03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Milli Basketbol Assosiasiyası mövsümə dekabrda başlayacaq

Milli Basketbol Assosiasiyası (MBA) 2020-2021-ci il mövsümünün dekabrın 1-də başlayacağını düşünür.Azərtac xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.Qeyd edilib ki, MBA rəhbərliyi koronavirus səbəbindən dayandırılan 2019-2020-ci il mövsümünün qalan formatını təsdiqləyib. Müntəzəm mövsüm iyulun 31-də başlayacaq və 30 komandadan yalnız 22-si mübarizə aparacaq.Bütün matçlar Orlando şəhərində (Florida, ABŞ) yerləşən “Disney World” əyləncə parkında keçiriləcək. Final seriyasında yeddi matç olacağı təqdirdə mövsüm oktyabrın 12-də başa çatacaq.xeber100.com    

İyun 5, 2020 8:00

Avropa çempionatının keçiriləcəyi tarix müəyyənləşib

Bədii gimnastika üzrə Avropa çempionatının keçiriləcəyi tarix müəyyənləşib.Azərtac xəbər verir ki, “Avropa Gimnastikası” təşkilatı çempionatın noyabrın 26-29-da Kiyevdə təşkil olunacağını açıqlayıb.İlk öncə yarış mayın 21-24-də keçirilməli idi. Ancaq koronavirus pandemiyasına görə çempionat qeyri-müəyyən vaxta təxirə salınmışdı.xeber100.com

İyun 4, 2020 2:10

Macarıstan kubokunun sahibi müəyyənləşib

Futbol üzrə Macarıstan kubokunun sahibi müəyyənləşib.Azərtac xəbər verir ki, həlledici matçda “Honved” və “Mezokovesd” klubları qarşılaşıblar.Görüş “Honved”in 2:1 hesablı qələbəsi ilə bitib. Görüşü 10 minədək azarkeş izləyib. Bununla da, Budapeşt təmsilçisi tarixində səkkizinci dəfə kuboku qazanıb.xeber100.com

İyun 4, 2020 2:07

“Neftçi Esports” Liqaya qələbə ilə başlayıb

“Neftçi Esports” futbol üzrə E Milli Liqaya qələbə ilə başlayıb.Azərtac xəbər verir ki, “Qoşqar” klubu ilə birinci görüşdə 6:1 hesabı ilə qalib gələn Bakı təmsilçisi cavab matçında rəqibin qapısından 5 cavabsız top keçirib. Bununla da ümumi hesab 11:1 olub.“Neftçi Esports”un mübarizə apardığı E qrupunun digər matçda isə “Ağsu” “Ərkivan”ı 8:6 (6:2, 2:4) hesabı ilə məğlub edib.“Neftçi Esports” birinci turdan sonra qrupda birinci pillədə qərarlaşıb.Qeyd edək ki, 7 qrupdan ibarət olan və 28 komandanın qatıldığı turnirin qrup mərhələsində ilk iki yeri tutan komandalarla yanaşı, ən yaxşı üçüncü olan 2 komanda pley-off mərhələsinə vəsiqə qazanacaq.xeber100.com

İyun 4, 2020 2:04

“Mançester Siti” klubu “Milan”ın futbolçusunu transfer edəcək

İngiltərənin “Mançester Siti” klubu İtaliyanın “Milan” komandasının əlcəzairli futbolçusu İsmael Bennaseri transfer etmək istəyir.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, İngiltərə klubunun baş məşqçisi Pep Qvardiola bu transferin gerçəkləşməsini şəxsən özü istəyib. Təcrübəli mütəxəssisin 22 yaşlı yarımmüdafiəçiyə zəng etdiyi və onunla transferlə bağlı danışdığı vurğulanıb.Qeyd edək ki, İ.Bennaserin təzminat qiymətinin 50 milyon avro olduğu bildirilir.xeber100.com

İyun 4, 2020 2:01

Milli Basketbol Assosiasiyası mövsümünün final seriyasında

Milli Basketbol Assosiasiyasının (MBA) 2019-2020-ci il mövsümünün final seriyasının yeddinci matçı oktyabrın 12-dən gec olmayaraq keçiriləcək.Azərtac xəbər verir ki, bu barədə “Twitter”dəki səhifəsində ESPN televiziya kanalının jurnalisti Edrian Voynarovski məlumat verib.MBA martın 12-də koronavirus pandemiyası səbəbindən müntəzəm mövsümü təxirə salıb. Daha əvvəl bildirilib ki, assosiasiya rəhbərliyi mövsümü 22 komanda formatında iyulun 31-də bərpa etməyi planlaşdırır.Bütün qarşılaşmalar Orlandoda keçiriləcək. Son qərar cümə axşamı MBA rəhbərliyinin iclasında veriləcək.xeber100.com

