23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Türkiyə Qırğızıstana humanitar yardım kimi “Sinovac” vaksini göndərib

Türkiyə Qırğızıstana humanitar yardım kimi 150 min doza “Sinovac” vaksini göndərib.“Manas” beynəlxalq hava limanında humanitar yardımı Qırğızıstanın səhiyyə və sosial inkişaf naziri Alımkadır Beyşenaliyev, Türkiyənin bu ölkədəki səfiri Əhməd Sadık Doğan və digər şəxslər qəbul edib.A.Beyşenaliyev humanitar yardıma görə Türkiyə hökumətinə minnətdarlığını bildirib, bu partiyanın 18 yaşından yuxarı vətəndaşların vaksinasiyasında istifadə olunacağını söyləyib. Nazir deyib ki, 6.5 milyon ölkə əhalisinin indiyədək 700 mini peyvənd olunub və vaksinasiya prosesi davam edir.xeber100.com

Sentyabr 10, 2021 11:50

COVID-19-la bağlı yeni qaydalar qüvvəyə minib

Türkiyədə ötən ilin mart ayından etibarən COVID-19 pandemiyası səbəbindən fəaliyyəti müvəqqəti dayandırılan təhsil müəssisələri bu gündən etibarən fəaliyyətə başlayıb. Lakin, bununla yanaşı qardaş ölkədə COVID-19-la bağlı yeni qaydalar da qüvvəyə minib.Qardaş ölkədə artıq bir neçə aydır əhalinin vaksinasiyası prosesi gücləndirilmiş şəkildə aparılır. Peyvənd vurdurmaq istəyən hər bir kəs növbə götürərək vaksin oluna bilər. Yeni qaydalara əsasən, sentyabrın 6-dan etibarən ölkədə peyvənd olunmayan və ya xəstəliyi keçirməyən şəxslərdən məktəb, kinoteatr, konsert və teatr salonları, eləcə də şəhərlərarası ictimai nəqliyyatdan istifadə edərkən neqativ nəticəli PCR (COVID-19) testi tələb olunacaq. 18 yaş və daha yuxarı yaşda olan şəxslərdən tələb olunan test nəticələri 48 saat etibarlı hesab ediləcək. Yeni qaydalara əsasən, peyvənd olunmaq istəməyən işçilərin həftədə bir dəfə PCR testindən keçmələri istəniləcək. Bunlara məktəblərin təlim heyəti, yeməkxana işçiləri, sürücülər və bələdçilər də daxildir.xeber100.com

Sentyabr 6, 2021 3:31

Xalq məclisi prezident seçkilərini noyabrın 14-nə təyin edib

Bolqarıstan xalq məclisi (parlament) bu gün keçirilən plenar iclasında növbəti prezident seçkilərinin noyabrın 14-də keçirilməsi barədə qərar qəbul edib.Bolqarıstan mətbuatı xəbər verir ki, təklifin lehinə 152 deputat səs verib, 25 nəfər bitərəf qalıb.“Xalq məclisi Bolqarıstan Respublikası prezidenti seçkilərini noyabrın 1-nə, bazar gününə təyin etməyi qərara alıb”, - deyə qərarda bildirilir.Xatırladaq ki, iyulda Bolqarıstan parlamentinə növbədənkənar seçkilər keçirilib. Seçkilərdə şoumen Stanislav Trifonovun “Belə bir xalq var” partiyası azacıq üstünlüklə qalib gəlib.xeber100.com

