05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

SS-520 kosmik raketi təqdim edilib

Yaponiya Aerokosmik Məkanın Mənimsənilməsi Agentliyi kiçik süni peykləri orbitə çıxara bilən, çox da baha başa gəlməyən kosmik raket təqdim edib. Uzunluğu 10 metrdən az olan raketin diametri təqribən 50 santimetrə bərabərdir.Agentliyin əməkdaşları bu raketi yanvarın 11-də ölkənin cənub-qərbində yerləşən Uçinoura Kosmik Tədqiqatlar Mərkəzindəki uçuş meydançasından kosmosa buraxmağı planlaşdırırlar.SS-520 raketi uzunluğu 35 santimetr, çəkisi 3 kiloqram olan süni peyki orbitə çıxaracaq. Həmin süni peyk Yerin fotolarını çəkəcək və məlumatları yerdəki idarəetmə mərkəzinə göndərəcək.xeber100.com

Yanvar 10, 2017 2:18

TASS informasiya agentliyinin məlumatı…

Almaniyanın sabiq federal prezidenti Roman Hertsoq 82 yaşında vəfat edib.TASS informasiya agentliyi xəbər verir ki, Roman Hertsoq (Xristian-Demokratik İttifaqı) 1994-cü ildən 1999-cu ilədək Almaniya Federativ Respublikasının prezidenti olub.O, 1934-cü il aprelin 5-də Landshut şəhərində (Bavariya) doğulub. Münxen Universitetini bitirib. 1966-cı ildə Berlin Azad Universitetində dövlət hüququ kafedrasına başçılıq edib. Karlsrue Federal Konstitusiya Məhkəməsinin sədri olub, Baden-Vyurtemberq torpağının Daxili İşlər Nazirliyinin başçısı vəzifəsində çalışıb. 1994-cü ildə birləşmiş Almaniyanın il prezidenti seçilib. 1999-cu ildə bu vəzifədə onu Yohaness Rau əvəz edib.Almaniya dövlətinin hazırkı başçısı Yoahim Qauk Hertsoqun həyat yoldaşı Aleksandre fon Berlihingenə başsağlığı verib. “O, Almaniyanın milli şüurunu formalaşdıran dahi şəxsiyyət olub”, -deyə Qauk qeyd edib. Onun fikrincə, Hertsoq “əhalinin əksəriyyətinin simpatiyasını və hörmətini qazanaraq vətəndaşlar və siyasətçilər arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə böyük töhfə verib”.xeber100.com

Yanvar 10, 2017 2:15

“iPad” planşeti təqdim edilib

“KGI Securities” şirkətinin tanınmış analitiki Min-Çi Kuonun “9to5Mac” nəşri üçün yeni proqnozuna əsasən, “Apple” şirkəti cari ilin yazında üç yeni “iPad” modeli təqdim etməyi və planşetlərinin azalan satış həcmini xilas etməyi planlaşdırır. “cnews.ru” saytı xəbər verir ki, analitikin proqnozları əksər hallarda özünü doğruldur. Onun fikrincə, 12.9 düymlük “iPad” modeli “A10X” prosessoru ilə işləyən “iPad Pro” modelinin ikinci nəslidir.9.7 düymlük “iPad” modeli ilk dəfə 2015-ci ildə “iPhone 6S” və “6S Plus” smartfonlarında tətbiq edilmiş “A9” prosessoru ilə təchiz ediləcək.Nəhayət, 10-10.5 düymlük diaqonala malik “high-end” sinfinə məxsus model tamamilə yeni dizaynda təqdim ediləcək. Bu model, həmçinin “A10X” prosessoru ilə təchiz olunacaq.Min-Çi Kuonun yeni proqnozuna əsasən, cari ildə “iPad” planşetlərinin satış həcmi azalaraq 35-37 milyon təşkil edəcək.xeber100.com

