10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə…

Dekabrın 28-də axşam saatlarında Tokionun şimalında yerləşən İbaraki prefekturasında güclü zəlzələ baş verib. Sunami xəbərdarlığı elan edilməyib.Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, zəlzələ prefekturanın şimal hissəsində yerli vaxtla saat 21:38-də baş verib.Yeraltı təkanların gücü 6,3 bal olub və episentri 11 kilometr dərinlikdə yerləşib.Takahaki şəhərində yapon yeddi ballıq seysmik cədvəlinə əsasən “6 minus” intensivliyində təkanlar qeydə alınıb. Yeraltı təkanlar paytaxt Tokio da daxil olmaqla, Yaponiyanın şərqində geniş ərazidə hiss olunub.xeber100.com

Dekabr 29, 2016 2:43

“Tu-154” təyyarəsinin qəzası ilə bağlı məlumat verilib

Rusiya Müdafiə Nazirliyindən “Tu-154” təyyarəsinin qəzası ilə bağlı təhqiqatın gedişi barədə məlumat verilib. Məlumatda deyilir ki, hava gəmisi kapitanının işlətdiyi bir ifadə göyərtədə “xüsusi vəziyyət” yaranmasından xəbər verir.Rusiyanın NTV telekanalının yaydığı xəbərə görə, RF Silahlı qüvvəlində aviasiya uçuşlarının təhlükəsizliyi xidmətinin rəisi Sergey Baynetov deyib: hər şey yetərincə qaydasında olub, amma komandirin səsləndirdiyi bir ifadənin təhlilindən belə görünür ki, təyyarədə “xüsusi vəziyyət” başlayıb və inkişaf edib. Cəmi 10 saniyə sürən radio danışığı hələlik bundan başqa heç nə demir.Baynetov, həmçinin qeyd edib ki, yığılan məlumatlar öyrənildikdən sonra qəza versiyalarının sayı 15-dən 7-dək azalıb. Bununla bərabər, əsas versiya barədə danışmaq hələ tezdir. Komissiya bu nəticəyə gəlib ki, təyyarənin göyərtəsində partlayış baş verməyib. Amma terror aktı hələlik versiyalar siyahısından silinməyib.xeber100.com

Dekabr 29, 2016 2:34

TASS informasiya agentliyinin məlumatı…

İraq bu ölkənin ərazisində fəaliyyət göstərən İŞİD terror qruplaşmasını üç ay ərzində darmadağın edəcək. Bu bəyanatı İraqın Baş naziri Heydər əl-Abadi səsləndirib.TASS informasiya agentliyinə istinadla xəbər verir ki, baş nazirin sözlərinə görə, İŞİDİ tam məhv etmək üçün İraqa üç ay vaxt lazımdır.Hazırda İraq ordusu ölkənin ikinci böyük şəhəri olan Mosulun qruplaşmadan azad edilməsi istiqamətində əməliyyatlar aparır. Bu şəhər iki ildən çoxdur ki, İŞİD yaraqlılarının nəzarətindədir və qruplaşmanın İraqdakı paytaxtı sayılır. Mosulda yerüstü hərbi kampaniya oktyabrın 17-də başlayıb. Əməliyyatlarda ordu ilə yanaşı, şiə könüllüləri, kürd döyüşçülərindən ibarət “Peşmərgə” dəstələri iştirak edirlər. Onları İraq Hərbi Hava Qüvvələri və beynəlxalq koalisiyanın aviasiyası dəstəkləyir.Bu ərəfədə İraq və Suriyada İŞİD-ə qarşı beynəlxalq əməliyyatların komandanı general-leytenant Stiven Taunsend bəyan etmişdi ki, qruplaşmanın bütünlüklə məhv edilməsi azı iki il çəkəcək.xeber100.com

Dekabr 28, 2016 2:31

5,6 bal gücündə zəlzələ baş verib

Rumıniyanın Vrança rayonunun Nereju bölgəsində 5,6 bal gücündə zəlzələ baş verib.“Agerpres” milli xəbər agentliyinin məlumatına əsasən, dekabrın 28-i gecə saat 01:20-də qeydə alınan zəlzələ paytaxt Buxarestdə və Moldova Respublikasında da hiss olunub.xeber100.com

Dekabr 28, 2016 2:27

Pakistan mətbuatının məlumatına əsasən…

Pakistanın Pəncab əyalətindəki Toba-Tek-Sinqx dairəsində yaşayan xristianlar Milad bayramını qeyd edərkən spirtli içkidən zəhərlənənlərin sayı 44 nəfərə çatıb. Pakistan mətbuatı yazır ki, zərər çəkənlərin sayı 100-ə yaxındır. Onların çoxu ağır vəziyyətdədir.Bu məsələ ilə bağlı yaradılan komissiya spirtli içkinin qanuni və ya qeyri-qanuni yolla əldə edilməsi ilə bağlı bir-birinə zidd informasiya əldə edib.xeber100.com

