10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“Der Spiegel” nəşri yazır…

Almaniyanın vitse-kansleri və bu ölkənin iqtisadiyyat naziri Ziqmar Qabriel “Der Spiegel” nəşrinə müsahibəsində bildirmişdir ki, Avropa İttifaqının dağılması tamamilə mümkündür.Xatırladaq ki, Qabrielin AFR-də qarşıdan gələn kansler seçkilərində Angela Merkelin rəqibi olacağı ehtimal edilir.Qabriel bildirib ki, Avrozonanın sabitləşməsi məsələsində Berlinin mövqeyi bu zonanı heç vaxt indiki dərəcədə parçalanmış hesab etməyib və indi Aİ-nin dağılması perspektivi namümkün bir hadisə kimi təsəvvür edilmir.Siyasətçi vurğulayıb: “Bu halda bizim uşaqlarımız və nəvələrimiz bizi lənətləyəcəklər, çünki hazırda istər iqtisadi istərsə də siyasi baxımdan Aİ-də ən çox mənfəət qazanan tərəf Almaniyadır”.xeber100.com

Yanvar 9, 2017 2:58

TASS informasiya agentliyinin məlumatına görə…

Tailandın cənubunda baş verən daşqınlar nəticəsində həlak olanların sayı 21 nəfərə yüksəlib. TASS informasiya agentliyi xəbər verir ki, ölkənin fövqəladə vəziyyətlər departamentinin məlumatına görə, güclü leysan yağışları səbəbindən 10 cənub vilayətində təxminən 960 min insanın yaşadığı 330 mindən çox ev təsərrüfatı su altında qalıb. Sel 200-ə yaxın yolu dağıdıb, 60-dək körpünü uçurub. Zərərçəkənlər arasında xarici vətəndaşların olub-olmadığına dair məlumat verilmir.Son günlər bəzi regionlarda vəziyyət yaxşılaşıb. Bununla belə, ölkənin cənubunda yağıntılı hava şəraiti hələ bir neçə gün də davam edəcək. Andaman dənizində və Siam körfəzində hündür dalğalar yarana bilər. Meteoroloqlar bir sıra ərazilərdə, o cümlədən turistlər arasında populyar olan Krabi və Pxuke vilayətlərində yeni daşqın təhlükəsi barədə xəbərdarlıq edirlər.xeber100.com

Yanvar 9, 2017 2:52

Avropa ölkələrinə müdaxilə ehtimalı barədə xəbərdarlıq…

Yanvarın 20-də vəzifəsini tərk edəcək ABŞ Prezidenti Barak Obama ötən bazar günü ABC teleşirkətinə verdiyi müsahibədə bildirib ki, prezidentlik dövründə onun qəbul etdiyi ən mürəkkəb qərar 2010-cu ildə 30 min Amerika hərbi qulluqçusunun Əfqanıstana göndərilməsi barədə qərar olub. Prezident vurğulayıb ki, bu addım onun seçkiqabağı vədlərinə zidd olsa da, “Taliban” hərəkatının güclənməsi səbəbindən zəruri addım idi. Onun fikrincə, Əfqanıstanda və İraqda siyasi vəziyyət yenə qeyri-sabit olduğuna görə, bu gün də həmin ölkələrdə amerikalı hərbçilərin olması zəruridir. Obama daha sonra deyib ki, bu yolla o, yaxın gələcəkdə seçkilər keçiriləcək Avropa ölkələrinə müdaxilə ehtimalı barədə xəbərdarlıq etmək istəyir.xeber100.com

Yanvar 9, 2017 2:30

Təftiş və Karantin Baş Administrasiyasının məlumatı…

Almaniyanın “Volkswagen” şirkəti Çindən təxminən 50 min avtomobili əyləc sistemindəki qüsurlara görə geri çağırır.Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasının məlumatına görə, fevralın 6-dan başlayacaq proses çərçivəsində 2012-ci ilin iyulundan 2015-ci ilin aprelinədək olan dövrdə istehsal olunan “Beetle” və “Golf” modelləri geri çağırılacaq. Qüsurları istehsalçı şirkət təmənnasız aradan qaldıracaq.xeber100.com

Yanvar 8, 2017 4:11

“Brexit” prosesi istənilən nəticəni verməsə…

Şotlandiya Milli Parlamentinin lideri xanım Nikola Sturgeon jurnalistlərə müsahibəsində deyib ki, əgər “Brexit” prosesi istənilən nəticəni verməsə Şotlandiya Böyük Britaniyadan ayrılmaq üçün 2-ci referenduma gedəcək.Onun sözlərinə görə, hələ indiyə qədər Britaniya Baş nazirinin “Brexit” haqqında dəqiq planı yoxdur: “Bu bizi çox narahat edir. Şotlandiya referendumda Avropa İttifaqında (Aİ) qalmaq lehinə səs verib və şotlandlar Aİ-dən ayrılmağa narazıdır. Ümidlərimiz, Aİ-dən ayrılsaq belə ən azından ticarət imkanlarından məhrum olmamaqdır. Başqa cür olsa Şotlandiya daxil bütün Birləşmiş Krallıq firmaları zərər görəcəkdir”.xeber100.com

