Yay Olimpiya Oyunları ilə bağlı qərar gələn ilin yazında qəbul ediləcək

Tokioda keçiriləcək Yay Olimpiya Oyunları ilə bağlı son qərar gələn ilin yazında qəbul ediləcək.Azərtac xəbər verir ki, bunu Kyodo agentliyinə “Tokio-2020” Yay Olimpiya Oyunlarının təşkilat komitəsinin vitse-prezidenti Toşiaki Endo deyib. O bildirib ki, bu, dünyada koronavirus infeksiyasının yayılmasının səviyyəsindən asılı olacaq: “Əvvəlcə, 2021-ci ilin martında komandaların tərkibi ilə bağlı qərar verməliyik. Eyni zamanda, təşkilat komitəsi olimpiada ilə əlaqədar müəyyən qərarlar qəbul edəcək. Funksioner qeyd edib ki, Oyunların ləğvi barədə danışmaq hələ tezdir”.Kyodo xəbər agentliyinin cümə axşamı verdiyi məlumata görə, “Tokio-2020” təşkilat komitəsinin rəhbəri Yoşiro Mori və Tokio qubernatoru Yuriko Koike koronavirus pandemiyası ilə əlaqədar oyunları sadələşdirməklə bağlı əməkdaşlıq edəcəklərini təsdiqləyiblər. Bundan əvvəl Y.Koike bildirib ki, müxtəlif variantlar nəzərdən keçirilir. Bu ərəfədə nüfuzlu “Yomiuri Shimbun” qəzeti hökumətin yarışları tam formatda keçirmək niyyətində olduğunu, lakin hələ də davam edən koronavirus pandemiyasına görə Oyunların sadələşdirilmiş variantda təşkilinin müzakirə edildiyini bildirib. Bununla əlaqədar stadionlardakı tamaşaçıların sayının azaldılacağı da qeyd edilib. Mənbələrə görə, Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərində iştirak edənlərin sayı azaldıla bilər. Stadionlarda tamaşaçı sayına da məhdudiyyət qoyulacaq. Yaponiya tərəfi yalnız idmançılar və komanda üzvləri üçün deyil, bütün azarkeşlər üçün də koronavirusa görə məcburi testin keçirilməsi variantını nəzərdən keçirir.xeber100.com

İyun 6, 2020 8:40