Sentyabr 2, 2021 9:58

Vaksinasiyanın üçüncü mərhələsinin keçirilməsi planlaşdırılır

Orta hesabla hər üç macardan biri koronavirus əleyhinə peyvəndin üçüncü inyeksiyasına hazırdır, vətəndaşların yarısı isə pandemiyanın yeni dalğasından ümumiyyətlə qorxmur.“Hungary Today” nəşri xəbər verir ki, bu, ötən günlərdə ölkədə aparılan bir araşdırmanın nəticələridir. İyulun sonu və avqustun əvvəllərində keçirilən təmsilçilik sorğusu, yaşı 18-dən yuxarı olan insanların 28 faizinin pandemiyanın dördüncü dalğasından “heç qorxmadıqlarını”, daha 21 faizinin isə “qorxmamağı üstün tutduqlarını” göstərir - cəmi 49 faiz. Eyni zamanda, sorğu olunanların 9 faizi virusdan “çox qorxur”, üçdəbiri isə “pandemiyanın dördüncü dalğasının Macarıstana da təsir edəcəyi” qorxusundadır. Dördüncü dalğadan ən az qorxanlar tələbələr (69 faiz) və təqaüdçülərdir (61 faiz).Macarıstanda üçüncü vaksinasiyaya tələbat da yüksəkdir: 26 faizi mütləq vaksinasiya olunacaq, daha 31 faizi isə bunu bilmir, lakin ona daha çox meyillidir.Üçüncü peyvəndə tələbat kənd sakinləri üçün daha aşağıdır: bu fürsətdən istifadə etmək niyyətində olmayan 38 faizi ilə müqayisədə 18 faizi bunu açıq şəkildə istəyərdi.xeber100.com

Avqust 24, 2021 3:22

COVID-19 virusunun yeni dalğası başlayıb

Moldovada COVID-19 virusunun yeni dalğası başlayıb. Ötən həftə, son üç aydakı hadisələrdə ən böyük artım qeydə alınıb.Azərtac yerli mətbuata istinadla xəbər verir ki, delta ştamının yayılması ucbatından onlara qarşı daha davamlı mövcud müalicə üsulları təsirini itirir."Əslində yeni bir koronavirus infeksiyası dalğası yaşayırıq. Yoluxanların sayının artması hər keçən gün daha çoxdur. Artıq sağalmış xəstələrin vəziyyətində belə kəskin pisləşmə müşahidə olunur. Xəstəxanaya yerləşdirmə statistikası narahatlıq doğurur", - deyə Moldova yerli mətbuatı yazır.Səhiyyə Nazirliyinin statistikasına görə, COVID-19 xəstələrinin peyvənd edilənlərinin yalnız 0,08 faizi xəstələnib. Təkrar xəstələnmə əksər hallarda, ikinci dozadan əvvəl olub.xeber100.com

Avqust 9, 2021 11:08

Avqustun 9-da Yeni Zelandiya sahillərində zəlzələ baş verib

Avqustun 9-da Yeni Zelandiya sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.Azərtac xəbər verir ki, bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb. Yeraltı təkanların episentri Blaff şəhərindən 1576,8, Danidin şəhərindən isə 1708 kilometr cənub-qərbdə, ocağı 10 kilometr dərinlikdə yerləşib.Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.xeber100.com

Avqust 9, 2021 11:05

Gürcüstan parlamenti 2021-ci ilin dövlət büdcəsinə düzəlişlər edib

Gürcüstanda bu il 7,7 faiz iqtisadi artım proqnozlaşdırılır.Azərtac xəbər verir ki, Gürcüstan parlamenti bununla bağlı 2021-ci ilin dövlət büdcəsinə düzəlişlər edib.Parlamentin 85 deputatının səs verdiyi sənəddə iqtisadi artım 7,7 faiz səviyyəsində müəyyən olunub.Gürcüstanın maliyyə nazirinin birinci müavini Giorgi Kakauridze bildirib ki, planlaşdırılmış yüksək artım büdcə gəlirlərini artırmağa imkan verəcək.Qeyd edək ki, Gürcüstanın dövlət büdcəsinin əvvəlki redaksiyasında 2021-ci il üçün iqtisadi artım proqnozu 4,3 faiz olub.Beynəlxalq Valyuta Fondu Gürcüstan iqtisadiyyatında 7,7 faizlik artım proqnozundan sonra hökumət büdcəyə yenidən düzəlişlər edib.xeber100.com

