10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Kyodo agentliyinin yaydığı məlumata əsasən…

ABŞ və Yaponiyanın müdafiə nazirlikləri arasında Okinava prefekturasındakı hərbi baza ilə əlaqədar razılıq əldə olunub. Kyodo agentliyinin yaydığı məlumata əsasən, bu barədə Pentaqonun rəhbəri Eşton Karter məlumat verib.E.Karterin bununla bağlı bəyanatında deyilir: “Yaponiyanın sabiq müdafiə naziri Qen Nakatani ilə iyunda əldə etdiyimiz razılaşmaya uyğun olaraq, hər iki ölkənin nümayəndələri Yaponiyada ABŞ silahlı qüvvələrinin mülki və hərbi xidmətçilərinin sayı barədə ümumi razılığa gələ biliblər. Bu, məni sevindirir”.xeber100.ccom

Dekabr 26, 2016 1:43

Neft yataqları bloku icarəyə veriləcək

ABŞ hökumətinin tabeliyində olan Okean Enerji İdarəçiliyi Bürosu (BOEM) 2017-ci ilin martında keçiriləcək hərracda Meksika Körfəzindəki 48 milyon hektarlıq neft yataqları blokunu icarəyə verəcək.Azərtac xəbər verir ki, həmin bölgənin icarəyə verilməsi ABŞ Prezidenti Barak Obamanın 2012-2017-ci illəri əhatə edən 5 illik planı üzrə həyata keçiriləcək.“Körfəz 12” adlandırılan neft yatağı 9-11,115 fut arasında dəyişən dərinliyə malikdir. Yataq Luiziana, Missisipi və Alabamaya 3-230 mil arasında uzaqlıqda, 48 milyon hektar ərazini əhatə edir.Yataq üzrə hərrac 2017-ci il martın 22-də BOEM-in saytında onlayn qaydada keçiriləcək.xeber100.com

Dekabr 26, 2016 1:35

Rusiya Müdafiə Nazirliyinin məlumatı…

Rusiya Müdafiə Nazirliyinin qəzaya uğrayaraq Qara dənizə düşən “Tu-154” təyyarəsinin göyərtəsində 93 sərnişin olub. Müdafiə Nazirliyi təyyarədə olan sərnişinlərin adlarını öz saytında yerləşdirib.Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən Qara dənizdə qəzaya uğrayan “Tu-154” təyyarəsinin göyərtəsində 84 sərnişin və 8 ekipaj üzvü olub. Həlak olanlardan birinin cəsədi tapılıb.Qəzanın səbəbləri araşdırılır.xeber100.com

Dekabr 25, 2016 1:56

TASS informasiya agentliyinin məlumatına görə…

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp BMT Təhlükəsizlik Şurasının İsrailə dair qətnaməsini şərh edib.TASS informasiya agentliyi xəbər verir ki, Donald Trampın fikrincə, BMT Təhlükəsizlik Şurasının İsraildən işğal olunmuş ərazilərdə məskunlaşdırma fəaliyyətini dərhal dayandırmağı tələb edən qətnaməsi yəhudi dövləti ilə Fələstin arasında sülh danışıqları prosesini mürəkkəbləşdirəcək.“İsrailin BMT-də dünənki böyük məğlubiyyəti sülh barədə danışıqları xeyli mürəkkəbləşdirəcək” - Tramp şənbə günü Twitter səhifəsində belə yazıb. “Çox pisdir, amma biz hər halda buna nail olacağıq”, - deyə o əlavə edib.xeber100.com

Dekabr 25, 2016 1:32

Britaniya hökuməti 440 milyon funtsterlinq vəsait ayırıb

Britaniya hökuməti super sürətli internet üçün 440 milyon funtsterlinq vəsait ayırıb.Layihəyə əsasən Birləşmiş Krallığın ən ucqar nöqtələri belə internet imkanlarından faydalana biləcək. 2017-ci ildə 95 faiz evlər internet ilə təmin ediləcək və 2020-ci ildə artıq Birləşmiş Krallığın 97 faiz əhalisi rabitə imkanlarına malik olacaq. Layihəyə əsasən internet sürətinin 100mb/s qədər yüksəldilməsi planlaşdırılıb.xeber100.com

Dekabr 23, 2016 2:53

“Malaysia Airlines”ın məlumatına görə…

“Malaysia Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi dekabrın 22-də qapılardan birində yaranan texniki nasazlığa görə London aeroportuna qəzalı eniş edib. Bu barədə şirkətin yaydığı məlumatda bildirilir.Hadisə Böyük Britaniyanın paytaxtından Kuala Lumpura uçan “Airbus A380” təyyarəsi Almaniyaya məxsus hava məkanında olarkən baş verib. Şirkətdən bildirilir ki, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün kapitan təyyarənin geriyə dönməsi və qəzalı eniş etməsi barədə qərar qəbul edib.xeber100.com

