03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

İran parlamenti yeni qanun layihəsi hazırlayacaq

İran İslam Şurası Məclisi (parlament) nüvə fəaliyyətinin bərpası üçün qanun layihəsi hazırlayacaq.Bu sözləri İran parlamentinin rəyasət heyətinin üzvü Əkbər Rəncbərzadə deyib. O bildirib ki, Amerika senatının İran əleyhinə yönəlmiş hərəkətləri ilə mübarizə məqsədilə ölkənin nüvə proqramının bərpası üçün üç oxunuşlu qanun layihəsinin hazırlanması həyata keçiriləcək.Ə. Rəncbərzadə ABŞ senatının İrana qarşı sanksiyaları on il müddətinə uzatmaq üzrə hərəkətini nüvə anlaşmasının pozulması və beynəlxalq hüquqların tapdalanması kimi qiymətləndirib.Məclis üzvü qeyd edib ki, İran ABŞ senatının hər addımına qarşı adekvat addımlar atacaq. İran dünya xalqlarına elan edir ki, qanunsuz hərəkətləri başlayan Amerika olub və İranın mübarizədən başqa çarəsi yoxdur və atılacaq addımlar müdafiə xarakterlidir.xeber100.com

Dekabr 3, 2016 7:22

5 bal gücündə zəlzələ baş verib

Dekabrın 3-də İndoneziyanın şərqində 5 bal gücündə zəlzələ baş verib. Bu barədə İndoneziya Meteorologiya, Klimatologiya və Geofizika İdarəsi məlumat yayıb.Zəlzələnin episentri Molukki əyalətinin Saumlaki şəhərindən 184 kilometr şimal-qərbdə, ocağı Banda dənizinin səthindən 171 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlardan sonra sunami təhlükəsi elan olunmayıb.xeber100.com

Dekabr 3, 2016 7:12

Danimarka hökumətinin qərarı…

Danimarka hökuməti krallığın hərbi hava qüvvələrinin Suriyada və İraqda ABŞ-ın başçılıq etdiyi koalisiya tərəfindən “İslam dövləti” terror təşkilatına qarşı aparılan əməliyyatda iştirakına xitam verildiyini elan edib.Danimarka KİV-ləri bu barədə krallığın xarici işlər naziri Anders Samuelsenə və müdafiə naziri Klaus Xyort Frederiksenə istinadla xəbər verir. Müdafiə Nazirliyinin rəhbəri deyib: “Biz, əvvəlcədən planlaşdırıldığı kimi, öz qırıcı təyyarələrimizi geri qaytarmağı qərara almışıq”. Klaus Xyort Frederiksen daha sonra bildirib ki, həmin regiona qırıcı təyyarələr əvəzinə istehkamçılar, habelə mühəndis və tikinti işləri aparılması üzrə mütəxəssislər göndəriləcək. Onlar iraqlı həmkarlarını öyrədəcəklər.xeber100.com

Dekabr 3, 2016 7:02

2017-ci ildə keçiriləcək prezident seçkilərində…

Fransanın hazırkı Prezidenti Fransua Olland 2017-ci ildə bu ölkədə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyəcək. “lefigaro.fr” saytı xəbər verir ki, bu barədə Prezident Fransua Olland Yelisey sarayından televiziya vasitəsilə canlı yayımda bildirib. O qeyd edib ki, ikinci prezidentlik mandatı üçün namizədliyini irəli sürməyəcək.Bu, Fransada V Respublika dövründə ilk belə haldır. Bu dövrdə Fransa prezidentlərinin heç biri ikinci mandat üçün namizədliyini irəli sürməkdən imtina etməyib.xeber100.com

Dekabr 2, 2016 3:25

6,3 bal gücündə zəlzələ baş verib

Perunun cənubunda 6,3 bal gücündə zəlzələ baş verib. "lefigaro.fr” saytı bildirir ki, zəlzələnin episentri Xuliaka şəhərindən 45 kilometr şimal-qərbdə, ocağı isə 32 kilometr dərinlikdə yerləşib.Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.xeber100.com