Yanvar 8, 2017 4:05

“Galaxy S8” smartfonunun sınaqları başlayıb

Cənubi Koreyanın “Samsung” şirkəti yeni qabaqcıl “Galaxy S8” və “Galaxy S8 Plus” smartfon modellərini sınaqdan keçirməyə başlayıb. Qurğuların tam sensorlu idarəetmə ilə təchiz ediləcəyi gözlənilir.AZƏRTAC “Gate” resursuna istinadən xəbər verir ki, Çində keçirilən sınaqlarda smartfonların yerli bazarla yanaşı, digər ölkələr üçün versiyaları test edilir.Dekabrın ilk günlərində internet mənbələrində Cənubi Koreya istehsalçısının “Galaxy S8” modelində “Home” fiziki düyməsindən imtina edərək displey şüşəsinin altında yerləşəcək sensor düyməyə üstünlük verməsi barədə məlumat yayılıb. Qurğunun konstruksiyasında nəzərəçarpacaq dəyişikliklərin təkcə “Apple” şirkəti və Çin brendləri ilə aparılan rəqabətlə əlaqədar olmadığı bildirilir. Bazar icmalçılarının fikrincə, “Galaxy 8” modeli “Galaxy Note 7” smartfonunun uğursuzluğundan sonra əsas populyar qurğu olmaqla şirkət pərəstişkarlarının ümidlərini doğruldacaq.xeber100.com

Yanvar 7, 2017 8:04

“Baker Hughes”in məlumatına əsasən…

ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı ötən hesabat həftəsində 7 ədəd artaraq 665-ə çatıb.“Baker Hughes” şirkəti  xəbər verir ki, ABŞ-da aktiv neft quyuları 529, qaz quyuları 135, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 1 ədəd olub.xeber100.com

Yanvar 7, 2017 7:50

Ria Novosti agentliyinin məlumatına görə…

Polşada iki gün davam edən güclü saxta 10 nəfərin həyatına son qoyub. Ria Novosti agentliyi xəbər verir ki, Polşanın Dövlət Təhlükəsizlik Mərkəzinin nümayəndəsinin sözlərinə görə, həlak olan 7 nəfərin cəsədi yanvarın 6-da, 3-ü isə yanvarın 7-də tapılıb.Sinoptiklər yanvarın 7-də temperaturun mənfi 14 dərəcəyə kimi düşəcəyi barədə xəbərdarlıq ediblər.xeber100.com

Yanvar 7, 2017 3:49

Humanitar böhranla bağlı xəbərdarlıq…

Britaniya Qızıl Xaç Cəmiyyəti hökumətə İngiltərə xəstəxanalarındakı humanitar böhranla bağlı xəbərdarlıq edib. Qeyd edilib ki, bir çox xəstəxanalarda yetərli qədər palata və yataq olmadığından xəstələr evə göndərilir.Qış aylarında xəstəliklərin və tibbi yardıma ehtiyacı olanların sayının artması da bu böhranı kəskinləşdirib. Məlumatda qeyd edilir ki, 2 nəfər xəstəxana dəhlizində vəfat edib. Britaniya Milli Səhiyyə Xidmətindən verilən məlumatda məsələ ilə bağlı araşdırma aparıldığı, problemlərin tezliklə aradan qaldırılaraq xəstələrin təhlükəsizliyinin təmin ediləcəyi və ehtiyacı olanlara təcili tibbi yardımın göstəriləcəyi bildirilib.xeber100.com

Yanvar 7, 2017 2:50

ABŞ-ın enerji ixracatçısına çevriləcəyi proqnozlaşdırılır

ABŞ-ın 2026-cı ildən etibarən xalis enerji ixracatçısına çevriləcəyi proqnozlaşdırılır.Azərtac xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb.Xam neftin qiymətinin bahalaşması istehsalçılar üçün əlverişli iqtisadi şərait yaradır. Lakin qiymətin artmasına baxmayaraq istehlak çox aşağıdır.Mövcud texnologiya və daha əlverişli resurslar üzrə əhəmiyyətli irəliləyiş olmasa ABŞ-ın enerji istehsalı 2030-cu ildə azalacaq.xeber100.com

Yanvar 6, 2017 4:08
    Page 213 of 301« First«...102030...211212213214215...220230240...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az