Dekabr 22, 2016 3:27

TASS informasiya agentliyinin məlumatı…

Rusiyanın İrkutsk şəhərində tərkibində spirt olan "Boyarişnik" lasyonundan zəhərlənərək ölənlərin sayı 71 nəfərə, zərərçəkənlərin sayı isə 117 nəfərə çatıb.Bu barədə TASS-ın müxbirinə Rusiya Səhiyyə Nazirliyinin regional nümayəndəliyindən bildirilib. Məlumatda bildirilir ki, zərərçəkənlərin biri gecə ərzində xəstəxanada dünyasını dəyişib. Hazırda tibb müəssisələrində 37 nəfər müalicə alır.İrkutskda tərkibində spirt olan məhsulların satışı qadağan edilib. Qadağa ticarət nöqtələrində yoxlamalar başa çatanadək qüvvədə olacaq.Faktla bağlı araşdırma aparılır. Kütləvi zəhərlənmə ilə əlaqədar şübhəli bilinən 12 nəfər saxlanılıb.xeber100.com

Dekabr 22, 2016 3:23

Hökumət 2017-ci il dövlət büdcəsinin layihəsini bəyənib

Yaponiya hökuməti 2017-ci maliyyə ili (2017-ci ilin martından 2018-ci ilin aprelinədək) üçün dövlət büdcəsinin layihəsini bəyənib. Onun ümumi həcmi bu dəfə rekord həcmdə - 97,45 trilyon yen (831 milyard dollar) məbləğində müəyyən edilib.Büdcə layihəsində əsas məxaric bəndi kimi sosial təminat sahəsi göstərilir və bu istiqamətdə 32,47 trilyon yen (278,36 milyard dollar) vəsaitin yönəldilməsi planlaşdırılır ki, bu da əvvəlki illə müqayisədə 1,6 faiz çoxdur.Hökumət müdafiə xərcləri üçün də böyük məbləğdə vəsaitin ayrılmasını nəzərdə tutur. Bu vəsait əsasən dəniz piyadaları qüvvələrinin formalaşdırılmasına sərf olunacaq. Hərbi xərclər artıq beşinci ildir ki, artırılır. Layihəyə əsasən, gələn il müdafiə xərclərinin 1,4 faiz artırılaraq, 5,13 trilyon yenə (44 milyard dollar) çatdırılması planlaşdırılır.xeber100.com

Dekabr 22, 2016 3:20

Rusiya Dövlət Dumasının saytı yazır…

“Türk axını” (Turkish Stream) qaz boru kəməri həyata keçirilməsi üçün 7 milyard avro investisiya qoyulacaq.Rusiya Dövlət Dumasının saytına istinadla xəbər verir ki, iki boru kəmərindən ibarət “Türk axını” layihəsinin reallaşdırılması üçün lazım olan investisiya daha əvvəl “Cənub axını” layihəsi çərçivəsində həyata keçirilən xərclər də daxil olmaqla təxminən 7 milyard avro olacaq. Boru kəmərinin sualtı hissəsinin dizaynı, tikintisi və işlənməsi Rusiya tərəfindən həyata keçiriləcək. İlk boru kəmərinin quru hissəsinin inşasını Türkiyə tərəfi icra edəcək. Qaz tranziti üçün olan quru hissəsi üzrə işləri isə tərəflər yarı-yarıya həyata keçirəcək.xeber100.com

Dekabr 22, 2016 3:16

III Yalta beynəlxalq iqtisadi forumu keçiriləcək

2017-ci il aprelin 20-22-də III Yalta beynəlxalq iqtisadi forumu keçiriləcək."lenta.ru” xəbər verir ki, forumda iştirakçılar kosmik texnologiyalar və süni intellekt, mədəni irs kimi bir sıra məsələləri müzakirə edəcəklər. Mədəni irsin qorunub saxlanması ilk dəfə müzakirələr proqramına daxil olacaq.Tədbir üç tematik bloka bölünəcək: “Dünya”, “Ölkə”, “İnsan”. Birinci blok beynəlxalq biznes baxımından Rusiyada iqtisadi vəziyyətin müzakirəsinə həsr olunacaq. Tədbirdə xüsusilə, Rusiyanın dünya iqtisadiyyatında yeri, biznes-tərəfdaş kimi qarşılıqlı təcrübə, xarici investorlar üçün imkanlar məsələlərini nəzərdən keçirmək planlaşdırılır.Forumda dünyanın 30-dan çox ölkəsindən nümayəndələrin iştirakı gözlənilir.xeber100.com

Dekabr 22, 2016 3:13
    Page 217 of 301« First«...102030...215216217218219...230240250...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az