21 İyun 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“Dagens Nyheter” qəzeti yazır…

İsveç Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayır. Xarici işlər naziri Marqot Valström “Dagens Nyheter” qəzetinə müsahibəsində Təhlükəsizlik Şurasına sədrlik dövründə İsveçin əsas diqqət yönəldəcəyi üç sahəni qeyd edib. O deyib ki, İsveç BMT-nin yeni baş katibi Antonio Quterreş və Təhlükəsizlik Şurası arasında daha konstruktiv əlaqələrin qurulmasını istəyir. Həmçinin rəsmi Stokholm münaqişələrin qarşısının alınmasında, sülh quruculuğunda BMT-nin fəaliyyətinin yaxşılaşdırılmasına səylər göstərəcək. Nazir sülhyaratma prosesində qadınların fəal iştirakını da dünyada təhlükəsizliyi təmin etmək üçün strateji yol kimi qeyd edib.xeber100.com

Yanvar 3, 2017 3:37

2020-ci ildə keçiriləcək oyunlara 3 il qalmasına baxmayaraq,..

Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya oyunlarına 3 il qalmasına baxmayaraq, hələ də yarışların təşkilatçıları lazım olan məsrəfləri öz aralarında bölüşə bilmirlər.İlk mərhələdə oyunların təşkilat komitəsi məsrəfləri öz üzərinə götürməyi planlaşdırsa da, sonradan bu xərclərin təqribən 950 milyard yeninin (8 milyard 100 milyon dollar) mərkəzi hökumət, Tokio və digər yerli hökumət strukturları tərəfindən ödənilməsini istəyir.Tokionun qubernatoru Yuriko Koike bəyan edib ki, paytaxt rəhbərliyi məsrəflərin bir hissəsini öz üzərinə götürməyə hazırdır, lakin buna mərkəzi hökumət də yardım etməlidir.xeber100.com

Yanvar 2, 2017 2:18

Yaponiya hökuməti terror aktını pisləyib

Yaponiya hökuməti İstanbulda gecə klubunda onlarla insanın ölümünə səbəb olmuş terror aktını kəskin pisləyib.Xarici İşlər Nazirliyinin həmin faciə ilə əlaqədar yaydığı bəyanatda bildirilir ki, Yaponiya hökuməti yanvarın 1-də gecə klubunda naməlum şəxsin açdığı atəş nəticəsində həlak olanların ailələrinə başsağlığı verir, yaralananlara isə şəfa diləyir.xeber100.com

Yanvar 2, 2017 2:09

Anadolu Agentliyinin məlumatına əsasən…

Türkiyənin və Rusiyanın Suriyada münaqişəyə son qoymaq və siyasi dialoqlara hazırlıqlarla bağlı səylərini dəstəkləyən qərar BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilib.Anadolu Agentliyi xəbər verir ki, qərar səs çoxluğu ilə dəstəklənib.xeber100.com

Yanvar 1, 2017 2:25

İstanbulda baş verən terror aktı ilə əlaqədar…

Yanvarın 1-də İstanbulda baş verən terror aktı ilə əlaqədar Türkiyənin Baş naziri Binəli Yıldırımın sədrliyi ilə iclas keçirilib.Anadolu Agentliyi xəbər verir ki, təxminən 1,5 saat davam edən iclasda Baş nazirin müavini Numan Kurtulmuş, daxili işlər naziri Süleyman Soylu, səhiyyə naziri Rəcəb Akdağ, İstanbul Valisi Vasip Şahin və İstanbul Polis İdarəsinin rəisi Mustafa Çalışkan iştirak ediblər.xeber100.com

Yanvar 1, 2017 2:17

5,5 bal gücündə zəlzələ baş verib

Yaponiyanın şərqində 5,5 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.Yeraltı təkanlar dekabrın 30-da, yerli vaxtla saat 20:08-də Fukuşima prefekturasının Namie yaşayış məntəqəsində qeydə alınıb. Zəlzələnin ocağı 11,9 kilometr dərinlikdə yerləşib.xeber100.com

