03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

RİA Novosti agentliyinin məlumatına görə…

Hindistanda qatarın relsdən çıxaraq aşması nəticəsində ölənlərin sayı 100-ü ötüb.RİA Novosti agentliyi xəbər verir ki, qəzada 200-dən çox insan yaralanıb.Hadisə ölkənin şimalında, Pukrayan şəhəri yaxınlığında baş verib.Qatarda təxminən 500 sərnişin olub. Qəza yerində 250-yə yaxın xilasedici işləyir. Ölənlərin sayının artma ehtimalının olduğu bildirilib.xeber100.com

Noyabr 20, 2016 8:47

İstintaqı aparılan cinayət işi çərçivəsində…

Misirin təhlükəsizlik qüvvələri ölkə Prezidenti Əbdülfəttah əs-Sisiyə qarşı iki sui-qəsd cəhdinin qarşısını alıb.TASS agentliyi bildirir ki, bunu Misirin baş prokuroru Nabil Sadek bəyan edib.Baş prokuror qeyd edib ki, biri Səudiyyə Ərəbistanında olmaqla, iki terrorçu qrup Misir Prezidentini öldürməyi planlaşdırırmış. Sui-qəsd cəhdlərindən birinin Misir Prezidentinin Məkkədə ümrə ziyarəti zamanı həyata keçirilməsi nəzərdə tutulurmuş.Misir Hərbi Prokurorluğu tərəfindən istintaqı aparılan cinayət işi çərçivəsində onlarla şübhəli saxlanılıb.xeber100.com

Noyabr 20, 2016 8:42

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatı…

2016-cı ilin ötən dövründə dəniz yolu ilə Avropaya keçməyə cəhd edən 4 min 621 mühacirin həyatını itirdiyi barədə məlumat verən Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü Leonard Doyle bunu, əsil fəlakət adlandırıb. Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Leonard Doyle son üç gündə Aralıq dənizində daha 364 mühacirin boğularaq öldüyünü bildirib. Onun sözlərinə görə, bu il əksəriyyəti Yunanıstan və İtaliya olmaqla, Avropaya 343 min 589 mühacir gəlib. İndiyədək Yunanıstana 170 min 679, İtaliyaya isə 167 min 276 qaçqın daxil olub.Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü ötən ilin eyni dövründə Avropaya gedən mühacirlərin 729 min nəfərə yaxın olduğunu bildirərək, bu il artan ölüm hallarına diqqət çəkib.xeber100.com

Noyabr 19, 2016 4:01

ABŞ-da neft axtarışına qadağa…

Barak Obama ABŞ-ın enerji şirkətlərinin qütb bölgələrində neft axtarışı fəaliyyətini əngəlləyib.Azərtac xəbər verir ki, ABŞ Prezidenti Barak Obama vəzifə müddətinin bitməsinə iki ay qalmış ABŞ-ın Alyaska ştatı sahillərində neft-qaz axtarışı və hasilatı fəaliyyətinə mane olub.Belə ki, Obama hökuməti neft-qaz axtarışı və hasilatı fəaliyyətləri üçün enerji şirkətlərinə verilən icarə haqlarını ləğv edib. Sözügedən qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minəcək, Alyaska ştatının şimalındakı Bofort və Çukot dənizlərində işləyən şirkətləri əhatə edəcək.xeber100.com

Noyabr 19, 2016 3:58

5,4 bal gücündə zəlzələ baş verib

Noyabrın 19-da günorta saatlarında Yaponiyanın Mərkəzi hissəsində 5,4 bal gücündə zəlzələ baş verib. Sunami təhlükəsi elan olunmayıb.Milli Meteorologiya Agentliyinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 11:48-də Vakayama prefekturasında qeydə alınıb. Zəlzələnin ocağı 60 kilometr dərinlikdə yerləşib.Yeraltı təkanlar 23 prefekturada hiss olunub. Daha güclü təkanlar Osaka, Vakayama, Mie, Kioto, Nara və Siqa prefekturalarında qeydə alınıb.xeber100.com

Noyabr 19, 2016 3:52

Fox13 telekanalının məlumatına görə…

ABŞ-ın Nevada ştatında sanitar-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində bir neçə nəfər həlak olub.Azərtac xəbər verir ki, Fox13 telekanalının məlumatına görə, insident noyabrın 18-də yerli vaxtla saat 20:30-da baş verib. Ürək xəstəliyindən əziyyət çəkən pasiyenti qonşu Yuta ştatına aparmalı olan “Piper PA 31” təyyarəsi havaya qalxdıqdan az sonra yerli aeroportun yaxınlığında avtomobil dayanacağına düşüb.Yerli hökumətin məlumatına əsasən, təyyarənin göyərtəsindəki 4 nəfər, o cümlədən iki ekipaj üzvü, tibb bacısı və pasiyent həlak olub. Hadisə nəticəsində dayanacaqdakı bir neçə avtomobil yararsız hala düşsə də, yerdə heç kimin xəsarət almadığı bildirilir.xeber100.com

