02 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Dünya Güləş Birliyi: Güləş üzrə Avropa çempionatı keçiriləcək

Aprelin 17-dən 23-dək Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı keçiriləcək. Dünya Güləş Birliyi xəbər verir ki, Azərbaycan yığmalarının heyətləri açıqlanıb. Sərbəst güləş yarışlarında ölkəmizi Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Hacı Əliyev (65 kq), Maqomed Xaniyev (70 kq), Cəbrayıl Hacıyev (74 kq), Səbuhi Əmiraslanov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Qiorqi Meşvildişvili (125 kq) təmsil edəcəklər. Yunan-Roma güləşi yarışlarında millimizin üzvlərindən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev (97 kq) və Sabah Şəriəti (130 kq) güclərini sınayacaqlar. Qadın güləşçilərin mübarizəsində Mariya Stadnik (50 kq), Elnurə Məmmədova (53 kq), İlona Dudyak Semkiv (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Elis Manolova (62 kq), Birgül Soltanova (65 kq) və Nigar Mirzəzadə (68 kq) medallar uğrunda yarışacaqlar.xeber100.com

Mart 29, 2023 2:53

Azərbaycan Gimnastika Federasiyası: İkinci dünya çempionatı keçiriləcək

Martın 29-dan aprelin 2-dək Antalyada idman gimnastikası üzrə gənclər arasında ikinci dünya çempionatı keçiriləcək. Azərbaycan Gimnastika Federasiyası xəbər verir ki, yarışda ölkəmizi Rəsul Əhmədzadə, Anar Həsənov, Dəniz Əliyeva, Duyğu Məcidzadə və Aytən Məmmədova təmsil edəcəklər. Antalya Gimnastika Salonunda təşkil olunacaq çempionatda 65 ölkədən 286 idmançı medallar uğrunda mübarizə aparacaq.xeber100.com

Mart 28, 2023 3:11

Futbol üzrə “AVRO-2024”ün seçmə mərhələsinin ilk turunda

Futbol üzrə “AVRO-2024”ün seçmə mərhələsinin ilk iki turunda Avstriyaya 1:4 və İsveçə 0:5 hesabı ilə məğlub olan Azərbaycan millisi tarixinin ən uğursuz startını təkrarlayıb. Yığmamız ikinci dəfə seçmə mərhələnin ilk iki görüşündə 1 qol vurub, 9 top buraxıb. Bununla “Avro-2012”nin seçmə mərhələsindəki nəticə təkrarlanıb. Həmin vaxt Azərbaycan millisi ilk turda Almaniyaya 1:6, ikinci matçında isə Avstriyaya 0:3 hesabı ilə yenilib. Ümumiyyətlə komandamız dünya və Avropa çempionatlarında qatıldığı 15 seçmə mərhələnin 9-da ilk iki qarşılaşmasında məğlubiyyət acısı dadıb.xeber100.com

Mart 28, 2023 3:09

Güləş üzrə Azərbaycan çempionatına start verilib

Bakı İdman Sarayında gənclər arasında güləş üzrə Azərbaycan çempionatına start verilib. Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə keçirdiyi çempionatı beynəlxalq və milli dərəcəli hakimlərimiz idarə edir. Martın 30-dək davam edəcək yarışlarda medal qazanacaq idmançılar sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımıza cəlb ediləcəklər. Gənclər arasında ölkə birinciliyi başa çatdıqdan sonra yeniyetmə güləşçilərin Azərbaycan çempionatına start veriləcək. Yarış aprelin 1-dən 4-dək Bakı İdman Sarayında təşkil olunacaq.xeber100.com  