Dekabr 31, 2016 6:52

Bloomberq agentliyinin məlumatına görə…

BMT-nin Baş katibi Pan Gi Mun vəzifə səlahiyyətlərinin başa çatması ilə əlaqədar Nyu Yorkdakı Baş Assambleyada əməkdaşlarla görüşərək təşkilatdan ayrılıb.Bloomberq agentliyi xəbər verir ki, 10 ildir BMT-nin Baş katibi olmağından qürur duyduğunu vurğulayan Pan Gi Mun Times Meydanında Yeni il şənliklərinə qatılacaq.BMT-nin doqquzuncu baş katibi seçilən portuqaliyalı Antonio Quttereş isə yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq.xeber100.com

Dekabr 31, 2016 6:48

BP şirkəti 20 illik müqavilə imzalayıb

Enerji nəhəngi BP şirkəti Taylandın “PTT” şirkəti ilə mayeləşdirilmiş təbii qazın (liquefied natural gas-LNG) 20 il ərzində alqı-satqısı üzrə müqavilə imzalayıb.Azərtac şirkətə istinadla xəbər verir ki, BP 2017-ci ildən başlayaraq “PTT”ni ildə 1 milyon ton LNG ilə təmin edəcək.Sazişin kommersiya şərtləri açıqlanmayıb.xeber100.com

Dekabr 31, 2016 6:40

Danimarkanın ən böyük təbii qaz yatağının bağlanacağı açıqlanıb

“Maersk Oil” tərəfindən işlədilən Danimarkanın ən böyük təbii qaz yatağının bağlanacağı açıqlanıb.Azərtac xəbər verir ki, “Tyra” yatağında qalan ehtiyatların tam olaraq istifadə edilməsi üçün iqtisadi baxımdan tətbiq olunan bir həll hələ ki, müəyyən edilməyib və yataqdan hasilatın 2018-ci il oktyabrın 1-dən dayandırılması qərara alınıb.“Tyra” 1984-cü ildən bəri Danimarkanın Şimal dənizində yerləşən təbii qaz hasilatı və emalı mərkəzidir. “Maersk Oil” son 15 ildir “Tyra”da fəaliyyət göstərən neft qurğusunun qoyulan investisiyalara baxmayaraq, yer altındakı əhəng qatının dağılması və fırtınalar ilə əlaqədar heç vaxt tam gücü ilə işləmədiyini bildirib. İstehsalın dayandırılması barədə qərarda təbii amillərin mühüm payı olduğunu vurğulayıb.Danimarkanın qaz hasilatının 90 faizdən çoxu “Tyra”da qurğuları vasitəsilə işlənilir. “Tyra”da “A.PL Moller – Maersk” 31,2 faiz, “Shell” 36,8 faiz, “Nordsøfonden” 20 faiz və “Chevron” 12 faiz iştirak payına malikdirlər. Yataq birgə ortaqlıq olan “DUC” adına “Maersk Oil” tərəfindən işlədilir.xeber100.com

Dekabr 31, 2016 6:09

Finlandiya hökuməti əmlakla bağlı verginin artırılmasını təklif edib

Finlandiya hökuməti gələn ilin büdcəsi üçün bələdiyyə mülkiyyətində olan əmlakla bağlı verginin artırılmasını təklif edib. “vergiler.az” saytı bildirir ki, hazırda daimi yaşayış üçün istifadə edilməyən əmlak və torpaq üçün vergi tutulan əmlakın dəyərinin 0,1-1,55 faizi həcmində müxtəlif dərəcələrlə vergi tutulur. Bu verginin dərəcəsi gələn il 0,93-1,8 faiz səviyyəsinə qaldırıla bilər.Bundan əlavə, gələn il ərzində daimi yaşayış olan əmlak üçün də verginin dərəcəsi 0,37-0,8 faizdən 0,41-0,9 faizə qədər artırılması nəzərdə tutulur.Tikinti üçün ayrılmış torpaq sahələri üçün də vergi 1-4 faizdən 2-6 faizə qədər artırılacaq.xeber100.com

Dekabr 30, 2016 2:02
    Page 215 of 301« First«...102030...213214215216217...220230240...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az