İtaliya hökuməti gənclərin mədəni fəaliyyətlərini təşviq etmək üçün 18 yaşı tamam olan hər bir vətəndaşa 500 avro verməklə bağlı qərar qəbul edib. “Telegraph” qəzeti xəbər verir ki, sentyabrın 15-dən etibarən tətbiq ediləcək bu yenilik gəncləri daha çox kitab oxumağa, muzeylərə, teatrlara baş çəkməyə həvəsləndirmək məqsədi daşıyır. İtaliyanın Baş naziri Matteo Renzinin elan etdiyi bu təşəbbüsün 575 min yeniyetməni əhatə edəcəyi gözlənilir. Cari il 18 yaşı tamam olan gənclər bu mükafatdan istifadə etmək üçün online şəkildə qeydiyyatdan keçməlidirlər. Onlar “18app.it” adlı xüsusi aplikasiyanı yükləməklə pulu gələn ilin sonunadək xərcləyə bilərlər.xeber100.com