Rusiyanın "Sberbank"ı üç min əməkdaşını işdən azad edərək, onları robotlarla əvəzləmək niyyətindədir. "lenta.ru" xəbər verir ki, bu barədə bankın idarə heyətinin sədr müavini Vadim Kulik bildirib. Onun sözlərinə görə, robot-hüquqşünaslar artıq 2016-cı ilin sonunda işə salınıb. Hazırda robotlar digər istiqamətlər üzrə hazırlanır. Robotların əvəz edəcəyi bank əməkdaşlarının bir hissəsi yenidən təlim proqramında iştirak edəcək, digərləri isə ixtisar olunacaq.xeber100.com