Yanvar 10, 2017 2:08

“Clapham Junction” vağzalı təxliyə olunub

London metropoliteni işçilərinin tətili, gözlənildiyi kimi, paytaxtda yaşayan və işləyən milyonlarla insanı çətinliyə salaraq nəqliyyat kollapsına səbəb olub.Xarici KİV-lər xəbər verir ki, etiraz aksiyası səbəbindən yanvarın 8-də axşamdan etibarən metronun demək olar ki, bütün mərkəzi stansiyaları, həmçinin “Waterloo”, “King's Cross”, “Euston”, “London Bridge”, “Paddington” və “Victoria” vağzallarında yerləşən metro stansiyaları bağlanıb. Eyni zamanda, Londonun “Heathrow” aeroportunun 4 və 5-ci terminallarında da qatarların hərəkəti dayanıb.Tətil nəticəsində paytaxtın bütün yollarında tıxaclar əmələ gəlib. Yerüstü nəqliyyat gücləndirilmiş iş rejiminə keçsə də, avtobus dayanacaqlarında uzun növbələr yaranıb. Həddən artıq insanın toplanması səbəbindən “Clapham Junction” vağzalı təxliyə olunub.Təşkilatçıların sözlərinə görə, etiraz aksiyasının əsas səbəbi iş yerlərinin ixtisarı və bununla bağlı metro stansiyalarında yaranmış personal çatışmazlığıdır. Həmkarlar ittifaqı üzvlərinin fikrincə, bu, metropolitenin qalan əməkdaşlarının işini həddən çox artırır və sərnişinlərin həyatını təhlükə altında qoyur.xeber100.com

Yanvar 9, 2017 3:07

“Der Spiegel” nəşri yazır…

Almaniyanın vitse-kansleri və bu ölkənin iqtisadiyyat naziri Ziqmar Qabriel “Der Spiegel” nəşrinə müsahibəsində bildirmişdir ki, Avropa İttifaqının dağılması tamamilə mümkündür.Xatırladaq ki, Qabrielin AFR-də qarşıdan gələn kansler seçkilərində Angela Merkelin rəqibi olacağı ehtimal edilir.Qabriel bildirib ki, Avrozonanın sabitləşməsi məsələsində Berlinin mövqeyi bu zonanı heç vaxt indiki dərəcədə parçalanmış hesab etməyib və indi Aİ-nin dağılması perspektivi namümkün bir hadisə kimi təsəvvür edilmir.Siyasətçi vurğulayıb: “Bu halda bizim uşaqlarımız və nəvələrimiz bizi lənətləyəcəklər, çünki hazırda istər iqtisadi istərsə də siyasi baxımdan Aİ-də ən çox mənfəət qazanan tərəf Almaniyadır”.xeber100.com

Yanvar 9, 2017 2:58

TASS informasiya agentliyinin məlumatına görə…

Tailandın cənubunda baş verən daşqınlar nəticəsində həlak olanların sayı 21 nəfərə yüksəlib. TASS informasiya agentliyi xəbər verir ki, ölkənin fövqəladə vəziyyətlər departamentinin məlumatına görə, güclü leysan yağışları səbəbindən 10 cənub vilayətində təxminən 960 min insanın yaşadığı 330 mindən çox ev təsərrüfatı su altında qalıb. Sel 200-ə yaxın yolu dağıdıb, 60-dək körpünü uçurub. Zərərçəkənlər arasında xarici vətəndaşların olub-olmadığına dair məlumat verilmir.Son günlər bəzi regionlarda vəziyyət yaxşılaşıb. Bununla belə, ölkənin cənubunda yağıntılı hava şəraiti hələ bir neçə gün də davam edəcək. Andaman dənizində və Siam körfəzində hündür dalğalar yarana bilər. Meteoroloqlar bir sıra ərazilərdə, o cümlədən turistlər arasında populyar olan Krabi və Pxuke vilayətlərində yeni daşqın təhlükəsi barədə xəbərdarlıq edirlər.xeber100.com