Mart 28, 2023 3:07

Azərbaycan Gimnastika Federasiyası: “Keti Cup” beynəlxalq turniri keçirilib

Tbilisidə bədii gimnastika üzrə “Keti Cup” beynəlxalq turniri keçirilib. Azərbaycan Gimnastika Federasiyası xəbər verir ki, yarışda ölkəmizi “Ocaq Sport” klubunun bədii gimnastları təmsil ediblər. Gimnastlarımız yarışdan Vətənə 9 qızıl, 8 gümüş və 5 bürünc medalla dönüblər. Turnirdə Maya Kozaçuk 2 qızıl (gürzlər, top), 1 gümüş (çoxnövçülük), Selin Yusifova 2 qızıl (çoxnövçülük, alətsiz), 1 gümüş (top), Sara Cəlilli 1 qızıl (çoxnövçülük), 1 gümüş (alətsiz), 1 bürünc (top), Nilufər Qasımova 1 qızıl (alətsiz) və 1 gümüş (çoxnövçülük) medala sahib olublar. Suada İskakova 1 qızıl (gürzlər), 1 bürünc (alətsiz), Röya Alıkişiyeva 1 qızıl (halqa), 1 bürünc (gürzlər) və Alsu Abdullayeva 1 qızıl (alətsiz) medalla Vətənə qayıdıblar. Beynəlxalq turnirdə Ahu Aslanova (alətsiz), Fərəh Həsənova (alətsiz), İnara Abıyeva (top) və Beril Yalın (top) gümüş medala sahib olublar. Leyla Azaqova çoxnövçülükdə, Ayla Abbaszadə isə gürzlərlə yarışda üçüncü olublar.xeber100.com

Mart 27, 2023 2:52

Azərbaycan Cüdo Federasiyasının məlumatı əsasında…

Almaniyanın Bremen şəhərində keçirilən gənclər arasında beynəlxalq “Masters” turnirində Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər. Azərbaycan Cüdo Federasiyası xəbər verir ki, turnirdə 21 ölkəni, o cümlədən Yaponiya, Braziliya, Almaniya, Fransa və Niderlandı təmsil edən 700-ə yaxın idmançı iştirak edib. Azərbaycan yarışda cüdo üzrə gənclərdən ibarət milli komandanın 17 üzvü ilə təmsil olunub. Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və məşqçi Elxan Rəcəbli rəhbərlik ediblər. Turnirdə Nicat Şirinov (60 kq) və Qadir Hüseynov (73 kq) qızıl, Aydın Rzayev (66 kq) gümüş, Əli Hacıyev (60 kq) isə bürünc medal qazanıblar. Məmmədrza Hacızadə (81 kq) yarışı beşinci, Əjdər Bağırov, Nicat Şıxəlizadə (90 kq), Atabala Niftəliyev, Tamerlan Cabbarov (100 kq) və Məhəmməd Məhəmmədzadə (+100 kq) yeddinci yerdə başa vurublar. Azərbaycan yığması yarışda medal əyarına görə ümumi komanda hesabında birinci yeri tutub. Qeyd edək ki, idmançılarımız martın 27-29-da Bremendə təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar.

Mart 27, 2023 2:50

“Avro-2024”ün seçmə mərhələsinin ikinci turu çərçivəsində

Bu gün “Avro-2024”ün seçmə mərhələsinin ikinci turu çərçivəsində daha səkkiz oyun keçiriləcək. Bütün qarşılaşmalar eyni saatda start götürəcək. Günün oyunları aşağıdakılardır: B qrupu 22:45. Niderland - Cəbəllütariq 22:45. İrlandiya - Fransa Xal durumu: Fransa - 3, Yunanıstan - 3, İrlandiya - 0 (oyun keçirməyib), Cəbəllütariq - 0, Niderland - 0 E qrupu 22:45. Polşa - Albaniya 22:45. Moldova - Çexiya Xal durumu: Çexiya - 3, Farer adaları - 1, Moldova - 1, Albaniya - 0 (oyun keçirməyib), Polşa - 0 F qrupu 22:45. İsveç - Azərbaycan 22:45. Avstriya - Estoniya Xal durumu: Avstriya - 3, Belçika - 3, Estoniya - 0 (oyun keçirməyib), İsveç - 0, Azərbaycan - 0 G qrupu 22:45. Macarıstan - Bolqarıstan 22:45. Monteneqro - Serbiya Xal durumu: Serbiya - 3, Monteneqro - 3, Macarıstan - 0 (oyun keçirməyib), Bolqarıstan - 0, Litva – 0.xeber100.com

