10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“Mobility Report”un hesabatına əsasən…

İsveçin “Ericsson” telekommunikasiya avadanlığı istehsalçısı tərəfindən tərtib edilmiş “Mobility Report”un hesabatına əsasən, 2022-ci ilədək dünyada beşinci nəsil (“5G”) şəbəkələrinə qoşulmuş təxminən 550 milyon qurğu qeydə alınacaq.Şirkətin analitiklərinin proqnozuna görə, Şimali Amerika “5G” şəbəkələrinin yayılma tempinə görə lider olacaq: 2022-ci ilə bu regionda mobil rabitə abunəçilərinin 20 faizi yeni yüksəksürətli texnologiyadan istifadə edəcək. Müqayisə üçün, Asiya-Sakit okean regionunda bu göstərici 10 faiz təşkil edəcək.xeber100.com

Dekabr 21, 2016 2:41

ABŞ-da prezident seçkilərinin ikinci mərhələsi keçirilib

Dekabrın 19-da ABŞ-da prezident seçkilərinin ikinci mərhələsi keçirilib. Bu mərhələdə Seçkiçilər Kollegiyasının nümayəndələri birbaşa seçkilərdə səs vermiş seçicilərin səslərini “təsdiqləyirlər”.Beləliklə, yeni seçilmiş Prezident Tramp 538 seçici səsindən 304-nü toplayaraq ABŞ-ın 45-ci prezidenti olacaq (qalib gəlmək üçün 270 seçici səsi toplamaq zəruridir). Bəzi ictimai qruplar seçkiçiləri Trampın əleyhinə səs verməyə vadar etmək üçün kampaniyalar başlayıblar, lakin bu kampaniyalar uğursuz olub.xeber100.com

Dekabr 20, 2016 1:12

France Press agentliyinin məlumatı…

Almaniyanın Daxili İşlər Nazirliyi Berlinin mərkəzindəki Yeni il yarmarkasında baş vermiş faciənin terror aktı olduğunu etiraf edib.Bu barədə France Press agentliyi məlumat yayıb. Bazar ertəsi günü axşam naməlum şəxs yük avtomobilini yarmarkaya toplaşmış insanların üstünə sürüb. Azı 12 nəfər həlak olub, 48 nəfər yaralanıb.Hadisədə şübhəli bilinən şəxs tutulub. Onun 23 yaşlı pakistanlı qaçqın olduğu bildirilir.xeber100.com

Dekabr 20, 2016 1:09

100 sərnişin təyyarəsinin satışına dair müqavilə imzalanıb

İran Hava Yolları (“İran Air”) ilə Fransanın təyyarə istehsalçısı “Airbus” şirkətinin rəsmiləri arasında 100 sərnişin təyyarəsinin satışına dair yekun müqavilə imzalanıb. “IRNA” xəbər verir ki, İran Hava Yollarının baş direktoru Fərhad Pervereş müqavilənin Tehranda “Airbus” şirkətinin rəsmiləri ilə imzalandığını və “Airbus”dan 100 təyyarə alınmasına dair yekun razılığa gəlindiyini bildirib. Müqaviləyə əsasən, gələn il 7-8 təyyarə İran Hava Yollarına veriləcək.O, müqavilənin təqribən 10 milyard dollar dəyərində olduğunu qeyd edib: “Əvvəlki razılaşma 118 təyyarəni əhatə edirdi, lakin “A380” tipli təyyarələri almaqdan imtina etdik və buna görə də, laynerlərin sayı 100-ə düşdü”.xeber100.com

Dekabr 19, 2016 3:29

Vergi tutulması haqqında qanun layihəsi çap edilib

Avstraliya hökuməti köçürülmüş gəlirlərdən vergi tutulması haqqında qanun layihəsini çap edib.Azərtac “vergilər.az” saytına istinadla bildirir ki, qəbul ediləcəyi təqdirdə bu qanun şirkətlərin Avstraliyadan transmilli korporasiyalara “süni şəkildə köçürülmüş” gəlirlərə 40 faiz həcmində cərimə qoyulmasını rəsmiləşdirəcək.Bu qanun illik gəliri 1 milyard Avstraliya dollarından (1,3 milyard manatdan) artıq olan və öz gəlirlərini ofşorlara göndərən şirkətləri əhatə edəcək. Qanunda həmin şirkətləri cavabdehliyə çağıran əlavə tələblərin də siyahısının verilməsi nəzərdə tutulur.Şirkət siyahıda göstərilən xarakteristikaya uyğun gəldikdə, vergi xidməti ona ödənilməmiş verginin təxmin edilən məbləği ilə bağlı sənəd göndərəcək.Ödəniş üçün 21 gün vaxt veriləcək, şirkətlər isə öz gəlirləri barədə izahat vermək üçün vergi xidmətinə əlavə məlumat təqdim edə biləcəklər.xeber100.com