Noyabr 19, 2016 3:49

Rusiyanın neft hasilatı 30 faiz azalacaq

2040-cı ilə qədər Rusiyanın neft hasilatı 30 faiz azalaraq gündəlik 8,5 milyon barrelə düşəcək.Azərtac xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir. Bildirilir ki, Qərbi Sibir və Volqa-Ural bölgəsindəki yeni neft yataqlarına, eləcə də şist nefti və Şimal Qütbündə neft axtarışı işləri kimi yeni layihələrin inkişaf etdirilməsinə baxmayaraq bu, uzun müddətdə Rusiyanın neft yataqlarındakı azalmanı kompensasiya etməyə yetməyəcək. Ölkənin neft hasilatı 2040-ci ilədək gündəlik 8,5 barrelə qədər geriləyəcək.Beynəlxalq Enerji Agentliyi 2020-ci ildə Rusiyanın gündəlik neft hasilatının 10,9 milyon barrel səviyyəsində olacağını, bu rəqəmin 2025-ci ildə 10,5 milyon barrelə, 2030–cu ildə 9,8 milyon barrelə, 2035-ci ildə isə 9,3 milyon barrelə düşəcəyini proqnozlaşdırır.xeber100.com

Noyabr 19, 2016 3:42

Niderland xüsusi xidmət orqanlarının məlumatı…

Niderlandın xüsusi xidmət orqanları İŞİD qruplaşmasının Avropada terror hücumları hazırladığı barədə məlumat yayıb. Məlumatda Avropa ölkələrində qruplaşmanın 60-80 yaraqlısının olduğu bildirilir.Xarici KİV-lər xəbər verir ki, terrorla mübarizə üzrə koordinator Dik Shoof İŞİD-in potensial tərəfdarlarının Suriya və İraqa getməyərək, Avropada hücum planları hazırladıqlarını deyib. Onun sözlərinə görə, bu səbəbdən son altı ay ərzində hər iki ölkədə döyüşən yaraqlıların sayında artım müşahidə olunmur. Lakin bu, potensial terror təhlükəsinin azalması demək deyil.Məlumatda, həmçinin qeyd olunur ki, Avropadan İraq və Suriyada döyüşən “xarici yaraqlıların” sayı təxminən 4-5 min nəfərdir.xeber100.com

Noyabr 19, 2016 3:36

Regional və beynəlxalq məsələlər müzakirə edilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanda səfərdədir.Səfər çərçivəsində R.T.Ərdoğan Özbəkistan Prezidentinin səlahiyyətlərini icra edən Baş nazir Şavkat Mirziyayevlə görüşüb.Görüşdə Özbəkistan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin indiki vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, tərəfləri maraqlandıran regional və beynəlxalq məsələlər müzakirə edilib.Türkiyə Prezidenti dekabrın 4-də Özbəkistanda keçiriləcək prezident seçkilərində Şavkat Mirziyayevə uğurlar arzulayıb, iki ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirib.R.T.Ərdoğan prezident seçiləcəyi təqdirdə Ş.Mirziyayevi Türkiyəyə səfərə dəvət edib.Səfər çərçivəsində Türkiyə dövlətinin başçısı Özbəkistanın birinci Prezidenti İslam Kərimovun məzarını ziyarət edib, onun xatirəsinə ehtiramını bildirib.xeber100.com

Noyabr 18, 2016 3:32

Rusiya hökuməti icazə kvotası müəyyən edib

Rusiya hökuməti 2017-ci il üçün əcnəbilərin ölkədə müvəqqəti yaşamasına icazə kvotasını müəyyən edib. Bu il kvotanın sayı ötən illə müqayisədə 11,9 faiz azalıb.Müvafiq sərəncama əsasən, gələn il əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiyada müvəqqəti yaşaması üçün 110 min 880 icazə sənədi verilə bilər. Bu say ölkənin bütün subyektləri arasında bölünəcək.xeber100.com

Noyabr 18, 2016 3:26
    Page 225 of 299« First«...102030...223224225226227...230240250...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az