23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

5,2 bal gücündə zəlzələ baş verib

Kosta-Rikanın mərkəzi hissəsində 5,2 bal gücündə zəlzələ baş verib.TASS agentliyi xəbər verir ki, yeraltı təkanların episentri paytaxt San-Hose şəhərindən 30 kilometr aralıda, ocağı isə 5 kilometr dərinlikdə yerləşib.Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.xeber100.com

Dekabr 1, 2016 12:45

Türkiyə Mərkəzi Bankının rəsmi məlumatı…

Türkiyənin milli valyutası olan lirənin məzənnəsi sürətlə aşağı düşməkdə davam edir.Türkiyə Mərkəzi Bankının rəsmi məlumatına görə, dekabrın 1-də ölkə ərazisində bir ABŞ dolları 3,43 lirəyə satılıb. Son bir ayda lirə təxminən 30 qəpik (kuruş) ucuzlaşıb. Bu geriləmə avronun məzənnəsində də baş verməkdədir.Qeyd edək ki, hələlik Mərkəzi Bankın lirənin ucuzlaşması prosesinin qarşısını almaq üçün gördüyü tədbirlər nəticə vermir.xeber100.com

Dekabr 1, 2016 12:42

Associated Press agentliyinin yaydığı məlumata görə…

ABŞ-da prezident seçkilərindən sonra Viskonsin ştatında səslər yenidən sayılacaq. Seçici səslərinin yenidən hesablanması prosesi bu gün başlanacaq.Associated Press agentliyinin yaydığı məlumata görə, belə bir hesablama son 16 ildə ilk dəfədir aparılır. Bundan əvvəl müvafiq prosedura 2000-ci ildə, oğul Corc Buş və Albert Qor prezidentliyə namizədlər olarkən əl atılmışdı.Ştatın seçki komissiyasının rəhbərliyi 3 milyonadək səsin yenidən hesablanması prosesinin təşkili üçün yeni işçilər cəlb edib və iş gününü uzadıb. “Yaşılların” namizədi Cill Staynın tələb etdiyi kimi, ştatın əksər şəhərlərində səslər əl ilə sayılacaq. Agentlik xatırladır ki, seçilmiş prezident Donald Tramp Viskonsin ştatında Demokratik Partiyadan olan rəqibi Hillari Klintonu 22 min səslə üstələyib.Bir qədər əvvəl məlumat verilmişdi ki, Cill Stayn üç ştatda – Miçiqan, Pensilvaniya Viskonsin ştatlarında səslərin yenidən sayılması barədə petisiya vermək niyyətindədir. Bu üç ştatın ikisində - Pensilvaniya və Viskonsində seçilmiş prezident Donald Tramp əsas rəqibi Hillari Klintona minimal üstünlüklə qalib gələrək ümumilikdə 30 seçkiçinin səsini alıb.xeber100.com

Dekabr 1, 2016 12:39

“Vergi limanları” hesab olunan ölkələrin “qara siyahı”sı açıqlanacaq

Avropa Komissiyasının “vergi şəffaflığı sahəsində hazırladığı inqilab” vergilərin ödənilməsindən yayınmaya qarşı təsirli mübarizə aparmağa şərait yaradacaq.“vergilər.az” saytı bildirir ki, bunu Vergi məsələləri üzrə Avropa komissarı Pyer Moskovisi Avropanın gələcəyi mövzusuna həsr edilmiş sammitdəki nitqində bəyan edib.Komissarın sözlərinə görə, “Lüksemburq sızıntısı”, “Panama sənədləri” və “Baham sızıntısı” kimi hadisələr Avropa Komissiyasını həlledici addımlar atmağa vadar edib.P.Moskovisi əlavə edib ki, Avropa İttifaqı ölkələri tezliklə bank sirrindən imtina edəcəklər, şirkətlər isə vergi dərəcəsini azaltmaq və ümumiyyətlə vergi ödəməkdən yayınmaq üçün sərhədləri manipulyasiya etmək imkanından məhrum olunacaqlar.Eyni zamanda Avropa Komissiyası “vergi limanları” hesab olunan ölkələrə təsir göstərmək üçün onların “qara siyahısını” açıqlayacaq.

Dekabr 1, 2016 12:32

TASS informasiya agentliyinin məlumatı…

Braziliya Prezidenti Mişel Temer göyərtəsində “Şapekoense” klubu futbolçularının olduğu təyyarənin qəzaya uğraması ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.TASS informasiya agentliyi xəbər verir ki, bu barədə məlumat ölkə prezidentinin twitter səhifəsində yer alıb. Mişel Temer təyyarə qəzası qurbanlarının doğmalarına və yaxınlarına başsağlığı verib, həmçinin bildirib ki, dövlət həlak olanların qohumlarına hər cür dəstək göstərəcək.Xatırladaq ki, göyərtəsində 72 sərnişinin, o cümlədən Braziliyanın “Şapekoense” klubu futbolçularının və 9 ekipaj üzvünün olduğu təyyarə Kolumbiyanın Medelin hava limanından 50 kilometr aralıda qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədəki 81 nəfərin 75-i həyatını itirib.LAMIA aviaşirkətinə məxsus təyyarə futbolçuları Medelin şəhərinə aparırdı. Noyabrın 30-da burada Cənubi Amerika kuboku turniri çərçivəsində yerli “Atletiko Nasional” və Brazilyanın “Şapekoense” klubları arasında oyun keçirilməli idi.xeber100.com

