03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Dünya İqtisadi Forumunun hesabatında…

Ermənistan iqtisadi cəhətdən dünyanın ən geridə qalmış ölkələrindəndir. Bu barədə məlumat Dünya İqtisadi Forumunun hesabatında yer alıb.Hesabatda Ermənistanın region ölkələri içərisində iqtisadi göstəricilərinə görə 40-50 pillə geridə qaldığı bildirilir. Bunun bir səbəbi ixrac qabiliyyətli məhsulların istehsalının zəif olmasıdır. Bu, iqtisadiyyatın inkişafında əsas şərtlərdən biridir. Üstəlik Ermənistanın Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna rekord həddə borcu var.Digər tərəfdən isə Ermənistana yatırılan xarici sərmayələrin həcmi ildən-ilə azalır. Erməni iqtisadçıları bunun günahını hakim rejimdə görürlər. Sənayeçilər və İşəgötürənlər İttifaqının direktoru Qaqik Makaryan sərmayəçilər üçün ənənəvi maneələrin hələ də mövcud olduğunu bildirib. Bu səbəbdən iqtisadiyyatı getdikcə tənəzzülə uğrayan Ermənistana sərmayə qoymağa ehtiyat olunur.xeber100.com

Yanvar 25, 2017 2:28

“Təhlükəsizliyin təminatı mərkəzi” hazırlanıb

“Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün “Windows Defender Security Center” (“Təhlükəsizliyin təminatı mərkəzi”) interfeysini nümayiş etdirib. Yeni komponent fərdi kompüterlərin mühafizə variantlarına baxmağa və idarə etməyə imkan verir. “DailyComm” resursu xəbər verir ki, interfeysdə “Virus və təhlükələrdən mühafizə”, “Qurğunun məhsuldarlığı və iş qabiliyyəti”, “Şəbəkə brandmaueri (şəbəkələrarası ekran) və mühafizəsi”, “Əlavələr və brauzerin idarə edilməsi”, “Ailəvi funksiyalar” bölmələri yer alıb.Bundan başqa, “Təhlükəsizliyin təminatı mərkəzi”ndə son “Windows” yenilənmələrinə, proqram təminatına, noutbukun və məlumat saxlancının avtonom iş vaxtına, şəbəkə qoşulmaları haqqında informasiyaya və şəbəkələrarası ekran funksiyalarına baxmaq, brauzer və digər proqramlarda funksiyaları dəyişmək, eləcə də valideyn nəzarəti funksiyasını quraşdırmaq və proqram alışlarını idarə etmək olar."Windows Defender Security Center" interfeysinin "Windows 10" sistemində bu ilin aprelində işıq üzü görəcək "Creators Update" yenilənməsi ilə birlikdə quraşdırılacağı gözlənilir.xeber100.com

Yanvar 25, 2017 2:23

Avropa İttifaqının süqutu…

Avropa İttifaqı (Aİ) süqut edib, ancaq özü hələ bunu bilmir. Aİ bütün sahələrdə müvəffəqiyyətsizliyə uğrayıb. İqtisadi inkişaf olduqca zəifdir. Sosial sahədə işsizlik və yoxsulluğun səviyyəsi çox yüksəkdir. Təhlükəsizlik məsələlərinə gəldikdə, Aİ öz sərhədlərini qorumaqda acizdir və bizi terrorizmə qarşı qoruya bilmir.Azərtac xəbər verir ki, bunu Fransanın ultrasağçı Milli Cəbhə partiyasının sədri xanım Marin Le Pen Almaniyanın “Bild am Sonntag” qəzetinə açıqlamasında deyib.Fransanın Aİ-yə üzvlüyünün perspektivləri barədə danışan Le Pen deyib: “Sərhədlər, maliyyə, iqtisadiyyat və məhkəmə sahələrində müstəqilliyimizi Aİ-dən tələb edəcəyik. Əgər Aİ buna razı olarsa, onda millətlərdən ibarət vahid Avropanı qura bilərik. Yaxud, əksinə, Aİ buna “Yox” deyərsə, o halda mən Avropa İttifaqından çıxmalı olduğumuzu fransızlara izah edər və bunun təsdiq edilməsinə nail olaram”.xeber100.com

Yanvar 23, 2017 2:17

Moskvada keçirilən XVI qurultayda…

Rusiyanın “Yedinaya Rossiya” partiyasının Moskvada keçirilən XVI qurultayında Baş nazir Dmitri Medvedev ikinci dəfə partiyanın sədri seçilib.D.Medvedev 2012-ci ildən “Yedinaya Rossiya” partiyasının sədridir. Partiyanın sədri açıq səsvermə yolu ilə beş il müddətinə seçilir. “Yedinaya Rossiya” partiyasının nizamnaməsinə görə, sədr vəzifəsinə partiyanın üzvü olmayan Rusiya vətəndaşı seçilə bilər.xeber100.com

Yanvar 23, 2017 2:13

NHK telekanalının yaydığı məlumata görə…

İmperator Akihitonun taxt-tacdan könüllü imtinası ilə bağlı Yaponiya Hökuməti yanında Şura yanvarın 23-də həmin mövzuda müzakirələrin nəticələrini dərc edəcək.NHK telekanalının yaydığı məlumata görə, şura üzvləri müzakirələrə yanvarın 23-də keçiriləcək sayca doqquzuncu görüşdən sonra yekun vurmağı planlaşdırırlar. Bu görüşdə Baş nazir Şinzo Abenin və Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqanın iştirak edəcəkləri də gözlənilir.Hesabatda İmperatorun taxtdan imtinası nəticəsində yarana biləcək müsbət və mənfi halların əksini tapacağı ehtimal olunur. Sənəddə, həmçinin yalnız hazırkı İmperatorun taxtdan imtinası ilə bağlı həyata keçiriləcək birdəfəlik tədbirlər deyil, eyni zamanda, gələcəkdə belə hallar zamanı atılacaq addımlar da əksini tapacaq.xeber100.com