İyun 3, 2020 2:35

“Bavariya” klubu braziliyalı yarımmüdafiəçini transfer etməyəcək

Almaniyanın “Bavariya” futbol klubu Filipp Koutinyo ilə yollarını ayırmağa qərar verib.Azərtac xəbər verir ki, Münxen təmsilçisi İspaniyanın “Barselona” komandasından icarəyə götürdüyü braziliyalı yarımmüdafiəçini transfer etməyəcək. “Bavariya”nın F.Koutinyonu yenidən icarəyə götürmək istəmədiyi də bildirilib. Buna görə də 27 yaşlı futbolçu iyunun sonunda - icarə müqaviləsi başa çatanda Kataloniya klubuna qayıdacaq.Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi 2018-ci ilin yanvarında 145 milyon avroya “Liverpul”dan “Barselona”ya transfer olunub. O, cari mövsümdə Münxen komandasının heyətində keçirdiyi 32 oyunda 9 qol vurub və 6 məhsuldar ötürmə edib.xeber100.com

İyun 3, 2020 2:02

“Çelsi” futbol klubu heyətini gücləndirmək istəyir

Londonun “Çelsi” futbol klubu yay transfer pəncərəsində heyətini gücləndirmək istəyir.Azərtac Britaniya mətbuatına istinadla xəbər verir ki, London klubunun rəhbərliyi bunun üçün transferlərə 100 milyondan çox funt sterlinq ayırıb.Bildirilib ki, bu məbləğin böyük hissəsini “Çelsi” Almaniyanın “Borussiya Dortmund” komandasından Ceydon Sançonu almaq üçün ayıracaq. Bundan başqa, klub “Lester”dən Ben Çilvelli heyətinə qatmağa çalışacaq.Qeyd edək ki, London təmsilçisi hazırda İngiltərə çempionatında 48 xalla dördüncü pillədə qərarlaşıb.xeber100.com

İyun 3, 2020 1:57

İdmanın muay-tay növü MDB Oyunlarının proqramına daxil edilib

İdmanın muay-tay növü Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçiriləcək Birinci MDB Oyunlarının proqramına daxil edilib.Azərbaycan Muay-tay Federasiyasının nümayəndəsi Elçin Eminov Azərtac-a bildirib ki, yaxın günlərdə milli komandanın bu yarışa hazırlıqları başlayacaq.MDB Oyunlarında cüdo, sambo, çimərlik voleybolu, çimərlik həndbolu, mini-futbol, boks, tayboks, şahmat, rəqs idmanı, qılıncoynatma, karate, daşqaldırma, qol güləşi, mas-restlinq, idman güləşi, kəmər güləşi (koreş), yüngül atletika və basketbol növləri üzrə yarışlar keçiriləcək.Yarışların loqotipi Simurq quşu, talismanı isə bəbirdir. Oyunların bu il avqustun 20-27-də Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilməsi planlaşdırılıb. Yarışlarda 11 ölkədən 14-23 yaşlarında 3,5 minə yaxın idmançının iştirakı gözlənilir.Xatırladaq ki, Birinci MDB Oyunlarının keçirilməsi ideyası MDB Dövlət Başçıları Şurasının 2018-ci ildə Tacikistanda keçirilmiş iclasında təsdiqlənib.xeber100.com

İyun 3, 2020 1:54

MotoGP üzrə İngiltərə və Avstraliya mərhələləri ləğv edilib

MotoGP üzrə daha iki yarış ləğv olunub.Azərtac xəbər verir ki, İngiltərə və Avstraliya mərhələləri koronavirus pandemiyasına görə ləğv edilib.MotoGP yarışlarının baş direktoru Karmelo Espeleta deyib: “Mövcud vəziyyətə görə daha iki mərhələ ləğv edildi. Təşkilatçılar ilə loqistika və hazırlıq məsələlərini həll edə bilmədik”.xeber100.com

İyun 2, 2020 12:44
    Page 279 of 830« First«...102030...277278279280281...290300310...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az