Noyabr 30, 2016 2:01

Yay Olimpiya və Paralimpiya Oyunlarının keçiriləcəyi yerlər müəyyənləşdirilib

Yaponiyanın paytaxtında dördtərəfli danışıqlar zamanı 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunları ilə bağlı xərclərin azaldılması məqsədilə aparılan müzakirələrdə avarçəkmə və üzgüçülük üzrə iki yeni obyektin inşası barədə razılıq əldə olunub. Voleybol yarışları üçün yeni obyektin inşası təklifindən isə imtina edilib.Noyabrın 30-da təşkil olunan görüşdə Tokio şəhər qubenatoru, Olimpiadanın təşkilat komitəsinin sədri, Olimpiadaya hazırlıq üzrə əlaqədar dövlət naziri və Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti iştirak ediblər.İştirakçılar əvvəlcədən nəzərdə tutulduğu kimi, Tokionun dəniz sahilində avarçəkmə üzrə yeni obyektin inşası barədə razılıq əldə etsələr də, onun inşası üçün xərclərin azaldılması qərara alınıb. Tokio qubernatoru Yurike Koike həmin yarışların 2011-ci il zəlzələsi zamanı zərərçəkən Miyaqi prefekturasındakı hazır obyektdə keçirməyi təklif edirdi.xeber100.com

Noyabr 30, 2016 1:57

Rio-2016 Olimpiya Oyunlarının hazırlıq prosesi müzakirə olunub

Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsinin üzvlərinin Rio-de-Janeyro Oyunlarının təşkilat komitəsindəki həmkarları ilə görüşü keçirilir.Noyabrın 28-də Tokioda təşkil edilən görüşün birinci günündə 2020-ci il Olimpiadasının təşkilat komitəsinin sədri Yoşiro Mori, Tokionun qubernatoru Yuriko Koike və Rio-de-Janeyronun meri Eduardo Paes də iştirak ediblər. Üç yüzədək iştirakçı Beynəlxalq Olimpiya Komitəsinin Rio-de-Janeyro Oyunlarının hazırlanmasına məsul olan üzvləri ilə panel müzakirələr aparılıb.xeber100.com

Noyabr 29, 2016 1:56

Almaniya Xarici İşlər Nazirliyinin hesablamalarına görə…

Almaniya Xarici İşlər Nazirliyinin hesablamalarına görə, Rusiya-Qərb münasibətlərini kəskinləşdirən Ukrayna münaqişəsi sürətlə silahlanmanı tamamilə real edib. “Die Welt” qəzeti F.V. Ştaynmayerin bu sözlərini sitat gətirib: “Yaranmış vəziyyət müharibə və sülh məsələsini qitəmiz üçün yenindən aktual edib”. F.V.Ştaynmayerin sözlərinə görə, Avropa yeni sürətlə silahlanma təhlükəsi qarşısındadır. Buna görə də “sabitliyi və sülhü möhkəmləndirmək üçün mümkün olan hər şeyi etmək lazımdır”.Almaniya xarici işlər nazirinin nöqteyi-nəzərini silahlara nəzarət prosesinin “yenidən başlanmasına” dəstək qrupunda birləşən ATƏT ölkələrindən 15 həmkarı da bölüşüb. Noyabrın 25-də Berlində keçirdikləri görüşdə onların qəbul etdikləri bəyanatda F.V.Ştaynmayerin dəlilləri, demək olar, sözbəsöz əksini tapıb.xeber100.com

Noyabr 29, 2016 1:52

Yaponiyada xeyriyyə yürüşü keçirilib

Yaponiyanın qərbində yerləşən Osaka şəhərində Santa Klaus paltarı geyinmiş təqribən altı min nəfər xeyriyyə qaçışında iştirak edib. Tədbirdən toplanan vəsaitin əsas hissəsi xəstə uşaqlar üçün Milad bayramı hədiyyələrinin alınmasına sərf olunacaq.iPS hüceyrələri üzrə tədqiqatçı, fiziologiya və tibb sahəsində Nobel mükafatı laureatı Sinya Yamanaka iştirakçılar qarşısında çıxış edib. O, ümid etdiyini bildirib ki, bu xeyirxah addım xəstə uşaqlara xoş təsir bağışlayacaq.xeber100.com

Noyabr 28, 2016 3:40

5,6 bal gücündə zəlzələ olub

Nepalın şərqində 5,6 bal gücündə zəlzələ baş verib. Bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.Yeraltı təkanların episentri paytaxt Katmandudan 120 kilometr aralıda yerləşib.Qeyd edək ki, ötən ilin aprelində Nepalda 7,9 və 7,3 bal gücündə baş verən iki dağıdıcı zəlzələ nəticəsində 9 minə yaxın insan ölmüş, 22 mindən çox insan xəsarət almışdı.xeber100.com

Noyabr 28, 2016 3:36
    Page 222 of 299« First«...102030...220221222223224...230240250...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az