Dekabr 28, 2016 2:23

“Tu-154” təyyarələrinin uçuşları dayandırılıb

Rusiyanın güc strukturlarında istifadə olunan “Тu-154B-2” təyyarələrinin uçuşları Qara dəniz üzərində baş vermiş aviaqəzanın təhqiqatı başa çatanadək müvəqqəti dayandırılıb.Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, bu barədə qərar Müdafiə Nazirliyi tərəfindən çıxarılıb. Bir qədər əvvəl Rusiya nəqliyyat naziri Maksim Sokolovun verdiyi məlumata görə, həmin markadan olan laynerlər sərnişin daşımalarında istifadə edilmir. Müdafiə Nazirliyində isə onlar məhdud saydadır. Mülki aviasiyada istifadə edilən “Tu-154M” təyyarələri ilə bağlı məsələ isə gündəmdə deyil.Xatırladaq ki, “Tu-154” təyyarəsi bazar günü səhər Soçi yaxınlığında qəzaya uğrayıb. Onun göyərtəsindəki 92 nəfərin hamısı – hərbi qulluqçular, jurnalistlər, məşhur həkim Yelizaveta Qlinka (doktor Liza), həmçinin Rusiyanın Suriyadakı aviasiya qrupunu Yeni il münasibətilə təbrik etməyə gedən Aleksandrov adına hərbi ansamblın musiqiçiləri həlak olub. Təyyarənin qalıqları qəzadan bir neçə saat sonra Soçi rayonunda sahildən 1,5 kilometr aralıda, suyun 50-70 metr dərinliyində aşkarlanıb. İndiyədək 12 nəfərin cəsədi və həlak olanların 156 fraqmenti, habelə təyyarənin beş böyük parçası tapılıb.xeber100.com

Dekabr 27, 2016 1:09

“RİA Novosti”nin məlumatına görə…

Moskvanın qərbində oğurluqda şübhəli bilinən şəxs 3 polis əməkdaşını yaralayıb.“RİA Novosti”nin məlumatına görə, polis əməkdaşları naməlum şəxsi saxlamağa çalışan zaman xəsarət alıblar. Onlara müvafiq tibbi yardım göstərilib. Cinayətkar mənzillərin birində gizlənib. Onun yaxalanması istiqamətində zəruri tədbirlər görülür.xeber100.com

Dekabr 27, 2016 1:01

Birləşmiş Millətlər Təşkilatının hesabatına əsasən…

Yəməndə baş verən vətəndaş müharibəsi səbəbindən hər 100 nəfərdən 51-i əsas ərzaq məhsulları tapmaqda çətinlik çəkir.Anadolu agentliyi xəbər verir ki, bu məlumat Birləşmiş Millətlər Təşkilatının hesabatında əks olunub. Hesabatda 2016-cı il ərzində ölkənin bütün rayonlarında vətəndaş müharibəsindən zərər çəkən 5 milyondan artıq insana humanitar yardım çatdırıldığı, sentyabr və oktyabr aylarında isə 3 milyon 800 min nəfərə təcili tibbi yardım göstərildiyi qeyd olunub.Hesabatda, həmçinin vətəndaş müharibəsinin başladığı vaxtdan noyabrın 18-nə qədər 7 min 272 nəfərin öldüyü, 38 min 279 nəfərin yaralandığı bildirilib.xeber100.com

Dekabr 27, 2016 12:28

AFP agentliyinin məlumatına görə…

Uqandanın Albert gölündə baş verən gəmi qəzasında 30-a yaxın insan həlak olub. Bu barədə bazar ertəsi günü AFP agentliyi məlumat yayıb.Məlumata əsasən, hadisə bazar günü baş verib. Batan gəmidə yerli futbol komandasının üzvləri və azarkeşləri olub.Yerli polis idarəsinin nümayəndəsinin məlumatına görə, qayıqdakılar şənliyin gedişində göyərtənin bir tərəfinə yığışıblar. Nəticədə bərk yırğalanmağa başlayan qayıq çevrilib və 30-a yaxın insan göldə boğularaq ölüb.xeber100.com

Dekabr 27, 2016 12:19

TASS informasiya agentliyinin məlumatı…

Axtarış-xilasetmə xidmətləri Rusiya Müdafiə Nazirliyinin “Tu-154” təyyarəsinin Qara dəniz akvatoriyasında su səthinə dəydiyi təxmini yeri müəyyənləşdiriblər.TASS informasiya agentliyinə istinadla xəbər verir ki, operativ qərargahdakı mənbənin məlumatına görə, toqquşmanın güman olunan yeri müəyyənləşib və füzelyajın böyük parçaları orada ola bilər. Bu yer Qara dəniz akvatoriyasında uçuş zolağından altı kilometr məsafədə yerləşir və xeyli dərindir. Axtarış-xilasetmə əməliyyatlarına 30-dan çox gəmi və kater, 3,5 min nəfər cəlb olunub. Axtarış zonası kvadratlara bölünüb, həm akvatoriya, həm də sahil xətti nəzərdən keçirilir.Xatırladaq ki, “Tu-134” təyyarəsi bazar günü səhər Adler aeroportunda yanacaq doldurub havaya qalxdıqdan dərhal sonra qəzaya uğrayıb. Onun göyərtəsində 92 nəfər – hərbi qulluqçular, jurnalistlər, məşhur həkim Yelizaveta Qlinka (doktor Liza), həmçinin Rusiyanın Suriyadakı aviasiya qrupunu Yeni il münasibətilə təbrik etməyə gedən Aleksandrov adına hərbi ansamblın musiqiçiləri olub.Təyyarənin qalıqları qəzadan bir neçə saat sonra Soçi rayonunda sahildən 1,5 kilometr aralıda, suyun 50-70 metr dərinliyində aşkarlanıb. İndiyədək 11 nəfərin cəsədi tapılıb.xeber100.com

Dekabr 26, 2016 1:54
    Page 216 of 301« First«...102030...214215216217218...230240250...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az