İyul 27, 2021 1:52

Fransa Milli Assambleyası yeni qanun layihəsi qəbul edib

Fransa Milli Assambleyası koronavirus epidemiyası ilə bağlı sanitar sənədin (peyvənd sənədi) istifadəsinə dair qanun layihəsini qəti şəkildə qəbul edib. Qanun layihəsi 60 saat müzakirələrdən sonra 156 lehinə, 60 əleyhinə və 14 bitərəf səslə qəbul olunub.Azərtac xəbər verir ki, sanitar sənədin istifadə dairəsinin genişlənməsi, tibb işçilərinin məcburi peyvənd edilməsi, COVID-19 virusuna yoluxma təqdirində 10 günlük təcrid olunma layihənin əsas tədbirləri arasındadır.Sanitar sənədin 50 –dən çox insanın toplaşdığı istirahət və mədəni tədbirlərdə tələb olunacağı bildirilib. 12-17 yaş kateqoriyasından olan yeniyetmələrdən sanitar sənədin sentyabrın 30-dan etibarən tələb olunacağı qeyd edilir.Sanitar sənəd tələb olunan sektorların işçiləri avqustun 30-dan peyvənd sənədini təqdim etməlidirlər. Peyvənd sənədi olmayan işçilər aylıq məvacibi ödənilmədən işdən uzaqlaşdırılacaq.Saxta sanitar sənəddən istifadə edənlər 135 avro cərimə ediləcək.xeber100.com

İyul 27, 2021 1:34

Gürcüstan parlamenti dövlət büdcəsinə əlavə və dəyişiklikləri təsdiqləyib

Gürcüstan parlamenti 2021-ci ilin dövlət büdcəsinə əlavə və dəyişiklikləri təsdiqləyib. Büdcə gəlirləri 1 milyard 175 milyon lari artırılıb.Azərtac xəbər verir ki, Gürcüstan maliyyə nazirinin birinci müavini Giorgi Kakauridze parlamentin iclasında büdcəyə təklif olunan əlavələr və dəyişikliklər barədə məlumat verib. Bildirilib ki, əlavə dəyişikliklərdə ölkədə ümumi daxili məhsul istehsalının həcmi 3,4 faizdən 7,7 faizədək artacaq. Büdcə kəsiri isə 7,6 faizdən 6,9 faizə endirilib.Yeni büdcə zərfində hökumətin borcu 54,6 faiz nəzərdə tutulub. Bundan başqa, hökumət vergiləri 1 milyard 114 milyon lari artırıb. Dövlət büdcəsindən isə təxminən 19,5 milyard lari xərclənəcək.Bununla yanaşı, pandemiya ilə əlaqədar olaraq səhiyyə xərclərinə 446 milyon lari əlavə edilir. Hazırda bu rəqəm 846 milyon lari təşkil edir.xeber100.com

İyul 23, 2021 10:49

Rusiya Prezidenti Vladimir Putinin Qurban bayramı münasibətilə təbriki

Rusiya Prezidenti Vladimir Putin ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.Azərtac xəbər verir ki, Rusiya Prezidenti millətlərarası razılığın, mədəni rəngarəngliyin qorunub saxlanmasında İslam dəyərlərinin əhəmiyyətini qeyd edib. V.Putin vurğulayıb ki, kökünü əsrlərdən götürən Qurban bayramı insanları xeyirxahlığa, ədalətə, imana çağırır.Prezident qeyd edib ki, bütün dünya dinlərinin təməlini təşkil edən bu yüksək humanist, mənəvi ideallar Rusiya cəmiyyətinin birləşməsinə xidmət edir.xeber100.com

İyul 20, 2021 1:15
    Page 28 of 299« First«...1020...2627282930...405060...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az