05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“The Korea Herald”ın məlumatına görə…

“Samsung Pay” xidməti yaxın zamanlarda şirkətin istehsal etdiyi bütün smartfonlarda mövcud olacaq.Bu barədə “The Korea Herald” nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Məlumata əsasən, hazırda xidmətin sınaqları başa çatıb və yaxın zamanlarda geniş auditoriya üçün əlçatan olacaq.Qeyd edək ki, hazırda ödəniş xidmətindən yalnız müəyyən smartfon modellərinin istifadəçiləri yararlana bilər.xeber100.com

Dekabr 18, 2016 2:02

6,0 bal gücündə zəlzələ baş verib

Solomon adaları sahillərində 6,0 bal gücündə zəlzələ baş verib."RİA Novosti” xəbər verir ki, yeraltı təkanın episentri Kirakira yaşayış sahəsindən 83 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 39 kilometr dərinlikdə yerləşib.Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.xeber100.com

Dekabr 18, 2016 1:52

Yunan parlamentinin qəbul etdiyi qanun layihəsinə görə…

Minlərlə yunan təqaüdçü Afina küçələrində etiraz edirlər. Etirazçılar hökumətin Milad bayramından öncə onlara verməyə planlaşdırdığı vəsaitin az olduğunu və pensiyalarını azaltmağa davam etdiklərini bəyan edirlər. Yunan parlamenti dekabrın 15-də Milad bayramından öncə 1,6 milyon təqaüdçüyə 617 milyon avro məbləğində vəsaitin verilməsini nəzərdə tutan qanun layihəsini qəbul ediblər. Parlamentin qərarı beynəlxalq kreditorlar tərəfindən mənfi qarşılanıb.xeber100.com

Dekabr 17, 2016 5:38

İqtisadi layihələr üzrə protokollar imzalanıb

Rusiya Prezidenti Vladimir Putinin Yaponiyaya ikigünlük səfərinin nəticələri olaraq Yaponiya və Rusiya arasında iqtisadi layihələr üzrə protokollar imzalanıb. Bu layihələr Baş nazir Şinzo Abenin cari ilin mayında təklif etdiyi səkkiz bənddən ibarət əməkdaşlıq planına əsaslanır.Ölkələrin hökumətləri arasında sənədlər iki liderin dekabrın 16-da Tokioda keçirilən sammitindən sonra imzalanıb.Yaponiyanın Sənaye və Elm Nazirliyi “Rosatom”la atom enerjisinin sülh məqsədilə istifadəsi sahəsində əməkdaşlıq edəcək. Həmin protokolda qəzalı “Fukusima-1” AES-in sökülməsi və nüvə millərinin çıxarılması məqsədilə atom sahəsinin mütəxəssisləri arasında informasiya mübadiləsinin aparılması nəzərdə tutulur.xeber100.com

Dekabr 17, 2016 5:31

“PWC” konsaltinq şirkətinin hesabatına əsasən…

“PWC” konsaltinq şirkətinin “City of London” korporasiyasının sifarişi ilə hazırladığı hesabata əsasən, keçən il Böyük Britaniyada maliyyə xidməti sektoru 71,4 milyard funt sterlinq məbləğində vergi ödəyib.Azərtac “vergilər.az” saytına istinadla bildirir ki, ölkədə maliyyə xidmətləri göstərən şirkətlərdən vergi daxilolmaları əvvəlki illə müqayisədə 7,4 faiz artıq olub. Bu rəqəm son doqquz ilin ən yüksək göstəricisidir.Maliyyə firmalarının payı ölkə büdcəsinə vergi daxilolmalarının ümumi məbləğində 11,5 faiz təşkil edir. Keçən il bu şirkətlərin ödədikləri təkcə korporativ verginin məbləği 8,4 milyard funt sterlinq təşkil edib.xeber100.com

Dekabr 17, 2016 5:27

“TrendForce” analitiklərinin fikrincə,

“TrendForce” analitiklərinin fikrincə, virtual reallıq qurğuları (“Virtual Reality”, “VR”) Yeni ilədək populyar hədiyyələrdən biri olacaq. Bunu nəzərə aldıqda 2016-cı ildə “VR” qurğuların qlobal tədarük həcmi 2,9 milyona yaxınlaşa bilər. 2017-ci ildə bu göstəricinin 75 faiz artaraq 5,1 milyon təşkil edəcəyi proqnozlaşdırılır. “Sony” şirkəti bu bazarın lideri olacaq, “Oculus” ikinci yerdə qərarlaşacaq, “HTC” şirkəti isə üçüncü olacaq.Hesabatda, həmçinin istehsalçıların hər biri üzrə statistika verilib. Belə ki, cari ildə “Sony” şirkəti 1,5 milyon “PlayStation VR” qurğusu tədarük edəcək.“dailycomm.ru” saytı xəbər verir ki, “AMOLED panellərin azlığına və aşağı istehsal həcminə baxmayaraq, 2016-cı ildə “Sony” şirkətində ən yüksək tədarük həcmi qeydə alınıb” – “TrendForce” şirkətinin analitiki Ceyson Tsay bildirib.2016-cı ildə “Oculus Rift” virtual reallıq qurğusunun tədarük həcmi 650 min, “HTC Vive” isə 460 min səviyyəsində qiymətləndirilir.“Canalys” şirkətinin analitikləri cari ildə, həmçinin 2 milyondan çox virtual reallıq qurğusunun tədarükünü proqnozlaşdırır. Gələn il bu göstərici 6 milyon, 2018-ci ildə 10 milyon və 2020-ci ildə isə 20 milyon səviyyəsində gözlənilir.

