10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“PWC” konsaltinq şirkətinin hesabatına əsasən…

“PWC” konsaltinq şirkətinin “City of London” korporasiyasının sifarişi ilə hazırladığı hesabata əsasən, keçən il Böyük Britaniyada maliyyə xidməti sektoru 71,4 milyard funt sterlinq məbləğində vergi ödəyib.Azərtac “vergilər.az” saytına istinadla bildirir ki, ölkədə maliyyə xidmətləri göstərən şirkətlərdən vergi daxilolmaları əvvəlki illə müqayisədə 7,4 faiz artıq olub. Bu rəqəm son doqquz ilin ən yüksək göstəricisidir.Maliyyə firmalarının payı ölkə büdcəsinə vergi daxilolmalarının ümumi məbləğində 11,5 faiz təşkil edir. Keçən il bu şirkətlərin ödədikləri təkcə korporativ verginin məbləği 8,4 milyard funt sterlinq təşkil edib.xeber100.com

Dekabr 17, 2016 5:27

“TrendForce” analitiklərinin fikrincə,

“TrendForce” analitiklərinin fikrincə, virtual reallıq qurğuları (“Virtual Reality”, “VR”) Yeni ilədək populyar hədiyyələrdən biri olacaq. Bunu nəzərə aldıqda 2016-cı ildə “VR” qurğuların qlobal tədarük həcmi 2,9 milyona yaxınlaşa bilər. 2017-ci ildə bu göstəricinin 75 faiz artaraq 5,1 milyon təşkil edəcəyi proqnozlaşdırılır. “Sony” şirkəti bu bazarın lideri olacaq, “Oculus” ikinci yerdə qərarlaşacaq, “HTC” şirkəti isə üçüncü olacaq.Hesabatda, həmçinin istehsalçıların hər biri üzrə statistika verilib. Belə ki, cari ildə “Sony” şirkəti 1,5 milyon “PlayStation VR” qurğusu tədarük edəcək.“dailycomm.ru” saytı xəbər verir ki, “AMOLED panellərin azlığına və aşağı istehsal həcminə baxmayaraq, 2016-cı ildə “Sony” şirkətində ən yüksək tədarük həcmi qeydə alınıb” – “TrendForce” şirkətinin analitiki Ceyson Tsay bildirib.2016-cı ildə “Oculus Rift” virtual reallıq qurğusunun tədarük həcmi 650 min, “HTC Vive” isə 460 min səviyyəsində qiymətləndirilir.“Canalys” şirkətinin analitikləri cari ildə, həmçinin 2 milyondan çox virtual reallıq qurğusunun tədarükünü proqnozlaşdırır. Gələn il bu göstərici 6 milyon, 2018-ci ildə 10 milyon və 2020-ci ildə isə 20 milyon səviyyəsində gözlənilir.

Dekabr 16, 2016 2:05

Çində qırmızı xəbərdarlıq elan olunub

Çinin şimal hissəsində havanın çirklənməsi ilə əlaqədar olaraq Pekin, qonşu Tiencin və digər 21 şəhərdə ən yuxarı səviyyədə olan qırmızı xəbərdarlıq elan edilib.Paytaxtda dekabrın 21-dək davam edəcək xəbərdarlıq ilə bağlı uşaq bağçaları və orta məktəblərin tətilə çıxması tövsiyə olunub. Bundan başqa, inşaat sahələrində və bəzi sənaye müəssisələrində iş dayandırılıb. Şəhərdə avtomobillərin hərəkətinə dövlət qeydiyyat nişanlarının son rəqəmlərinin tək və cüt olmasına əsaslanan məhdudiyyət qoyulub. Pekin hökuməti paytaxt sakinlərinə vacib olmadığı təqdirdə küçəyə çıxmamağı və otaqların pəncərələrini bağlı saxlamağı tövsiyə edib.xeber100.com

Dekabr 16, 2016 1:52

Birləşmiş Ştatların qanunlarına görə…

ABŞ İrana qarşı sanksiyalar haqqında qanunu daha 10 il uzadıb. Associated Press agentliyinin yaydığı məlumata görə, sənəd dekabrın 15-də gecəyarısı qüvvəyə minib.Birləşmiş Ştatların qanunlarına görə, bu müddətədək Prezident Barak Obama ABŞ Konqresinin İran əleyhinə sanksiyaların uzadılmasına dair qəbul etdiyi qanun layihəsini ya imzalamalı, ya da rədd etməli idi. Lakin Prezident bunların heç birini etməyib. Buna görə də sənəd avtomatik olaraq qanun qüvvəsinə minib.Xatırladaq ki, 2015-ci ilin iyulunda Vyanada İranın nüvə proqramı üzrə birgə fəaliyyət planı razılaşdırılmışdı. Bu il yanvarın 16-da BMT, ABŞ və Avropa İttifaqı İrana onun nüvə proqramı ilə bağlı tətbiq olunmuş iqtisadi və maliyyə sanksiyalarını ləğv etmişdilər. Bununla yanaşı, ABŞ prezidentinin İran İslam Respublikasına qarşı sanksiyalar haqqında fərmanları hələlik tam ləğv olunmayıb, yalnız dayandırılıb.xeber100.com

Dekabr 15, 2016 2:09

Suriya münaqişəsi Moskvada müzakirə ediləcək

Türkiyə, Rusiya və İran 5 ildən çoxdur davam edən Suriya münaqişəsinin həlli yollarını müzakirə etmək üçün dekabrın 27-də Moskvada bir araya gələcəklər.“lefigaro.fr” saytı xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TGRT Haber” telekanalına müsahibəsində bildirib.“Bizim məqsədimiz bütün Suriya ərazisində atəşkəsə nail olmaq və münaqişənin siyasi yolla həlli üçün danışıqlara başlamaqdır”, - deyə o vurğulayıb.xeber100.com

