30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Humanitar böhranla bağlı xəbərdarlıq…

Britaniya Qızıl Xaç Cəmiyyəti hökumətə İngiltərə xəstəxanalarındakı humanitar böhranla bağlı xəbərdarlıq edib. Qeyd edilib ki, bir çox xəstəxanalarda yetərli qədər palata və yataq olmadığından xəstələr evə göndərilir.Qış aylarında xəstəliklərin və tibbi yardıma ehtiyacı olanların sayının artması da bu böhranı kəskinləşdirib. Məlumatda qeyd edilir ki, 2 nəfər xəstəxana dəhlizində vəfat edib. Britaniya Milli Səhiyyə Xidmətindən verilən məlumatda məsələ ilə bağlı araşdırma aparıldığı, problemlərin tezliklə aradan qaldırılaraq xəstələrin təhlükəsizliyinin təmin ediləcəyi və ehtiyacı olanlara təcili tibbi yardımın göstəriləcəyi bildirilib.xeber100.com

Yanvar 7, 2017 2:50

ABŞ-ın enerji ixracatçısına çevriləcəyi proqnozlaşdırılır

ABŞ-ın 2026-cı ildən etibarən xalis enerji ixracatçısına çevriləcəyi proqnozlaşdırılır.Azərtac xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb.Xam neftin qiymətinin bahalaşması istehsalçılar üçün əlverişli iqtisadi şərait yaradır. Lakin qiymətin artmasına baxmayaraq istehlak çox aşağıdır.Mövcud texnologiya və daha əlverişli resurslar üzrə əhəmiyyətli irəliləyiş olmasa ABŞ-ın enerji istehsalı 2030-cu ildə azalacaq.xeber100.com

Yanvar 6, 2017 4:08

“Rosneft” şirkətinin neft hasilatı artıb

2016-cı ildə Rusiyanın neft hasilatı 2,5 faiz, neft ixracı isə 4,8 faiz artıb.Azərtac xəbər verir ki, ölkənin ümumi neft hasilatı 2,5 faiz artımla 547,5 milyon ton olub.Ötən il ölkənin ən böyük neft istehsalçısı olan “Rosneft” şirkətinin hasilatı 0,5 faiz artaraq 209,96 milyon ton təşkil edib. Rusiyanın nəhəng neft şirkəti “Lukoil”un istehsalı 2,8 faiz azalaraq 83,57 milyon ton olub. “Bashneft” istehsalını 6,3 faiz artıraraq 20,8 milyon tona çatdırıb, “Tatneft”in isə neft hasilatı 5,3 faiz çoxalaraq 28,69 milyon ton təşkil edib.Rusiyanın neft ixracı 2016-cı ildə 4,8 faiz artaraq 253,9 milyon ton olub. Ötən ilin dekabr ayında isə ölkənin neft ixracı 3,5 faiz artımla 20,97 milyon tona yüksəlib.xeber100.com

Yanvar 5, 2017 1:14

“Deutsche Bank” 95 milyon dollar cərimə ödəyəcək

Almaniyanın “Deutsche Bank”ı vergidənyayınma ittihamlarına son qoymaq üçün ABŞ-ın hakimiyyət orqanlarına 95 milyon dollar cərimə ödəməyi qəbul edib.“lemonde.fr” saytı bildirir ki, bu barədə işə baxan prokuror məlumat verib.ABŞ Ədliyyə Nazirliyi yaydığı açıqlamada qeyd edib ki, ABŞ hökuməti “Deutsche Bank”ın vergidən yayınmaq üçün tədbirlər gördüyünü sübuta yetirib və bankın 95 milyon dollar həcmində cərimə ödəməsini tələb edib.Qeyd edək ki, 2000-ci ildə Almaniya bankı saxta şirkət yaradaraq ABŞ-ın vergi qanunvericiliyini pozmağa cəhd göstərib.xeber100.com