Dekabr 16, 2016 2:05

Çində qırmızı xəbərdarlıq elan olunub

Çinin şimal hissəsində havanın çirklənməsi ilə əlaqədar olaraq Pekin, qonşu Tiencin və digər 21 şəhərdə ən yuxarı səviyyədə olan qırmızı xəbərdarlıq elan edilib.Paytaxtda dekabrın 21-dək davam edəcək xəbərdarlıq ilə bağlı uşaq bağçaları və orta məktəblərin tətilə çıxması tövsiyə olunub. Bundan başqa, inşaat sahələrində və bəzi sənaye müəssisələrində iş dayandırılıb. Şəhərdə avtomobillərin hərəkətinə dövlət qeydiyyat nişanlarının son rəqəmlərinin tək və cüt olmasına əsaslanan məhdudiyyət qoyulub. Pekin hökuməti paytaxt sakinlərinə vacib olmadığı təqdirdə küçəyə çıxmamağı və otaqların pəncərələrini bağlı saxlamağı tövsiyə edib.xeber100.com

Dekabr 16, 2016 1:52

Birləşmiş Ştatların qanunlarına görə…

ABŞ İrana qarşı sanksiyalar haqqında qanunu daha 10 il uzadıb. Associated Press agentliyinin yaydığı məlumata görə, sənəd dekabrın 15-də gecəyarısı qüvvəyə minib.Birləşmiş Ştatların qanunlarına görə, bu müddətədək Prezident Barak Obama ABŞ Konqresinin İran əleyhinə sanksiyaların uzadılmasına dair qəbul etdiyi qanun layihəsini ya imzalamalı, ya da rədd etməli idi. Lakin Prezident bunların heç birini etməyib. Buna görə də sənəd avtomatik olaraq qanun qüvvəsinə minib.Xatırladaq ki, 2015-ci ilin iyulunda Vyanada İranın nüvə proqramı üzrə birgə fəaliyyət planı razılaşdırılmışdı. Bu il yanvarın 16-da BMT, ABŞ və Avropa İttifaqı İrana onun nüvə proqramı ilə bağlı tətbiq olunmuş iqtisadi və maliyyə sanksiyalarını ləğv etmişdilər. Bununla yanaşı, ABŞ prezidentinin İran İslam Respublikasına qarşı sanksiyalar haqqında fərmanları hələlik tam ləğv olunmayıb, yalnız dayandırılıb.xeber100.com

Dekabr 15, 2016 2:09

Suriya münaqişəsi Moskvada müzakirə ediləcək

Türkiyə, Rusiya və İran 5 ildən çoxdur davam edən Suriya münaqişəsinin həlli yollarını müzakirə etmək üçün dekabrın 27-də Moskvada bir araya gələcəklər.“lefigaro.fr” saytı xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TGRT Haber” telekanalına müsahibəsində bildirib.“Bizim məqsədimiz bütün Suriya ərazisində atəşkəsə nail olmaq və münaqişənin siyasi yolla həlli üçün danışıqlara başlamaqdır”, - deyə o vurğulayıb.xeber100.com

Dekabr 15, 2016 2:06

Özbəkistan Konstitusiyasına görə…

Özbəkistan Liberal-Demokrat Partiyası Siyasi Şurasının dekabrın 12-də keçirilən iclasında Baş nazirin müavini Abdulla Aripovun Baş nazir postuna namizədliyi irəli sürülüb. A.Aripov hökumətdə gənclər siyasəti, mədəniyyət, informasiya sistemləri və telekommunikasiya məsələlərinə nəzarət edir.Özbəkistan Konstitusiyasına görə, ölkə parlamenti Ali Məclisində ən çox deputat yeri qazanan partiya Baş nazir postuna nümayəndəsinin namizədliyini irəli sürür.2014-cü ilin dekabrında Ali Məclisə keçirilən seçkilərdə hakim partiya 52 mandat qazanmışdı.Dekabrın 4-də Özbəkistanda keçirilən prezident seçkilərində bu partiyanın namizədi Şavkat Mirziyayev seçicilərin 88,61 faizinin səsini qazanaraq ölkə Prezidenti seçilib.xeber100.com

Dekabr 13, 2016 1:54
    Page 217 of 299« First«...102030...215216217218219...230240250...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az