Yanvar 23, 2017 2:08

Suriya münaqişəsinin nizamlanmasına dair…

Bu gün Qazaxıstanın paytaxtı Astanada Suriya münaqişəsinin nizamlanmasına dair Türkiyə və Rusiyanın təşkil etdiyi danışıqlar start götürüb. Interfax informasiya agentliyi xəbər verir ki, danışıqların əsas hissəsi bağlı qapılar arxasında keçiriləcək, KİV nümayəndələri yalnız prosesin açılışına buraxılacaq.Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenkonun sözlərinə görə, hazırda tərəflər danışıqlar üzrə yekun sənədin üzərində işləyir. O, həmçinin qeyd edib ki, Dəməşq və Suriya müxalifəti nümayəndələrinin birbaşa danışıqlarının formatı da müzakirə olunur.Xatırladaq ki, danışıqlarda Rusiya, Türkiyə, İran nümayəndə heyətləri və Suriya müxalifətinin təmsilçiləri, həmçinin BMT baş katibinin Suriya üzrə xüsusi elçisi və ABŞ-ın Qazaxıstandakı səfiri iştirak edirlər.xeber100.com

Yanvar 23, 2017 2:06

“Heatrow” aeroportunda 37 reys təxirə salınıb

London aeroportlarında dumanlı hava səbəbindən yüzə yaxın təyyarə reysi təxirə salınıb. Təkcə “Heatrow” aeroportunda 37 reys təxirə salınıb.İngiltərənin cənub hissəsi tamamilə dumanla örtülüb. Reyslərin təxirə salınmasının bir müddət davam edəcəyi bildirilib. Britaniya Meteorologiya Departamentindən sərnişinlərə xəbərdarlıq edilib ki, səfərə çıxmazdan əvvəl reysləri haqqında mütəmadi olaraq məlumat alsınlar.xeber100.com

Yanvar 23, 2017 2:01

ABŞ-da etiraz aksiyası keçirilib

Vaşinqtonda qadınların yürüşü keçirilir. ABŞ-ın hər yerindən zərif cinsin minlərlə nümayəndəsi Donald Trampın prezidentliyinə etirazlarını bildirmək üçün yürüşə çıxıblar. Yürüş iştirakçıları qadınlar, homoseksualların hüquqları, immiqrantlar, qadınların abort hüququ, irqçilik barədə, habelə iqlim dəyişməsi məsələsində Donald Trampın mövqeyinə etiraz edirlər. “Access Hollywood” proqramının yazısı üzə çıxandan sonra qadınların Donald Trampa pis münasibəti pik həddə çatıb. Donald Tramp seçki kampaniyası dövründə qadınlara münasibətinə, o cümlədən “Fox News” telekanalının aparıcısı Meqin Kelli haqqında nalayiq fikirlərinə görə kəskin tənqid edilib.xeber100.com

Yanvar 22, 2017 4:12

PTWC-dən sunami xəbərdarlığı…

Sakit Okean Sunami Xəbərdarlığı Mərkəzi (PTWC) Papua-Yeni Qvineya dövlətinə məxsus adalardan birində baş vermiş zəlzələdən sonra güclü sunaminin mümkünlüyü barədə xəbərdarlıq yayıb.Bundan bir qədər əvvəl ABŞ Geoloji Xidməti (USGS) həmin ərazidə 7,9 bal gücündə zəlzələ baş verdiyini bildirib. Yerli vaxtla saat 4:30 dəqiqədə baş verən yeraltı təkanlar Buqenvil Muxtar Regionunun Panquna şəhərindən 41 kilometr qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 136 kilometr dərinlikdə yerləşib. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.xeber100.com

Yanvar 22, 2017 4:07

Parlamentin qərarına əsasən…

Danimarka İŞİD-ə qarşı mübarizə aparmaq üçün İraq və Suriyaya 60 hərbi qulluqçudan ibarət xüsusi təyinatlı qrup göndərəcək.Azərtac xəbər verir ki, bu barədə məlumatı yerli KİV-lər Danimarkanın xarici işlər naziri Anders Samuelsenin bəyanatına istinadla yayıblar.Bu barədə qərar Danimarkanı İŞİD-ə qarşı mübarizə koalisiyasında öz iştirakını gücləndirməyə çağıran ABŞ-ın tələbinə cavab olaraq Krallığın parlamentində səsvermə yolu ilə qəbul edilib.Parlamentin qərarına əsasən, Danimarka genişləndirilmiş hərbi mandat çərçivəsində 60 xüsusi təyinatlı hərbi qulluqçudan ibarət qrupu, həmçinin ABŞ-ın təyyarədaşıyan gəmilərini müşayiət edəcək “Peter Willemoes” gəmisini İraq və Suriya regionuna göndərəcək. Qoşunların hərbi əməliyyatlar zonasına göndərilməsinin dəqiq vaxtı açıqlanmır.xeber100.com

Yanvar 21, 2017 3:14
    Page 207 of 299« First«...102030...205206207208209...220230240...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az