Dekabr 2, 2016 3:19

Birləşmiş Krallığa gələnlərin sayı rekord səviyyəyə çatıb

Bu ilin sonuna doğru başqa ölkələrdən yaşamaq üçün Birləşmiş Krallığa gələnlərin sayı rekord səviyyəyə çatıb.Ölkənin Milli Statistika Komitəsindən verilən məlumatda bu il immiqrantların sayının 650 min nəfər olduğu bildirilib. Bunun 284 min nəfəri Avropa İttifaqı ölkələrindən gələnlərdir. Emiqrantları çıxdıqdan sonra xalis immiqrant sayı isə 335 min nəfər təşkil edir.xeber100.com

Dekabr 2, 2016 3:14

“Frost & Sullivan” şirkətinin proqnozlarına görə…

Biometrik texnologiyalar sahəsində nailiyyətlər sürücülük təcrübəsi, avtomobillərin təhlükəsizliyi və rahatlığı anlayışlarını radikal şəkildə dəyişir.“Frost & Sullivan” şirkətinin proqnozlarına görə, 2025-ci ilə kimi avtomobillərin təxminən 30 faizinə biometrik texnologiyalar tətbiq olunacaq. Belə ki, gələcəkdə sərnişin avtomobilləri barmaq izləri və gözün qüzehi qişasının skan edilməsi, eləcə də səs və jestlərin tanınması texnologiyası ilə təchiz olunacaq. psm7.com saytı xəbər verir ki, yeni nəsil avtomobillərə, həmçinin ürək döyüntüsü, beyin dalğaları, yorğunluq, stress və nəbz simptomlarının monitorinqi texnologiyası tətbiq ediləcək.xeber100.com  

Dekabr 2, 2016 3:05

ABŞ Senatının qərarına etiraz…

ABŞ Senatının birtərəfli qaydada İrana qarşı tətbiq edilmiş iqtisadi sanksiyaları daha 10 il müddətinə uzadılması haqqında qərarı “Nüvə anlaşması” ilə yanaşı, beynəlxalq qanunlara da ziddir.Bu sözləri İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Qasemi Tehranda keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, İran ilə Qərb dövlətləri arasında 2015-ci ilin iyununda razılıq əldə olunaraq sənəd imzalanıb. İmzalanan sənədə əsasən, İrana qarşı tətbiq olunan beynəlxalq iqtisadi sanksiyalar aradan qaldırılmalı, bunun müqabilində isə İran nüvə proqramını məhdudlaşdırmalıdır. İran razılığa əsasən üzərinə düşən öhdəliyi yerinə yetirsə də, ABŞ bunu etmir.xeber100.com

Dekabr 2, 2016 2:56

5,2 bal gücündə zəlzələ baş verib

Kosta-Rikanın mərkəzi hissəsində 5,2 bal gücündə zəlzələ baş verib.TASS agentliyi xəbər verir ki, yeraltı təkanların episentri paytaxt San-Hose şəhərindən 30 kilometr aralıda, ocağı isə 5 kilometr dərinlikdə yerləşib.Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.xeber100.com

Dekabr 1, 2016 12:45

Türkiyə Mərkəzi Bankının rəsmi məlumatı…

Türkiyənin milli valyutası olan lirənin məzənnəsi sürətlə aşağı düşməkdə davam edir.Türkiyə Mərkəzi Bankının rəsmi məlumatına görə, dekabrın 1-də ölkə ərazisində bir ABŞ dolları 3,43 lirəyə satılıb. Son bir ayda lirə təxminən 30 qəpik (kuruş) ucuzlaşıb. Bu geriləmə avronun məzənnəsində də baş verməkdədir.Qeyd edək ki, hələlik Mərkəzi Bankın lirənin ucuzlaşması prosesinin qarşısını almaq üçün gördüyü tədbirlər nəticə vermir.xeber100.com

Dekabr 1, 2016 12:42
    Page 221 of 299« First«...102030...219220221222223...230240250...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az