Yanvar 9, 2017 2:52

Avropa ölkələrinə müdaxilə ehtimalı barədə xəbərdarlıq…

Yanvarın 20-də vəzifəsini tərk edəcək ABŞ Prezidenti Barak Obama ötən bazar günü ABC teleşirkətinə verdiyi müsahibədə bildirib ki, prezidentlik dövründə onun qəbul etdiyi ən mürəkkəb qərar 2010-cu ildə 30 min Amerika hərbi qulluqçusunun Əfqanıstana göndərilməsi barədə qərar olub. Prezident vurğulayıb ki, bu addım onun seçkiqabağı vədlərinə zidd olsa da, “Taliban” hərəkatının güclənməsi səbəbindən zəruri addım idi. Onun fikrincə, Əfqanıstanda və İraqda siyasi vəziyyət yenə qeyri-sabit olduğuna görə, bu gün də həmin ölkələrdə amerikalı hərbçilərin olması zəruridir. Obama daha sonra deyib ki, bu yolla o, yaxın gələcəkdə seçkilər keçiriləcək Avropa ölkələrinə müdaxilə ehtimalı barədə xəbərdarlıq etmək istəyir.xeber100.com

Yanvar 9, 2017 2:30

Təftiş və Karantin Baş Administrasiyasının məlumatı…

Almaniyanın “Volkswagen” şirkəti Çindən təxminən 50 min avtomobili əyləc sistemindəki qüsurlara görə geri çağırır.Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasının məlumatına görə, fevralın 6-dan başlayacaq proses çərçivəsində 2012-ci ilin iyulundan 2015-ci ilin aprelinədək olan dövrdə istehsal olunan “Beetle” və “Golf” modelləri geri çağırılacaq. Qüsurları istehsalçı şirkət təmənnasız aradan qaldıracaq.xeber100.com

Yanvar 8, 2017 4:11

“Brexit” prosesi istənilən nəticəni verməsə…

Şotlandiya Milli Parlamentinin lideri xanım Nikola Sturgeon jurnalistlərə müsahibəsində deyib ki, əgər “Brexit” prosesi istənilən nəticəni verməsə Şotlandiya Böyük Britaniyadan ayrılmaq üçün 2-ci referenduma gedəcək.Onun sözlərinə görə, hələ indiyə qədər Britaniya Baş nazirinin “Brexit” haqqında dəqiq planı yoxdur: “Bu bizi çox narahat edir. Şotlandiya referendumda Avropa İttifaqında (Aİ) qalmaq lehinə səs verib və şotlandlar Aİ-dən ayrılmağa narazıdır. Ümidlərimiz, Aİ-dən ayrılsaq belə ən azından ticarət imkanlarından məhrum olmamaqdır. Başqa cür olsa Şotlandiya daxil bütün Birləşmiş Krallıq firmaları zərər görəcəkdir”.xeber100.com

Yanvar 8, 2017 4:05

“Galaxy S8” smartfonunun sınaqları başlayıb

Cənubi Koreyanın “Samsung” şirkəti yeni qabaqcıl “Galaxy S8” və “Galaxy S8 Plus” smartfon modellərini sınaqdan keçirməyə başlayıb. Qurğuların tam sensorlu idarəetmə ilə təchiz ediləcəyi gözlənilir.AZƏRTAC “Gate” resursuna istinadən xəbər verir ki, Çində keçirilən sınaqlarda smartfonların yerli bazarla yanaşı, digər ölkələr üçün versiyaları test edilir.Dekabrın ilk günlərində internet mənbələrində Cənubi Koreya istehsalçısının “Galaxy S8” modelində “Home” fiziki düyməsindən imtina edərək displey şüşəsinin altında yerləşəcək sensor düyməyə üstünlük verməsi barədə məlumat yayılıb. Qurğunun konstruksiyasında nəzərəçarpacaq dəyişikliklərin təkcə “Apple” şirkəti və Çin brendləri ilə aparılan rəqabətlə əlaqədar olmadığı bildirilir. Bazar icmalçılarının fikrincə, “Galaxy 8” modeli “Galaxy Note 7” smartfonunun uğursuzluğundan sonra əsas populyar qurğu olmaqla şirkət pərəstişkarlarının ümidlərini doğruldacaq.xeber100.com

Yanvar 7, 2017 8:04
    Page 211 of 299« First«...102030...209210211212213...220230240...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az