Yanvar 5, 2017 12:08

Çin Milli Kosmik Administrasiyası məlumatı…

Çin qarşıdakı 10 il ərzində kosmosa müxtəlif təyinatlı təxminən 100 peyk göndərməyi planlaşdırır. Bu barədə Çin Milli Kosmik Administrasiyası məlumat yayıb.Çin 2030-cu ilədək kosmonavtika sahəsində ən inkişaf etmiş ölkələr sırasına daxil olmağı qarşıya məqsəd qoyub. Bununla əlaqədar olaraq ölkənin kosmik sənayesinin inkişafı ilə bağlı xüsusi plan hazırlanıb.xeber100.com

Yanvar 5, 2017 12:03

Türkiyə Böyük Millət Məclisinin qərarına əsasən…

Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay müddətinə uzadılıb.Anadolu agentliyi xəbər verir ki, Türkiyə Böyük Millət Məclisi ölkədə fövqəladə vəziyyət rejiminin yanvarın 19-dan etibarən 3 ay müddətinə uzadılmasına dair qərar qəbul edib.Türkiyədə fövqəladə vəziyyət iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra üç ay müddətinə tətbiq edilib və oktyabrın 29-da daha üç ay uzadılıb.xeber100.com

Yanvar 4, 2017 4:20

TASS agentliyinin məlumatına görə…

Rumıniya Sosial-Demokrat Partiyasının lideri, liberallar və demokratlar alyansının rəhbəri Liviu Draqnya və ölkənin Baş naziri təyin edilmiş Sorin Qrindyanu keçirdikləri mətbuat konfransında hökumətin yeni tərkibini elan ediblər.TASS agentliyi xəbər verir ki, yeni ikipartiyalı kabinetdə xarici işlər naziri vəzifəsi Teodor Maleşkanuya həvalə edilib. O, artıq dörd dəfə bu vəzifədə çalışıb, həmçinin Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik edib.Əvvəllər Milli Müdafiə Nazirliyində silahlanma üzrə dövlət katibi işləmiş Qabriel Leş ölkənin milli müdafiə naziri vəzifəsini tutacaq. Ədliyyə naziri vəzifəsində isə Deputatlar Palatasının keçmiş spikeri Florin Yordake çalışacaq.xeber100.com

Yanvar 4, 2017 4:13

4,1 bal gücündə zəlzələ baş verib

Türkiyənin Antalya vilayətində 4,1 bal gücündə zəlzələ baş verib.Anadolu agentliyi xəbər verir ki, saat 03:08-də qeydə alınan yeraltı təkanın ocağı 44,36 kilometr dərinlikdə yerləşib.Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.xeber100.com

Yanvar 4, 2017 4:09

“Başlanğıc evləri ərazi fondu” layihəsi çərçivəsində…

Bu il İngiltərənin bəzi bölgələrində ilk dəfə ev almaq istəyənlərə dövlət yardımı göstəriləcək.“Başlanğıc evləri ərazi fondu” layihəsi çərçivəsində 23-40 yaş arasında olan və ilk dəfə ev almaq istəyən vətəndaşlara 20 faizə qədər güzəşt olunacaq. Maliyyə yardımı yalnız müəyyən miqdarda qiyməti olan evlərə şamil ediləcək.xeber100.com

Yanvar 4, 2017 4:05

Terrorizmə qarşı mübarizə xidməti fəaliyyətə başlayıb

Çexiyada Terrorizmə və Hibrid Təhdidlərə qarşı Mübarizə üzrə Mərkəz fəaliyyətə başlayıb. Yeni mərkəzin məqsədi həm üçüncü ölkələrin, həm də İŞİD terror təşkilatının hakerlərindən gələ biləcək internet şəbəkəsində terrorizm, təbliğat və dezinformasiya təhlükəsinə müqavimət göstərməkdir.xeber100.com

Yanvar 3, 2017 3:54
    Page 214 of 301« First«...102030...212213214215216...220230240...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az