Dekabr 15, 2016 2:06

Özbəkistan Konstitusiyasına görə…

Özbəkistan Liberal-Demokrat Partiyası Siyasi Şurasının dekabrın 12-də keçirilən iclasında Baş nazirin müavini Abdulla Aripovun Baş nazir postuna namizədliyi irəli sürülüb. A.Aripov hökumətdə gənclər siyasəti, mədəniyyət, informasiya sistemləri və telekommunikasiya məsələlərinə nəzarət edir.Özbəkistan Konstitusiyasına görə, ölkə parlamenti Ali Məclisində ən çox deputat yeri qazanan partiya Baş nazir postuna nümayəndəsinin namizədliyini irəli sürür.2014-cü ilin dekabrında Ali Məclisə keçirilən seçkilərdə hakim partiya 52 mandat qazanmışdı.Dekabrın 4-də Özbəkistanda keçirilən prezident seçkilərində bu partiyanın namizədi Şavkat Mirziyayev seçicilərin 88,61 faizinin səsini qazanaraq ölkə Prezidenti seçilib.xeber100.com

Dekabr 13, 2016 1:54

TASS informasiya agentliyinin məlumatına görə…

Fransada 70 kiloqram qızıl daşıyan inkassator avtomobili qarət olunub. Xəbər verilir ki, naməlum şəxslər qızıl külçələr daşıyan inkassator avtomobilini Lion şəhəri yaxınlığında qarət ediblər.TASS informasiya agentliyi xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, qarətçilər mövcud kotirovkalarla 2,5 milyon avro dəyərində olan 70 kiloqram qiymətli metalı oğurlayıblar. İnsident günün birinci yarısında Parisi Fransanın cənubu ilə birləşdirən A6 sürət magistralında baş verib.Qarətçilərin dörd nəfər olduqları bildirilir. Onlar inkassator maşınının yolunu kəsərək oradakı bütün qızılı götürüblər. Sonra içərisində yükü müşayiət edən iki inkassator olan avtomobilin qapılarını bağlayaraq maşına od vurub və qaçıblar.İnkassatorlar hadisə yerinə gələn jandarmlar tərəfindən xilas edilib. Polis qarətçiləri axtarır.xeber100.com

Dekabr 13, 2016 1:50

Əməkdaşlıq haqqında saziş imzalanacaq

Rusiyanın “VTB Bank”ı ilə Yaponiyanın üç ən iri banklarından biri olan “Sumitomo Mitsui” əməkdaşlıq haqqında saziş imzalamaq niyyətindədir. Bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat verir. “TASS” xəbər verir ki, müvafiq sənəd Rusiya Prezidenti Vladimir Putinin dekabrın 15-16-da Yaponiyaya səfəri çərçivəsində imzalana bilər. Saziş iki dövlət arasında biznes əlaqələrinin inkişafına kömək edəcək.Qeyd edək ki, Yaponiyanın “Mizuho” və “Sumitomo Mitsui” bankları Amerikanın “JP Morgan Chase Bank”ı ilə birlikdə “Qazprom” şirkətinə 800 milyon avro həcmində kreditin ayrılmasına dair saziş imzalayıb.xeber100.com

Dekabr 13, 2016 1:45

Əməkdaşlıq haqqında memorandum imzalanıb

Rusiya-İran Hökumətlərarası Komissiyasının Tehranda keçirilən iclasında İranın cənubunda istilik elektrik stansiyasının inşası və İran dəmir yolunun elektrikləşdirilməsi haqqında 2,5 milyard dollarlıq saziş imzalanıb. İstilik elektrik stansiyası Bəndər Abbas şəhərində tikiləcək. Həmçinin Qarmsar-İnçe-Barun dəmir yolu xəttinin elektrikləşdirilməsi nəzərdə tutulub.Tehran görüşü çərçivəsində İran və Rusiya neft və energetika sahəsində əməkdaşlıq haqqında memorandum da imzalayıblar. Energetika üzrə İran-Rusiya işçi qrupunun Tehranda keçirilən iclasında imzalanmış 23 bəndlik sənəddə neft yataqlarının kəşfiyyatı və neft hasilatı, neft hasilatı avadanlığının istehsalı sahələrində tərəfdaşlıq öz əksini tapıb.xeber100.com

Dekabr 13, 2016 1:38

Rumıniya parlamentinə keçirilən seçkilərdə…

Rumıniyanın “Avangarde” sosial araşdırma agentliyinin məlumatına əsasən, Rumıniyanın iki palatalı parlamentinə dekabrın 11-də keçirilən seçkilərdə Rumıniya Senatına Sosial-Demokrat (PSD) Partiyası 45,2 faiz, Milli Liberal Partiyası (PNL) 21,8 faiz, Rumıniyanı Qoru Birliyi (USR) 8,9 faiz, Liberal və Demokratların Alyansı (ALDE) Partiyası 6,5 faiz, Xalq Hərəkatı (PMP) Partiyası 6 faiz, Rumıniya Macarların Demokratik Birliyi (UDMR) Partiyası 6 faiz səs toplayıb.Deputatlar Palatasına isə Sosial-Demokrat (PSD) Partiyası 45,5 faiz, Milli Liberal Partiyası (PNL) 21,7 faiz, Rumıniyanı Qoru Birliyi (USR) isə 8,5 faiz, Liberal və Demokratların Alyansı (ALDE), Xalq Hərəkatı (PMP) və Rumıniya Macarların Demokratik Birliyi (UDMR) partiyaları hərəsi 6 faiz səs qazanıb.xeber100.com

Dekabr 12, 2016 12:34
    Page 219 of 301« First«...102030...217218219220221...230240250...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az