03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Tennis üzrə ABŞ açıq çempionatının keçiriləcəyi elan edilib

Nyu-Yorkun qubernatoru Endryu Kuomo bu mövsüm tennis üzrə ABŞ açıq çempionatının keçiriləcəyini elan edib.Azərtac xəbər verir ki, turnir plana əsasən avqustun 31-də başlayacaq və sentyabrın 13-də yekunlaşacaq.Kuomo təşkilatçıların təhlükəsizliklə bağlı sərt tədbirlər görəcəyini də bildirib. Onun sözlərinə görə, tennisçilər turnir boyunca müntəzəm olaraq testdən keçəcək və onların qalacağı ərazi daim dezinfeksiya olunacaq. Onlara xüsusi nəqliyyat vasitəsi ayrılacaq və paltardəyişmə otağında sosial məsafə qaydası tətbiq ediləcək.N.Cokoviç başda olmaqla bəzi tennisçilər belə şərtlər altında çıxış etməyin əleyhinə olduqlarını bildiriblər.xeber100.com

İyun 18, 2020 1:07

Futzal üzrə “Avro-2022”nin təqvimi açıqlanıb

UEFA qadınlardan ibarət milli komandaların iştirakı ilə futzal üzrə “Avro-2022”nin təqvimini açıqlayıb.Azərtac xəbər verir ki, turnirin ilkin mərhələsinin görüşləri gələn il mayın 4-dən 9-dək, əsas mərhələsinin oyunları oktyabrın 19-dan 24-dək, final mərhələsinin qarşılaşmaları isə 2022-ci il martın 24-dən 27-dək keçiriləcək.xeber100.com

İyun 18, 2020 12:59

“Leyptsiq” klubunun hücumçusunun transferi rəsmiləşib

Almaniyanın “Leyptsiq” futbol klubunun hücumçusu Timo Vernerin İngiltərənin “Çelsi” komandasına transferi rəsmiləşib.Azərtac London klubunun saytına istinadla xəbər verir ki, İngiltərə təmsilçisi 24 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalayıb. Cari mövsümün sonunadək “Leypsiq”də qalacaq hücumçu iyulda yeni klubuna qoşulacaq.London klubu Verner üçün 47,5 milyon funt sterlinq ödəyib. Bunun 15 faizi Timonun 2016-cı ilədək oynadığı “Ştutqart”a çatacaq. Hücumçunun özü həftədə təxminən 170 min funt qazanacaq.Qeyd edək ki, almaniyalı hücumçu cari mövsümdə “Leyptsiq”in heyətində keçirdiyi 43 oyununda 32 qol vurub və 8 məhsuldar ötürmə edib.xeber100.com

İyun 18, 2020 12:56

İspaniya mətbuatının məlumatına görə…

“Barselona” futbol klubu qapıçısı Andre Ter-Ştegenlə müqavilənin müddətini uzatmaqla bağlı danışıqları davam etdirir.İspaniya mətbuatı xəbər verir ki, tərəflər danışıqlarda irəliləyiş əldə ediblər. Bildirilib ki, 29 yaşlı qapıçı ilə müqavilənin müddəti 2025-ci ilin yayınadək uzadılacaq. Onunla cari mövsümün sonunadək rəsmi müqavilə imzalanacağı gözlənilir.Qeyd edək ki, Ter-Ştegenin Kataloniya təmsilçisi ilə hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatır.xeber100.com

İyun 17, 2020 12:06

“Bavariya” futbol klubu Almaniya çempionu olub

“Bavariya” klubu sona iki tur qalmış Almaniya çempionu olub.Azərtac xəbər verir ki, Münhen təmsilçisi buna Bremendə “Verder”ə 0:1 hesablı qələbəsi sayəsində nail olub. Bununla da tarixində ardıcıl 8-ci, ümumilikdə isə 30-cu dəfə çempion adını qazanıb.Qeyd edək ki, turnir cədvəlində ikinci pillədə qərarlaşan “Borussiya Dortmund” klubunun 66 xalı var və “Bavariya”dan 10 xal geri qalır.xeber100.com

İyun 17, 2020 11:56

“Azərreyl” klubu heyətini gücləndirib

Bakının qadınlardan ibarət “Azərreyl” klubu heyətini yeni voleybolçu ilə gücləndirib.Azərtac xəbər verir ki, yeni mövsümdən Çağırış kuboku yarışlarında mübarizə aparacaq Bakı təmsilçisi Anastasiya Bessonova ilə birillik müqavilə imzalayıb.Yığmamızın üzvü daha əvvəl yerli klublarla yanaşı, Sloveniyanın “Maribor” və Rumıniyanın “Alba” komandalarında da çıxış edib.Daha öncə Bakı təmsilçisi sloveniyalı Moytsa Pene, rusiyalı Anastasiya Mertsalova və millimizin üzvü Kseniya Pavlenko ilə müqaviləni artırıb, slovakiyalı Romana Hudeçova və yığmamızın oyunçusu Yuliya Kərimova ilə birillik müqavilə imzalayıb.xeber100.com