Mart 27, 2023 2:48

Azərbaycan Şahmat Federasiyası: Beynəlxalq turnirə start veriləcək

Martın 27-də Özbəkistanda rapid üzrə beynəlxalq turnirə start veriləcək. Azərbaycan Şahmat Federasiyasından bildiriblər ki, yarışda Nodirbek Abdusattarov, Aleksandr Qrişuk, Rüstəm Kasımjanov kimi tanınmış şahmatçılar iştirak edəcəklər. Turnirdə ölkəmizi Şəhriyar Məmmədyarov təmsil edəcək. Özbəkistandakı yarışın baş hakimi Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov olacaq. Qeyd edək ki, üç gün davam edəcək turnirin mükafat fondu 50 min ABŞ dollarıdır.xeber100.com

Mart 27, 2023 2:46

Basketbol üzrə Azərbaycan Kubokunun final qarşılaşması baş tutub

Martın 26-da Sərhədçi İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun final qarşılaşması baş tutub. "Gəncə" və "NTD" komandalarının üz-üzə gəldiyi final oyununa gəncəlilər üstün başlayıblar. Lakin oyunun ikinci hissəsində 20 xal fərqindən geri dönüş edən "NTD" komandası oyunu əlavə vaxta aparsa da, əlavə vaxtda "Gəncə" 100-89 hesablı qələbə qazanaraq kubokun qalibi olub. Finalın ən dəyərli basketbolçusu "Gəncə" komandasının oyun qurucusu Kollin Törner seçilib. Ən məhsuldar basketbolçular: "Gəncə BK" (Kollin Törner - 38 xal, 13 ribaund ), "NTD BK" (Zak Hadson - 20 xal, 8 ribaund). Mükafatlandırma mərasimində gənclər və idman nazirinin müavini xanım Mariana Vasileva və basketbol federasiyasının rəyasət heyətinin üzvləri Bəxtiyar Aslanbəyli, Simuzər Feyzullayeva, Elnur Əliyev və Vilayət Vəliyevdə iştirak ediblər. Kuboku "Gəncə" komandasının kapitanı Amil Həmzəyevə xanım Mariana Vasileva təqdim edib.xeber100.com

Mart 26, 2023 7:09

“Qarabağ” və “Qalatasaray” futbol klubları arasında xeyriyyə oyunu keçirilib

Ağdamın "Qarabağ" və Türkiyənin "Qalatasaray" klubları arasında Bakı Olimpiya Stadionunda keçirilən xeyriyyə oyunu keçirilib. Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib. “Qarabağ”ın start heyətində Amin Ramazanov, Maksim Medvedev, Rahil Məmmədov, Kevin Medina, Donald Gerye, Julio Romao, Qara Qarayev, Leandro Andrade, Adama Diakabi, Abdullah Zubir və Redon Cica yer alıblar. “Qalatasaray”ın heyətində meydana Okan Koçuk, Leo Dyubua, Matias Yensen, Emre Taşdemir, Kaan Ayhan, Yunus Akgün, Nikolo Zanyolo, Bafetimbi Qomis, Berkan Kutlu, Serjiu Oliveyra və Yusuf Demir çıxıblar. FIFA referisi Əliyar Ağayevin idarə etdiyi oyunda hesabı “Qalatasaray” açıb. Matçın 4-cü dəqiqəsində İstanbul təmsilçisinin heyətində Bafetimbi Qomis fərqlənib. Görüşün 19-cu dəqiqəsində “Qarabağ”ın oyunçusu Redon Cica hesabı bərabərləşdirib. Matçın ilk hissəsi 1:1 hesablı heç-heçə ilə başa çatıb. Matçın 87-ci dəqiqəsində oyunda üçüncü qol vurulub. İstanbul təmsilçisinin hücumçusu Mauro İkardi penaltini dəqiq yerinə yetirib. Bu, oyunda vurulan sonuncu qol olub. Beləliklə, xeyriyyə görüşü “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.xeber100.com  

Mart 26, 2023 7:00
    Page 40 of 830« First«...102030...3839404142...506070...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az