30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Macarıstan məhkəməsinin qərarına əsasən…

Qucağında uşaq olan suriyalı qaçqına badalaq vurmuş N1TV özəl internet-telekanalının jurnalisti Petra Lasloya üç il şərti həbs cəzası verilib. Hökmü Macarıstanın Seqed şəhər məhkəməsi çıxarıb. Hadisə 2015-ci ildə ölkənin Serbiya sərhədi yaxınlığında - Macarıstanın cənubunda qaçqın qəbulu məntəqəsi yanında baş verib. Videoyazıda qucağında uşaq tutan suriyalıya jurnalistin necə badalaq vurması və bunun nəticəsində kişinin yıxılması aydın görünür. Videoçarx “YouTube” portalında yerləşdirilib və böyük əks-səda doğurub Petra Laslo işdən azad edilib, 2016-cı ilin sentyabrında isə Seqed şəhər prokuroru onun haqqında xuliqanlıq ittihamı üzrə istintaq işinə başlayıb.Jurnalist üzr istəyərək öz hərəkətinin səbəbini təlaş içində olması, ona tərəf qaçan insan izdihamından qorxması ilə izah edib.xeber100.com

Yanvar 14, 2017 4:09

Təhlükəsizlik üçün 300 milyon avro ayrılacaq

Parisin simvolu olan Eyfel qülləsinin təhlükəsizliyi və yenilənməsi üçün 300 milyon avro sərf olunacaq.Anadolu agentliyi xəbər verir ki, Paris Bələdiyyə Məclisi tərəfindən bu ayın sonunda səsverməyə çıxarılacaq 15 illik büdcə ilə Eyfelin yenilənməsi və təhlükəsizliyi təmin ediləcək.Parisin Sosialist Partiyasından olan bələdiyyə sədri Anne Hidalgo Parisin 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarına və “2025 Expo”ya namizəd olduğunu xatırladaraq həm Eyfel qülləsinin, həm də Parisin marka dəyərini artıracaqlarını deyib.Bələdiyyə məclisinin qəbul edəcəyi 15 illik plan üzrə hər il 20 milyon avro xərclənməsi planlaşdırılır.Dünyanın ən çox turist qəbul edən ilk 3 şəhəri arasında yer alan Parisdəki Eyfel qülləsini 2015-ci ildə təxminən 7 milyon turist ziyarət edib.xeber100.com

Yanvar 14, 2017 3:20

“Sberbank” robotlarla çalışmaq niyyətindədir

Rusiyanın "Sberbank"ı üç min əməkdaşını işdən azad edərək, onları robotlarla əvəzləmək niyyətindədir. "lenta.ru" xəbər verir ki, bu barədə bankın idarə heyətinin sədr müavini Vadim Kulik bildirib. Onun sözlərinə görə, robot-hüquqşünaslar artıq 2016-cı ilin sonunda işə salınıb. Hazırda robotlar digər istiqamətlər üzrə hazırlanır. Robotların əvəz edəcəyi bank əməkdaşlarının bir hissəsi yenidən təlim proqramında iştirak edəcək, digərləri isə ixtisar olunacaq.xeber100.com

Yanvar 13, 2017 2:16

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə…

2017-ci ilin ilk 12 günündə Avropaya dəniz yolu ilə mindən çox miqrant və qaçqın gəlib.Azərtac xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, yanvarın 12-dək əsasən Yunanıstan və İtaliya vasitəsi ilə Avropaya keçən miqrant və qaçqınların sayı 1159 nəfər təşkil edib. Həmin müddətdə Türkiyədən Yunanıstana yalnız 430 miqrant keçib. Halbuki ötən ilim müvafiq dövründə onların sayı 22 min nəfəri ötmüşdü.Hazırda Avropa ikinci dünya müharibəsindən sonra ən ciddi miqrasiya böhranı yaşayır. Bu böhran ilk növbədə Yaxın Şərq və Şimali Afrika ölkələrindəki silahlı münaqişələrdən və iqtisadi problemlərdən qaynaqlanır.xeber100.com

Yanvar 13, 2017 2:11

Konstitusiyada dəyişikliklərlə bağlı…

Türkiyə Böyük Millət Məclisi ölkə konstitusiyasına dəyişikliklərlə bağlı təklifin üçüncü maddəsini qəbul edib.Anadolu agentliyi xəbər verir ki, maddənin lehinə 341, əleyhinə isə 139 səs verilib. Gizli səsverməyə 485 deputat qatılıb. Təklifin üçüncü maddəsinə əsasən, seçkilərdə iştirak üçün minimum yaş həddi 25-dən 18-ə endirilir, həmçinin hərbi qulluqçular millət vəkilliyinə namizədliklərini irəli sürə bilməzlər.xeber100.com

Yanvar 12, 2017 2:24

7,2 bal gücündə zəlzələ baş verib

Sulavesi dənizinin Filippin sahillərində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ böyük dərinlikdə baş verdiyinə görə ciddi dağıntılara və sunamiyə səbəb olmayıb.Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun əməkdaşı Renato Solidum bildirib ki, dəniz səthindən 625 kilometr dərinlikdə yerləşən okean plitələrinin hərəkəti nəticəsində baş verən təkanlar ölkənin cənubunda yerləşən General Santos şəhərində hiss olunub. Zəlzələnin episentri Sulu əyalətindən 223 kilometr cənub-şərqdə yerləşib. Bununla yanaşı, təkrar təkanların baş verəcəyi də gözlənilir.xeber100.com