İyun 17, 2020 11:53

“Masters” seriyalı tennis turniri Nyu-Yorkda keçiriləcək

Sinsinnatidə nəzərdə tutulan “Masters” seriyalı tennis turniri Nyu-Yorkda keçiriləcək.Azərtac xəbər verir ki, bu barədə turnirin təşkilatçıları məlumat verib.Turnir “US Open”dən dərhal sonra təşkil olunacaq. Daha doğrusu təşkilatçılar tennisçiləri ABŞ-ın bir tərəfindən digərinə üzücü yol keçməməsi üçün belə bir addım atmağa məcbur olublar. İndiki vəziyyətdə ölkədə koronavirus sürətlə yayıldığından tennisçilər arasında yoluxma riskinin qarşısını almaq üçün hər iki turniri eyni şəhərdə keçirmək məqsədəuyğun sayılıb.xeber100.com

İyun 17, 2020 11:46

Sambo üzrə son qərar iyulun ortalarında veriləcək

Yekaterinburqun ev sahibliyi edəcəyi sambo üzrə Avropa çempionatının keçirilmə tarixi ilə bağlı son qərar iyulun ortalarında veriləcək.TASS informasiya agentliyi xəbər verir ki, bu barədə Ümumrusiya və Avropa Sambo federasiyalarının prezidenti Sergey Yeliseyev məlumat verib. S.Yeliseyev bildirib ki, Avropada hava nəqliyyatında vəziyyətdən asılı olaraq qitə çempionatının keçirilmə vaxtında dəyişiklik edilə bilər. Əgər hər şey normal olarsa, yarış sentyabr ayında keçiriləcək. Hər hansı bir problem olarsa, Avropa çempionatı ilin sonuna təxirə salınacaq.Onun sözlərinə görə, Yekaterinburq şəhərində Avropa çempionatına hazırlıqla bağlı bütün işlər plan üzrə gedir.Qeyd edək ki, sambo üzrə qitə çempionatının əvvəlcə mayın 22-24-də keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyasına görə sentyabrın 17-21-nə təxirə salınıb. Yarış əvvəl nəzərdə tutulduğu kimi Yekaterinburqda keçiriləcək.Xatırladaq ki, ötən il təşkil olunan Avropa çempionatında Azərbaycan samboçuları 2 bürünc medal qazanıblar.xeber100.com

İyun 16, 2020 9:33

Türkiyə çempionatının XXVII turunun sonuncu qarşılaşmasında

İyunun 15-də futbol üzrə Türkiyə çempionatının XXVII turunun sonuncu qarşılaşmasında “Sivasspor” “Dənizlispor”u qəbul edib.Azərtac xəbər verir ki, görüşün taleyini bir qol həll edib. Meydan sahiblərinin hücumçusu Mustafa Yatabare komandasına qələbə qazandıran qolun müəllifi olub. Beləliklə, “Sivasspor” “Dənizlispor”u 1:0 hesabı ilə məğlub edib.Türkiyə çempionatında hazırda “Trabzonspor” 56 xalla turnir cədvəlinin liderdir. Onunla eyni xala malik olan “Başakşəhər” ikincidir. “Sivasspor” 52 xalla üçüncü, “Qalatasaray” klubu isə 50 xalla dördüncü pillə qərarlaşıb. Sonrakı yerlərdə “Beşiktaş” (44 xal), “Alanyaspor” (43 xal), “Fənərbağça” (43 xal) və digər komandalar gəlir.xeber100.com

İyun 16, 2020 9:29

2020-ci ilin “Golden Boy” mükafatına namizədlərin adları açıqlanıb

İtaliyanın “Tuttosport” nəşri 2020-ci ilin ən yaxşı 21 yaşadək futbolçusuna təqdim olunan “Golden Boy” mükafatına namizədləri açıqlayıb.Azərtac xəbər verir ki, birinci olaraq 100 oyunçudan ibarət siyahıda məşhur futbolçulardan Meyson Qrinvud (Mançester Yunayted), Eduardo Kamavinqa (Renn), Alfonso Devis (Bavariya), Anssumane Fati (Barselona), Filip Foden (Mançester Siti), Erlinq Holand, Ceydon Sanço (hər ikisi Borussiya" Dortmund), Kallum Hadson-Odoi (Çelsi), Takefusa Kubo (Malyorka, Reala məxsusdur), Daniel Maldini (Milan), Reyner (Real), Sandro Tonali (Breşiya), Ferran Torres (Valensiya) yer alıb.Mükafata namizəd olacaq 20 futbolçudan ibarət yeni siyahı oktyabrın 15-i açıqlanacaq.Qeyd edək ki, ötən il bu mükafatı “Atletiko”nun futbolçusu Joau Feliks qazanıb.xeber100.com

İyun 16, 2020 9:26
    Page 275 of 830« First«...102030...273274275276277...280290300...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az