Dekabr 19, 2016 3:25

II Yelizavetanın hakimiyyəti başa çatdıqdan sonra…

Avstraliyanın Baş naziri Malkolm Ternbull ölkənin respublika elan edilməsi təklifinə tərəfdar olduğunu bildirib. Lakin o qeyd edib ki, bu, Böyük Britaniyanın kraliçası II Yelizavetanın hakimiyyəti başa çatdıqdan sonra mümkündür.Bu barədə dekabrın 18-də “The Sydney Morning Herald” nəşri məlumat yayıb.Hazırda Avstraliya özündə 16 dövləti birləşdirən və kraliça II Yelizavetanın dövlət başçısı kimi çıxış etdiyi Millətlər Birliyinin (Krallığın) tərkib hissəsidir. Ölkədə idarəetmə forması parlamentli monarxiyadır.Nəşr M.Ternbullun sözlərini sitat gətirir: “Fəxrlə deyə bilərəm ki, mən avstraliyalıyam. Bizim dövlət başçımız da bu sözləri deməyə qadir olan bir şəxs olmalıdır”.

Dekabr 18, 2016 2:46

“The Korea Herald”ın məlumatına görə…

“Samsung Pay” xidməti yaxın zamanlarda şirkətin istehsal etdiyi bütün smartfonlarda mövcud olacaq.Bu barədə “The Korea Herald” nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Məlumata əsasən, hazırda xidmətin sınaqları başa çatıb və yaxın zamanlarda geniş auditoriya üçün əlçatan olacaq.Qeyd edək ki, hazırda ödəniş xidmətindən yalnız müəyyən smartfon modellərinin istifadəçiləri yararlana bilər.xeber100.com

Dekabr 18, 2016 2:02

6,0 bal gücündə zəlzələ baş verib

Solomon adaları sahillərində 6,0 bal gücündə zəlzələ baş verib."RİA Novosti” xəbər verir ki, yeraltı təkanın episentri Kirakira yaşayış sahəsindən 83 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 39 kilometr dərinlikdə yerləşib.Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.xeber100.com

Dekabr 18, 2016 1:52

Yunan parlamentinin qəbul etdiyi qanun layihəsinə görə…

Minlərlə yunan təqaüdçü Afina küçələrində etiraz edirlər. Etirazçılar hökumətin Milad bayramından öncə onlara verməyə planlaşdırdığı vəsaitin az olduğunu və pensiyalarını azaltmağa davam etdiklərini bəyan edirlər. Yunan parlamenti dekabrın 15-də Milad bayramından öncə 1,6 milyon təqaüdçüyə 617 milyon avro məbləğində vəsaitin verilməsini nəzərdə tutan qanun layihəsini qəbul ediblər. Parlamentin qərarı beynəlxalq kreditorlar tərəfindən mənfi qarşılanıb.xeber100.com

Dekabr 17, 2016 5:38

İqtisadi layihələr üzrə protokollar imzalanıb

Rusiya Prezidenti Vladimir Putinin Yaponiyaya ikigünlük səfərinin nəticələri olaraq Yaponiya və Rusiya arasında iqtisadi layihələr üzrə protokollar imzalanıb. Bu layihələr Baş nazir Şinzo Abenin cari ilin mayında təklif etdiyi səkkiz bənddən ibarət əməkdaşlıq planına əsaslanır.Ölkələrin hökumətləri arasında sənədlər iki liderin dekabrın 16-da Tokioda keçirilən sammitindən sonra imzalanıb.Yaponiyanın Sənaye və Elm Nazirliyi “Rosatom”la atom enerjisinin sülh məqsədilə istifadəsi sahəsində əməkdaşlıq edəcək. Həmin protokolda qəzalı “Fukusima-1” AES-in sökülməsi və nüvə millərinin çıxarılması məqsədilə atom sahəsinin mütəxəssisləri arasında informasiya mübadiləsinin aparılması nəzərdə tutulur.xeber100.com

Dekabr 17, 2016 5:31
    Page 218 of 301« First«...102030...216217218219220...230240250...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az