Yanvar 11, 2017 1:00

ABŞ-ın 44-cü Prezidentinin xalqa müraciəti…

ABŞ Prezidenti Barak Obama yanvarın 10-da Çikaqodakı “Makkormik-pleys” mərkəzində vida nitqi ilə çıxış edib. Prezident Amerika xalqına müraciətlə qeyd edib ki, son səkkiz ildə ABŞ bir sıra göstəricilər üzrə irəliləyişə nail olub.Obama Amerika cəmiyyətinin problemləri barədə söhbət açaraq qeyd edib ki, ABŞ-da demokratiya üçün əsas təhlükə mənbələrindən biri irqçilik və iqtisadi qeyri-bərabərlikdir. O, terrorizmin dünya nizamı və Birləşmiş Ştatlar üçün təhdid olmasını da xatırladıb.ABŞ-ın 44-cü Prezidenti Amerika xalqına müraciət edərək ölkənin siyasi həyatında daha fəal olmağa, öz seçki hüququndan və siyasətdə iştirak etmək azadlığından istifadə etməyə çağırıb.xeber100.com

Yanvar 11, 2017 12:58

NHK televiziya kanalının məlumatına əsasən…

ABŞ silahlı qüvvələri radarlar tərəfindən çətinliklə qeydə alınan F-35 qırıcı təyyarələrinin Yaponiyanın qərbində yerləşdirilməsinə başlayıb.NHK televiziya kanalının ABŞ hərbi-dəniz piyadaları korpusuna istinadla yaydığı məlumatda bildirilir ki, yanvarın 10-da 10 ədəd F-35 təyyarəsi Arizona ştatında yerləşən aviabazanı tərk edib. Həmin təyyarələrin bir neçə gündən sonra Yaponiyanın Yamaquçi prefekturasındakı İvakuni bazasına çatacağı və buradakı köhnə FA-18 qırıcılarını əvəz edəcəyi gözlənilir.Yeni görünməyən qırıcı təyyarələr ilk dəfə olaraq ABŞ-dan kənardakı aviabazaya yerləşdiriləcək. Bu təyyarələr, həmçinin qısa məsafədən havaya qalxma və şaquli enmə qabiliyyətinə malikdir.xeber100.com

Yanvar 11, 2017 12:51

SS-520 kosmik raketi təqdim edilib

Yaponiya Aerokosmik Məkanın Mənimsənilməsi Agentliyi kiçik süni peykləri orbitə çıxara bilən, çox da baha başa gəlməyən kosmik raket təqdim edib. Uzunluğu 10 metrdən az olan raketin diametri təqribən 50 santimetrə bərabərdir.Agentliyin əməkdaşları bu raketi yanvarın 11-də ölkənin cənub-qərbində yerləşən Uçinoura Kosmik Tədqiqatlar Mərkəzindəki uçuş meydançasından kosmosa buraxmağı planlaşdırırlar.SS-520 raketi uzunluğu 35 santimetr, çəkisi 3 kiloqram olan süni peyki orbitə çıxaracaq. Həmin süni peyk Yerin fotolarını çəkəcək və məlumatları yerdəki idarəetmə mərkəzinə göndərəcək.xeber100.com

Yanvar 10, 2017 2:18

TASS informasiya agentliyinin məlumatı…

Almaniyanın sabiq federal prezidenti Roman Hertsoq 82 yaşında vəfat edib.TASS informasiya agentliyi xəbər verir ki, Roman Hertsoq (Xristian-Demokratik İttifaqı) 1994-cü ildən 1999-cu ilədək Almaniya Federativ Respublikasının prezidenti olub.O, 1934-cü il aprelin 5-də Landshut şəhərində (Bavariya) doğulub. Münxen Universitetini bitirib. 1966-cı ildə Berlin Azad Universitetində dövlət hüququ kafedrasına başçılıq edib. Karlsrue Federal Konstitusiya Məhkəməsinin sədri olub, Baden-Vyurtemberq torpağının Daxili İşlər Nazirliyinin başçısı vəzifəsində çalışıb. 1994-cü ildə birləşmiş Almaniyanın il prezidenti seçilib. 1999-cu ildə bu vəzifədə onu Yohaness Rau əvəz edib.Almaniya dövlətinin hazırkı başçısı Yoahim Qauk Hertsoqun həyat yoldaşı Aleksandre fon Berlihingenə başsağlığı verib. “O, Almaniyanın milli şüurunu formalaşdıran dahi şəxsiyyət olub”, -deyə Qauk qeyd edib. Onun fikrincə, Hertsoq “əhalinin əksəriyyətinin simpatiyasını və hörmətini qazanaraq vətəndaşlar və siyasətçilər arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə böyük töhfə verib”.xeber100.com

Yanvar 10, 2017 2:15
    Page 212 of 301« First«...102030...210211212213214...220230240...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az