edərək Oklend hava limanına enib.Uçuşu həyata keçirən 4 pilot və 15 işçi üçün hava limanında qarşılanma mərasimi təşkil olunub.xeber100.com

Fevral 6, 2017 2:17

Atəşkəs ilə bağlı müzakirələrə başlanıb

Rusiya, Türkiyə, İran və BMT–dən olan ekspertlər Astanada Suriyada atəşkəs ilə bağlı razılaşmanın detallarını müzakirə edirlər.Reuters agentliyi bildirir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb. Müzakirələrdə əsasən atəşkəsin həyata keçirilməsinə nəzarət mexanizminin yaradılması ilə bağlı fikir mübadiləsi aparılır. Müzakirələr bağlı qapılar arxasında keçirilir.xeber100.com

Fevral 6, 2017 2:11

“Mehr” agentliyinin məlumatına əsasən…

İran təbii qaz ehtiyatlarını 1,8 trilyon kubmetr artırıb. “Mehr” agentliyi xəbər verir ki, bu barədə İran Milli Neft Şirkətinin başçısı Əli Kardor deyib. O bildirib ki, hazırda ölkənin təbii qaz ehtiyatları təxminən 55,3 trilyon kubmetrdir.“Yeni qazılmış neft və qaz yataqlarından çıxarıla bilən təbii qazın həcmi təxminən 1,04 trilyon kubmetrdir. Hazırda İranın çıxarıla bilən təbii qaz ehtiyatlarının həcmi isə ümumilikdə 37,3 trilyon kubmetr təşkil edir. İrandakı qaz yataqlarının bərpaedilmə səviyyəsi təxminən 69,62 faizdir”, - deyə Əli Kardor əlavə edib.xeber100.com

Fevral 6, 2017 2:05

Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatı

2016-cı ildə Rusiyanın təbii qaz hasilatı 0,9 faiz artaraq 639 milyard kubmetr olub.Azərtac xəbər verir ki, bu barədə ölkənin İqtisadi İnkişaf Nazirliyi məlumat yayıb.Bu, 2013-cü ildən bəri Rusiyanın təbii qaz hasilatında ilk artım ilidir.2016-cı ildə Rusiyanın enerji nəhəngi “Gazprom” şirkətinin qaz hasilatı 2015-ci illə müqayisədə 0,1 faiz artıb. Şirkətin ötənilki təbii qaz hasilatı 419,07 milyard kubmetr (Rusiyanın ümumi istehsalının 65,6 faizi) təşkil edib.xeber100.com

Fevral 6, 2017 2:01

“RİA Novosti”nin məlumatı

Peruda güclü daşqınlar zamanı azı 23 nəfər ölüb. “RİA Novosti” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, təbii fəlakət 15 min tikiliyə ziyan vurub. Daşqınlar nəticəsində körpü və yollar da sıradan çıxıb.Ölkənin bir neçə bölgəsində fövqəladə vəziyyət rejimi elan olunub.xeber100.com

Fevral 5, 2017 7:04

BC Hydro energetika şirkətinin məlumatına görə…

Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində 18 minə yaxın insan güclü qar səbəbindən elektrik enerjisiz qalıb.Yerli BC Hydro energetika şirkətinin məlumatına görə, hava şəraitinin pis olması elektrik enerjisinin bərpasında çətinliklər yaradır. Meteoroloqlar isə havanın daha da pisləşəcəyini proqnozlaşdırırlar.xeber100.com

Fevral 5, 2017 6:59

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzada bilər

Avropa İttifaqı martın ortalarında Rusiyanın və Ukraynanın 100 vətəndaşına qarşı sanksiyaların müddətini daha yarım il uzada bilər.TASS xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.Brüsseldəki mənbələrdən Bloomberg-ə daxil olan məlumata görə, iş adamlarına və bəzi bankların sahiblərinə tətbiq ediləcək sanksiyalar aktivlərin dondurulmasını və Avropa ölkələrinə girişə qadağa qoyulmasını nəzərdə tutur.xeber100.com

Fevral 5, 2017 6:54

NHK telekanalının yaydığı məlumata görə…

Fevralın 3-də Tokionun şimalında yerləşən İbaraki prefekturasında qəzalı vəziyyətdə olan “Fukusima-1” Atom Elektrik Stansiyasında (AES) reaktorun tədqiqi üçün istifadə olunacaq robot ictimaiyyətə təqdim edilib.NHK telekanalının yaydığı məlumata görə, AES-in operatoru olan “Tokyo Electrik Power Co.” şirkəti reaktorlardan birində ərimiş nüvə yanacağının vəziyyətini araşdırmaq üçün bu robotdan istifadə edəcək.Uzunluğu 70, eni 10 santimetr olan robot kabel vasitəsilə bərkidilmiş videokameranın və dozimetrin qoruyucu örtüyün daxilinə ötürülməsini təmin edəcək.“Tokyo Electrik Power Co.” şirkəti gələn ay bu robotun köməyi ilə AES-in 1 nömrəli reaktorunu tədqiq etməyi planlaşdırır.xeber100.com

Fevral 4, 2017 9:51

Regionda həll olunmamış münaqişələr müzakirə edilib

ATƏT-in fəaliyyətdə olan sədri Sebastian Kurtsun Gürcüstana səfəri başa çatıb. Tbilisidən Moldovaya gedən ATƏT rəsmisi səfərin yekunlarına dair bəyanatla çıxış edib.O deyib ki, ATƏT-in sədri kimi, fəaliyyəti dövründə, münaqişə regionlarındakı insanların yaşayış şəraitinin yaxşılaşmasına çalışacaq. Bu, qarşıya qoyulan əsas məqsədlərdən biridir.Avstriyanın xarici işlər naziri məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşması üçün əlindən gələni edəcəyini bildirib.S.Kurts bildirib ki, Avstriyanın quruma sədrliyi dövründə bu regionlardakı insanların həyat şəraitinin yaxşılaşdırılması, problemlərin həllində ATƏT-in iştirakının gücləndirilməsi və münaqişə tərəfləri arasında dialoqun yaxşılaşdırılması əsas prioritetlərdən olacaq.xeber100.com

Fevral 4, 2017 9:48
    Page 203 of 299« First«...102030...201202203204205...210220230...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az